Məhkəmə qərarları › İş №2(5-162)-186/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-186/2026

13.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-186/2026 13.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkalətli nümayəndəsi X6 iştirakları ilə, İddiaçı, Cavabdehnə və X8 İstismar İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə və X8 İstismar İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2026-cı il tarixli 14-2-2- 11/3-1K-42/2026 nömrəli əmrin ləğv olunması, işə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən alınıb ona verilməsi, mediasiya sessiyasının keçirilməsi üçün tək ödənilmiş 50 manat pulun, iddia ərizəsinin tərtibinə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini, əmək stajının düzgün hesablanması və xəbərdarlıq müddətinin qanuna uyğun müəyyən edilməməsi faktının nəzərə alınması və 2025-ci ilin oktyabr ayına aid ştat cədvəllərinin, işə qəbul əmrlərinin və ştat ixtisarı ilə bağlı sənədlərin cavabdehdən tələb olunmasının təmin olunması xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı qismində izahat vermiş İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh tərəf xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam vermişdir. Hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2026-cı il tarixli,14-2-2-11/3-1K- 42/2026 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, cavabdeh tərəfindən pozulmuş hüquqları bərpa edilməlidir. İddiaçı yolun uzaqlığına görə, maddi vəziyyəti ilə bağlı hazırki mülki işin Bakı Şəhər Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmiş, iddia tələbinə Tərtər Rayon Məhkəməsində baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh vəkalətli nümayəndəsi X7 məhkəmə iclasında göstərmişdir ki, iddia tələbini qəbul etmirlər, təmin edilməməsini xahiş edirlər. Nümayəndə eləcə də bildirmişdir ki, Tərtər RQİİ hüquqi şəxs olmadığından və əsasnamə əsasında fəaliyyət göstərdiyindən onun hüquqlarının birbaşa məhkəmədə müdfaiəsi üçün etibarnamə vermə səlahiyyəti də yoxdur. İddiaçı tərəf hazırki tələinə cavabdeh qismində Tərtər RQİİ-ə qarşı çıxış etməklə prosessual qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Bununla bağlı təqdim etdikləri vəsatətlərində geniş qaydada göstərmişlər. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh X2rşı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2026-cı il tarixli 14-2-2-11/3-1K- 42/2026 nömrəli əmrin ləğv olunmasını, işə bərpa edilməsi, məcburi iş buraxma dövri üçün əmək haqqının cavabdehdən alınıb ona verilməsi tələbi barədə iddia ərizəsinin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beləliklə, X9 İstismar İdarəsi əsasnamə əsasında fəaliyyət göstərdiyindən və hüquqi şəxs olmadığından əsl cavabdehin X1 nəzərə alınmalı, iddia tələbi hüquqi şəxs X3 qeydiyyatda olduğu hüquqi ünvan üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud har hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəssiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüquqlarına malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələsinin dəqiqi müəyyən edilməsini şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərlə əlaqədar məhkəmə hesab edir ki, İddiaçı, Cavabdehnə və X8 İstismar İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı, Cavabdehnə və X8 İstismar İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar