Məhkəmə qərarları › İş №2(5-162)-255/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-255/2026

24.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-255/2026 24.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı cavabdeh X1 İstismarı İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 İstismarı İdarəsinə qarşı cavabdeh X1 İstismarı İdarəsinin rəisinin xx.xx.2026-cı il tarixli, 14-2-2-11/3-1K-46/2026 saylı əmrini etibarsız edib onun X1 İstismarı İdarəsinin Zərdab rayonu üzrə qəza dispetçer xidmətinə 5-ci dərəcəli qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə bərpa olunmasına, məcburi iş buiraxmaya görə əmək haqqının hesablanıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı cavabdeh X1 İstismarı İdarəsinə qarşı cavabdeh X1 İstismarı İdarəsinin rəisinin xx.xx.2026-cı il tarixli, 14-2-2-11/3-1K-46/2026 saylı əmrini etibarsız edib onun X1 İstismarı İdarəsinin Zərdab rayonu üzrə qəza dispetçer xidmətinə 5-ci dərəcəli qaz paylayıcı stansiyasının operatoru vəzifəsinə bərpa olunmasına, məcburi işbuiraxmaya görə əmək haqqının hesablanıb ona verilməsini tələb etsə də, o, bununla bağlı iddia tələbini “Azəriqaz” İstehsalat Birliyinə qarşı verməli, bununla bağlı mübahisə ilə bağlı iddia tələbilə Azəriqaz” İstehsalat Birliyinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etməlidir. İddiaçı bunu etməmiş bir başa Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki tələb ilə bağlı iddiaçı göstərilən nöqsanları aradan qaldırmaqla aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yol verilmiş həmin nöqsan Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Çünki həmin maddədə iddiaçının işdə iştirak edən şəxslərin poçt ünvanlarını göstərməli olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə görə ərizəyə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim üdirsə) cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidlərin və məhkəmə iclasına davam etdirmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasınını istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanları, cavabdehin və işdə iştirak edən digər eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VOEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdeh X1 İstismarı İdarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar