Məhkəmə qərarları › İş №2(5-152)-77/2026

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(5-152)-77/2026

26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(5-152)-77/2026 26.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1996-cı il tarixdə Salyan rayonu, Xıdırlı kəndində doğulması, soyadının “Xankişiyeva”, adının “Könül”, ata adının “İlham” olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası vətəndaşı Kərimova (Xankişiyeva) Könül İlham qızı xx.xx.1996-cı ildə Salyan rayonunda doğulmuşdur. Atası X2, anası X1r, o doğularkən onlar rəsmi nikahda olublar və sonradan boşanıblar. Onun doğum haqqında akt qeydi xx.xx.1996-cı ildə Salyan VVADQ şöbəsində qeydə alınmış və XXİ ЖГ № 269328 saylı doğum haqqında şəhadətnamə də vermişlər. (Şəhadətnamənin foto surəti ərizəyə əlavə olunur) Həmin Şəhadətnamədə yazılmışdır - X3 xx.xx.1996-Cİ ildə Səlyan rayonunun Xıdırlı kəndində doğulmuş, bu barədə doğum akt qeydi kitabında 22 nömrə ilə xx.xx.1996-cı ildə qeydiyyat aparılmışdır. (Bundan əlavə həmin şəhadətnamənin üzərində 2141 nömrə və xx.xx.1996 il yazıları da var) Həmin şəhadətnamədə ata adı və ana adı da yuxarıda qeyd etdiyi kimi yazılmışdır. Bildirir ki, doğum haqqında şəhadətnaməni itirmiş, lakin foto surəti onda qalmaqdadır, bu səbəbdən təzəsini almaq üçün Səlyan rayon qeydiyyat şöbəsinə müraciət etdi, lakin ona bildirdilər ki, doğum şəhadətnaməsi verə bilmirlər, çünki arxiv sənədləri tapılmır. Onun doğumu üzrə doğum şəhadətnaməsi mövcuddur (şəhadətnamənin seriyası XXİ- ЖГ və nömrəsi: 269328, verilmə tarixi: xx.xx.1996 qoşmaya surəti əlavə olunur), lakin müvafiq akt qeydini əldə etmək mümkün olmamışdır. Hörmətli məhkəmə, həmin doğum haqqında şəhadətnamə ilə mən şəxsiyyət vəsiqəsi də almışam və nikaha daxil olmuşam. Bir müddət sonra hətta boşanmışam və nikahın pozulması haqqında şəhadətnamə də almışam. Bundan əlavə o həmin doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqə əsasında 2 övlad da dünyaya gətirmişdir. Bir sözlə o bir Azərbaycan vətəndaşı olaraq bütün hüquqlardan istifadə etmiş və hazırda da şəxsiyyət vəsiqəsi qüvvədədir və fəaliyyət göstərir. Lakin doğum haqqında şəhadətnaməsi itirildiyindən və həmin doğum şəhadətnaməsinin verilməsi zamanı doğum akt qeydinin arxivə təhvil verilməməsi səbəbindən o doğum şəhadətnaməsini ala bilmir və bu da bir vətəndaş olaraq onun hüquqlarını pozur. Qeyd olunanları nəzərə alaraq, onun doğum haqqında şəhadətnaməsinin dublikatının verilməsinə zərurət yarandığından Səlyan Rayon Qeydiyyat şöbəsinə müraciət etdi. Müsbət cavab ala bilmədikdə öhdəliyin icrasına dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə də müraciət etdi. Həmin məhkəmədə aparılan araşdırma zamanı məlum oldu ki, doğum akt qeydinin tapılması mümkün olmamış və həmin doğum şəhadətnaməsi və doğum akt qeydi qeydiyyat kitablarına işlənməmişdir. Bu səbəbdən inzibati icraat çərçivəsində bu doğum haqqında şəhadətnamənin bərpası mümkün deyil. Qeyd olunanlar onu göstərir ki, doğum haqqında şəhadətnamənin başqa yollarla bərpası mümkün deyil. Ona görə də doğum faktının təsdiqi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etsə də, doğum akt qeydinə dair arxivdə sənədlər aşkar olunmadığından doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də, öhdəliyin icrasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmədə arxiv sənədlərinin olmaması əsası ilə doğum akt qeydinin bərpa olunmasının mümkün olmaması qənaətinə gəlmişdir. Belə olan halda doğum şəhadətnaməsini başqa yollarla əldə olunması mümkün olmadıqda doğum faktının təsdiqinə dair məhkəməyə müraciət etmək qərarına gəldi. Odur ki, xx xxxxxxxx 1996-cı il tarixdə Salyan rayonu, Xıdırlı kəndində doğulması, soyadının “Xankişiyeva”, adının “Könül”, ata adının “İlham” olmasına dair doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.1996-cı il tarixdə doğulmuş Xankişiyeva (Kərimova nikah soyadı) Könül İlham qızının doğumu haqqında akt qeydi 1993-1999-cu illərə aid Maraqlı şəxs üzrə və Xıdırlı kənd icra nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan müvafiq akt qeydləri kitabında və “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, ərizəni və işin digər materiallarını araşdırıb, belə qənaətə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Beləki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “şəxsi məlumatlar” bölməs(lər)ində görünür ki, ərizəçi Kərimova X5 Muxtar Respublikası Şərur rayonu Düdəngə kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Həmin Qanunun 10-cu maddəsinə əsasən, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi qeydiyyat ünvanı Naxçıvan Muxtar Respublikası ünvan 1əti üzrə baxılması üçün Naxçıvan MR Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair 2(5-152)-77/2026 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan MR Şərur Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar