Məhkəmə qərarları › İş №2(5-162)-20/2026

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(5-162)-20/2026

05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(5-162)-20/2026 05.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər rayon Notariat Ofisi olmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2006-cı ildə vəfat etmiş nənəsi (atasının anası) X6 və xx.xx.2018-ci ildə vəfat etmiş əmisi X4 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş, JN 062A, KOD 61107028 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədi olan Tərtər rayon Kəngərli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, xx.xx.1983-cü Tərtər rayon Kəngərli kəndində anadan olmuşdur. Ailəlidir, üç övladı olmuşdur. Nənəsi (atasının anası) X18 və əmisi X4 mülkiyyətində Tərtər rayon Kəngərli kəndində 0,25 ha həyətyanı torpaq sahəsi vardır. Göstərilən torpaq sahəsinə görə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş, JN 062A, KOD 61107028 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədi verilmişdir. X26 xx.xx.2006-cı ildə və əmisi Eyvaz Həsənov xx.xx.2028-ci il tarixdə ölmüşdür. Bu barədə olan ölüm haqqında şəhadətnamələrin surəti ərizəyə əlavə edilmişdir. Nənəsi və əmisi öləndə miras qalan həyətyanı torpaq sahəsi onun tərəfdən qəbul edilmiş və indi də həmin torpaq sahəsindən istifadə edir. Göstərilən mirasın onun tərəfdən qəbul edilməsinə görə ailə üzvlərinin heç bir etirazı yoxdur. Eyni zamanda Eyvaz Həsənov ailə həyatı qurmamış və onun övladı olmamışdır. Həmin miras qalmış əmlaka görə o, vərəsəlik şəhadətnaməsi almaq üçün Tərtər Rayon Dövlər Notariat Ofisinə müraciət etmişdir. Lakin Notariat Ofisi tərəfindən ona müddəti ötürdüyünə görə miras əmlaka görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina qərarı verilmişdir. Buna görə ona məhkəməyə ərizə ilə müraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməısini xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Tərtər rayonu, Kəngərli kənd İƏD-i nümayəndənin verdiyi 11 saylı, xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayonu, Kəngərli kəndində yaşayır. İşdə olan Tərtər rayonu, Kəngərli kənd İƏD-i nümayəndənin verdiyi 07 saylı, xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, mərhum X1 rayonu, Kəngərli kəndində yaşamışdır. xx.xx.2018-ci ildə vəfat etmişdir. Kəngərli kənd məzarlığında dəfn olunmuşdur və heç vaxt ailə qurmamışdır. Onun övladı olmamışdır. İşdə olan doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx xxxxx 1983-cü ildə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuşdur, həmin sənəddə ata qrafasında X16, ana qrafasında X8 qeyd edilmişdir. İşdə olan doğum haqqında arayışın surətindən görünür ki, X16 xx.xx.1956-cı ildə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuşdur, həmin sənəddə ata qrafası boş saxlanılmaqla, ana qrafasında X18 qeyd edilmişdir. İşdə olan Tərtər rayonu, Kəngərli kənd İƏD-i nümayəndənin verdiyi 08 saylı, xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, mərhum X18 xx.xx.2006-cı ildə vəfat etdikdən sonra onun oğlu X16 02 may 2025-ci ildə ölmüş, X11 24 noyabr 2018-ci ildə ölmüş, X12 17 dekabr 20219-cu ildə ölmüş, X9 10 oktyabr 2015-ci ildə ölmüş, X5 05 noyabr 2025-ci ildə ölmüş və X2 ibarət olmuşdur. İşdə olan ölüm haqqında arayışın surətindən görünür ki, X11 24 noyabr 2018-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında arayışın surətindən görünür ki, X16 02 may 2025-ci ildə ölmüşdür. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2026-cı ildə qəbul edilmiş 04 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi xx.xx.2006-cı ildə vəfat etmiş X6 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün təqdim etdiyi sənədləri nızırdın keçirərək ona verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər rayon Notariat Ofisində xx.xx.2026-cı ildə qəbul edilmiş 05 saylı qərardan görünür ki, həmin qərarla Ərizəçi xx.xx.2018-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün təqdim etdiyi sənədləri nızırdın keçirərək ona verilməsindən imtina edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 05 noyabr 2025-ci ildə ölmüşdür. İşdə olan doğum haqqında arayışın surətindən görünür ki, X13 15 oktyabr 1963-cü ildə Tərtər rayonu, Kəngərli kəndində anadan olmuşdur, həmin sənəddə ata qrafasında X14, ana qrafasında X18 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 oktyabr 2015-ci ildə ölmüşdür. İşdə olan ölüm haqqında arayışın surətindən görünür ki, X12 17 dekabr 20219-cu ildə ölmüşdür. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş, JN 062A, KOD 61107028 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamədə Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi X10 mülkiyyətinə verilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********378 nömrəli ərizədən görünür ki, X13 həmin ərizədə bidirmişdir ki, xx.xx.2006-cı ildə vəfat etmiş anası X7 miras qalmış əmlakdan ona çatası miras payı qəbul etməmişdir. Etmir, gələcəkdə miras payın qaytarılması barədə hər hansı bir tələbi və iddiası olmayacaqdır. Ona düşən payın qardaşı oğlu Ərizəçi adına sənədləşdirilməsinə razıdır. Məhkəmə ərizəçinin izahatını dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi xx.xx.1983-cü Tərtər rayon Kəngərli kəndində anadan olmuşdur. Ailəlidir, üç nəfər övladı olmuşdur. Nənəsi (atasının anası) X18 və əmisi X4 mülkiyyətində Tərtər rayon Kəngərli kəndində 0,25 ha həyətyanı torpaq sahəsi vardır. Göstərilən torpaq sahəsinə görə Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş, JN 062A, KOD 61107028 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədi verilmişdir. X26 xx.xx.2006-cı ildə və əmisi Eyvaz Həsənov xx.xx.2028-ci il tarixdə ölmüşdür. Ərizəçi X26nın və əmisi Eyvaz Həsənovun vəfat etdiyindən birinci dərəcəli vərəsələri sayılır. Belə ki, hazırda nənəsinin sağ qalan yeganə vərəsəsi Qiyas Həsənov notarial qaydada ərizə verərək anasından miras qalmış əmlakın qardaşı oğlu Ərizəçi adına sənədləşdirilməsinə etiraz etmədiyini göstərmişdir. Eləcə də ərizəçinin əmisi Eyvaz Həsənovun ailəsi və uşağı olmamışdır. Ərizəçi nənələri Haman Həsənova və əmisi Eyvaz Həsənov vəfat etdikdən sonra onlardan qalmış bütün mirası faktiki olaraq qəbul etmişdir. Lakin ötən müddət ərzində ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Son dövrlərdə ərizəçi X26dan və Eyvaz Həsənovdan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat orqanı lazımi sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina etmiş, ərizəçi də bunu qəbul etmişdir. Odur ki, ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mərhum nənəsindən və əmisindən miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, ərizəçi mərhum nənəsinin və əmisinin qanun üzrə vərəsəsi kimi öz öhdəsinə düşən bütün lazımi hərəkətləri etmişdir. Qanunları bilmədiyi üçün nənəsindən və əmisindən miras qalmış daşınmaz əmlakları vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahat vermiş ərizəçi ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, ərizəçinin izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2006-cı ildə vəfat etmiş nənəsi (atasının anası) X7 və xx.xx.2018-ci ildə vəfat etmiş əmisi X4 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş, JN 062A, KOD 61107028 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədi olan Tərtər rayon Kəngərli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2006-cı ildə vəfat etmiş nənəsi (atasının anası) X7 və xx.xx.2018-ci ildə vəfat etmiş əmisi X4 mülkiyyətində olub miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş, JN 062A, KOD 61107028 seriyalı “Torpağın Mülkiyyətə Verilməsinə Dair” Şəhadətnamə sənədi olan Tərtər rayon Kəngərli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar