Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(5-156)-31/2026 16.03.2026 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Tariyel Aydın oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Kontoru olmaqla “mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair” mülki işə Şabran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Kontoru olmaqla “mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.1997-ci il tarixində vəfat etmiş anası X1 miras qalmış Şabran rayonu Məliklər kəndində yerləşən torpaq sahəsində olan payının qəbulu üçün müəyyən edilmiş müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şabran rayon Notariat Ofisinə müraciət edərək, xx.xx.1997-ci il tarixində vəfat etmiş anası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Şabran rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 824 saylı məktubu ilə ona cavab verilmişdir ki, xx.xx.1997-ci il tarixində vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlər nəzərdən keçirildi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Yuxarıda qeyd edilənləri nəzərə alıb, onun tərəfindən, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü, mirasın qəbul edilməsi ilə bağlı hər hansı sübut təqdim edilməməsi səbəbindən vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyatı üzrə Şabran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini qəbul etdiklərini bildirmişlər və onların iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon Notariat Kontorunun nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş V-JQ seriyalı 264517 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şabran rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 824 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.1997-ci il tarixində vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlər nəzərdən keçirildi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Yuxarıda qeyd edilənləri nəzərə alıb, İddiaçı tərəfindən, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X1 qalmış mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü, mirasın qəbul edilməsi ilə bağlı hər hansı sübut təqdim edilməməsi səbəbindən vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar aidiyyatı üzrə Şabran rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********25, qeydiyyat tarixi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan çıxarışdan görünür ki, İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə Şabran rayonu, Məliklər kəndi ərazisindən 2.5819 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsiində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən, xx.xx.1997-ci il tarixdə vəfat etmiş anası X1 qalmış mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1997-ci il tarixində vəfat etmiş anası X1 miras qalmış Şabran rayonu Məliklər kəndində yerləşən torpaq sahəsində olan payının qəbulu üçün müəyyən edilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. xx.xx.1997-ci il tarixində vəfat etmiş anası X1 miras qalmış Şabran rayonu Məliklər kəndində yerləşən torpaq sahəsində olan payının qəbulu üçün müəyyən edilmiş müddət uzadılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100,60 (bir yüz manat altımış qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(5-156)-31/2026
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(5-156)-31/2026
16.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver