Məhkəmə qərarları › İş №2(5-162)-280/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-280/2026

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-280/2026 04.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Tərtər rayon Xüsusi Notariat Ofisi olmaqla mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx.xx.1975-ci ildə vəfat etmiş ataları X1 və xx.xx.2018-ci ildə vəfat etmiş anaları X2 miras qalmış əmlakın (Tərtər rayonu, İlxıçılar kəndində yerləşən onların adına olan 0,45 ha həyətyanı torpaq sahəsinə və ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinə) onların tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx.xx.1975-ci ildə vəfat etmiş ataları X1 və xx.xx.2018-ci ildə vəfat etmiş anaları X2 miras qalmış əmlakın (Tərtər rayonu, İlxıçılar kəndində yerləşən onların adına olan 0,45 ha həyətyanı torpaq sahəsinə və ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinə) onların tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etsə belə, həmin tələblə bağlı zəruri sənədlər olan torpaq sahəsinin və fərdi yaşayış evinin kimə məxsus olması ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdirlər. Eləcə də digər vərəsələrin razılıq ərizələri ərizəyə əlavə edilməmişdir. Belə ki, hazırki ərizə ilə bağlı vərəsələr arasında mübahisə olacağı təqdirdə qanunun tələblərinə əsasən tələb baxılmamış saxlanılır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149-cu maddəsi ilə iddia ərizəsinin müəyyən olunması formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməli sənədlərin siyahısında iddianı əsaslandıran hallara dair sənədlərin təqdim edilməli olması da nəzərdə tutulmuşdur. Məhkəmə bu baxımdan tələbi əsaslandırılmamış hesab edərək belə nəticəyə gəlir ki, iddiaya münasibətdə Azərbaycan Respublikası MPM-nin 149.2.3cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qanunla müəyyən edilmiş qaydada sənədlərini toplayıb hazırki iddia ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 xx.xx.1975-ci ildə vəfat etmiş ataları X1 və xx.xx.2018-ci ildə vəfat etmiş anaları X2 miras qalmış əmlakın (Tərtər rayonu, İlxıçılar kəndində yerləşən onların adına olan 0,45 ha həyətyanı torpaq sahəsinə və ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinə) onların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi1 qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar