Məhkəmə qərarları › İş №2(5-152)-24/2026

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(5-152)-24/2026

12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(5-152)-24/2026 12.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi “mirasın faktiki qəbulu, mirasın qəbul edilməsi müddətinin qohumluq münasibətləri təsdiq edilməklə üzrlü hesab edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi “mirasın faktiki qəbulu, mirasın qəbul edilməsi müddətinin qohumluq münasibətləri təsdiq edilməklə üzrlü hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə vəfat etmiş X2 ataları hesab edilməklə vərəsəliyin qəbul edilməsi üçün müddətin keçməsinin üzrlü hesab edilməklə mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi “mirasın faktiki qəbulu, mirasın qəbul edilməsi müddətinin qohumluq münasibətləri təsdiq edilməklə üzrlü hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə vəfat etmiş X2 ataları hesab edilməklə vərəsəliyin qəbul edilməsi üçün müddətin keçməsinin üzrlü hesab edilməklə mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, bununla bağlı 2(057)-3297/2025 saylı mülki işi hal-hazırda məhkəmənin icraatındadır. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında olan iş vardır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 maraqlı şəxs qismində cəlb etdiyi “mirasın faktiki qəbulu, mirasın qəbul edilməsi müddətinin qohumluq münasibətləri təsdiq edilməklə üzrlü hesab edilməsi” tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət verilə bilər. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar