Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(5-152)-419/2026 01.03.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi Kələntərov Şahəddin Əhməd oğlu, Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN DSMF-nun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz Filialını maraqlı şəxs kimi cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN DSMF-nun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz Filialını maraqlı şəxs kimi cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmayan iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Ərizəsinin mətnindən görünür ki, ərizəçi hüquqi faktın təsdiq edilməsi niyyəti ilə məhkəməyə müraciət etmişdir. Lakin ərizədə qeyd olunmuş məsələ hüquqi faktın müəyyən edilməsi hallarına aid deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin siyahısında şəxsə qulluq etmə faktının müəyyən edilməsi nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hazırki halda ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Salyan Rayon İcra Hakimiyyətinə müraciət etməli olması ərizəçiyə izah edilməlidir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Ona görə də hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalı, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.3-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 99.60 manat dövlət rüsumu dövlət büdcəsi tərəfindən Ərizəçi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN DSMF-nun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəz Filialını maraqlı şəxs kimi cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş bütün sənədlərlə birlikdə Ərizəçi qaytarılsın. xx.xx.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 99.60 (doxsan doqquz manat altmış qəpik) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(5-152)-419/2026
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(5-152)-419/2026
01.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver