Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(5-159)-708/2026 05.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu İddiaçı cavabdeh X2 qarşı “torpaq sahələrindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tikililərin sökülməsi tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı “torpaq sahələrindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tikililərin sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 və digərlərinin ona məxsus 0,1418 h torpaq sahəsinin 0,0284 ha zəbt eilmiş hissəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən torpaq sahəsində tikilmiş özbaşına tikilinin onun hesabına sökülməsini və sökülmüş tikinti materiallarının torpaq sahəsindən çıxarılması cavabdehin üzərinə qoyulması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iddia tələbi ilə əlaqədar iddia ərizəsinə iddiacı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmiş iddia ərizəsi iddiacı tərəfindən imzalanmamış eyni zamanda cavabdehlərin sayına görə iddia ərizəsinin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X5” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya hüququ olmayan şəxs tərəfindən imzalandıqda iddia ərizəsi geri qaytarılır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rümunun ödənilməsini təsdiq edən sənəd təqdim edilməkdə iddia ərizəsi geri qaytarılır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh X2 qarşı “torpaq sahələrindən çıxarılma və cavabdehlərin hesabına qanunsuz tikililərin sökülməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(5-159)-708/2026
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(5-159)-708/2026
05.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver