Məhkəmə qərarları › İş №2(5-159)-125/2026

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(5-159)-125/2026

16.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(5-159)-125/2026 16.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, Ərizəçi X4 doğum akt qeydinə düzəliş edilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi X5 ona məxsus 27 aprel 1966-cı il tarixli, 125 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, ata qrafasında atasının adı və soyadı “X6” kimi göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırılmışdır ki, o xx xxxx 1966-cı ildə Şəmkir rayonunun Sabirkənd kəndində doğulmuşdur. X3, anası X2r. X11 və anası Züleyxa Rüstəmova vəfat etmişlər. Onun soyadı atasının adı mərhum atasının soyadı ilə eyni olduğu halda ona məxsus doğum haqqında akt qeydində soyadı X5 qeyd edilsə də, akt qeydinin valideynləri hissəsində anası X1 adı qeyd edilsə də atasının adı və soyadı qeyd olunmamışdır, yanlış olaraq atasının adı qeyd edilməmişdir. Hazırda doğum akt qeydində atasının adı və soyadı yazılmadığına görə doğum haqqında akt qeydində yanlışlıq olduğuna görə o müvafiq sənədləşmə işlərini apara bilmir. Doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin orqan tərəfindən doğum haqqında akt qeydinə, atasının soyadını və adının qeyd olunması üçün düzəliş edilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi hazırda iddiaçı iddia icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək doğum haqqında şəhadətnamədə yalnışlığın aradan qaldırılması, ata qrafasında “X6”nun adının qeyd olunmasını məhkəmədən xahiş edir. Belə ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati orqanların inzibati fəaliyyətindən irəli gələn iddialara mülki məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra- inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan olaraq göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarına əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa iddiaçı iddiasından görünür ki, ümumilikdə tələbi doğum haqqında şəhadətnamədəki qeydlərə düzəliş edilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi X4 doğum akt qeydinə düzəliş edilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada ərizəçiyə təqdim olunsun ona müvafiq tələblə aidiyyat üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar