Məhkəmə qərarları › İş №2(5-151)-386/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(5-151)-386/2026

19.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(5-151)-386/2026 19.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı cavabdeh “X1 Kompleksi” MMC-nin Sabirabad rayon filialına qarşı “işə bərpa olunma və Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinin ləğvi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh “X1 Kompleksi” MMC-nin Sabirabad rayon filialına qarşı “işə bərpa olunma və Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyətinin pozulması ilə Sabirabad Rayon Məhkəməsinə ünvanlandığından geri qaytarılmalıdır. Belə ki, iddiaçı “X1 Kompleksi” MMC-nin Sabirabad rayon filialını cavabdeh qismində qeyd etməklə iddia tələbini Sabirabad rayon məhkəməsinə ünvanlamışdır. Lakin Azərbaycan Respublikasının MPM-nin 50.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. “X1 Kompleksi” MMC-nin Sabirabad rayon filialı isə müstəqil hüquqi şəxs deyildir. Ona görə də iddiaçının “X1 Kompleksi” MMC-nin Sabirabad rayon filialını cavabdeh qismində qeyd edib iddia tələbini Sabirabad rayon məhkəməsinə ünvanlanması, bu formada iddia tələbinin icraata qəbul edilərək baxılması yolverilməzdir. İddia tələbi yalnız Azərbaycan Respublikasının MPM-nin 50.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh qismində göstərilən bilən şəxslərin qeydiyyat ünvanı üzrə (Filialın deyil, MMC-nin öz hüquqi ünvanı üzrə) verilə bilər. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və MPM-in 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “X1 Kompleksi” MMC-nin Sabirabad rayon filialına qarşı “işə bərpa olunma və Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinin ləğvi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar