Məhkəmə qərarları › İş №2(5-150)-273/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(5-150)-273/2026

06.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(5-150)-273/2026 06.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq payının naturada ayrılması, qanunsuz istifadə nəticədə əldə edilmiş gəlirin tutulması, vəsiyyətnamənin etibarsızlığı, zəbtin aradan qaldırılması, istifadəyə manelərin qadağan edilməsi və kolxoz pay əmlakının dəyərinin tutulması tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq payının naturada ayrılması, qanunsuz istifadə nəticədə əldə edilmiş gəlirin tutulması, vəsiyyətnamənin etibarsızlığı, zəbtin aradan qaldırılması, istifadəyə manelərin qadağan edilməsi və kolxoz pay əmlakının dəyərinin tutulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 barəsində yuxarıda qeyd edilmiş eyniləşdirmə məlumatlarını göstərməmişlər, nəticədə iddiaçılar tərəfindən iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməmişdir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemindən axtarış edərkən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 adlı şəxslərin olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq payının naturada ayrılması, qanunsuz istifadə nəticədə əldə edilmiş gəlirin tutulması, vəsiyyətnamənin etibarsızlığı, zəbtin aradan qaldırılması, istifadəyə manelərin qadağan edilməsi və kolxoz pay əmlakının dəyərinin tutulması tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. İşdə olan 02 mart 2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X1 qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı torpaq payının naturada ayrılması, qanunsuz istifadə nəticədə əldə edilmiş gəlirin tutulması, vəsiyyətnamənin etibarsızlığı, zəbtin aradan qaldırılması, istifadəyə manelərin qadağan edilməsi və kolxoz pay əmlakının dəyərinin tutulması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın.

2. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı1 qaytarılsın.

3. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur.

4. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar