Məhkəmə qərarları › İş №2(5-165)-22/2026

Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-165)-22/2026

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(5-165)-22/2026 17.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X15 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair xüsusi icraat qaydasında verdiyi ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1965-ci ildə Yardımlı rayonu Qabaqdibi kəndində doğum faktının müəyyən edilməsi və adına veriləcək doğum haqqında şəhadətnamənin ata qrafasında «X6», atansının milliyəti qrafasında «azərbaycanlı», ana qrafasında «X7», anasının milliyəti qrafasında «azərbaycanlı» kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yardımlı rayonunun Qabaqdibi kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, Azərbaycan Respublikası vətəndaşıdır. X2 və anası X7 olublar və onlar vəfat ediblər. Ərizəyə əlavə etdiyi, adına verilmiş şəxsiyyət vəsiqəsində doğum ili 1965-ci il göstərilsə də, gün və ay göstərilməmişdir. Yardımlı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli 15 nömrəli qərarı ilə Yardımlı rayonunun Qabaqdibi kəndi ərazisində o da daxil olmaqla ailə üzvülərinə torpaq sahəsi ayrılmış və bu barədə JN-201 KOD ********* olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmişdir. O mülkiyyətində olan torpaq sahəsindən öz payını ayırmaq istəyir. Bunun üçün aidiyyatı orqanlara müraciət etmişdir, lakin doğum tarixində gün və ayın göstərilməməsi səbəbindən müraciəti müsbət həll olunmur. Doğum tarixində gün və ayın göstərilməməsi ona bir çox bu və ya digər formada hüquq və vəzifələrinin həyata keçirilməsində maneçilik törədir. Maraqlı şəxsnə müraciət edərək ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin ərizəyə əlavə etdiyi Yardımlı Rayon QŞnin məktubundan göründüyü kimi, Yardımlı Rayon QŞ-nin arxivində saxlanılan ilkin və doğum bərpa akt qeydləri, eləcədə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilmədiyindən doğum haqqında şəhadətnamə verilməmiş, bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yardımlı rayon İHB-nin Vəlixanlı İƏD üzrə nümayəndəliyinin ərizəyə əlavə etdiyi arayışından görünür ki, nümayəndəliyin Qabaqdibi kəndinə məxsus “təsərrüfatbaşına uçot” kitabında doğum tarixi xx.xx.1965-ci il, X1 və anasının X7 olduğu göstərilmişdir. Valideyinləri 16 dekabrda doğulduğunu bildirməklə, doğum gününü usaq vaxtından hər il həmin gün qeyd etmişlər və hazırda da ailəsi tərəfindən də həmin tarixdə qeyd edilir. Qeyd etdiklərini Şahid1, X3 və Şahid2 da, şahid kimi təsdiq edə bilər. Məhkəmə hazırlıq və baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, şəxsiyyət vəsiqəsində doğum ili 1965-ci il göstərilsə də, gün və ay göstərilməmişdir. Bu da hüquqlarını həyata keçirmək üçün ona mane olur. O, Maraqlı şəxsnə müraciət edərək ona doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin doğum haqqında akt qeydi aşkar edilmədiyindən ona doğum haqqında şəhadətnamə verilməmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Yardımlı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Yardımlı rayonunun Qabaqdibi kəndi ərazisində o də daxil olmaqla ailə üzvülərimizə torpaq sahəsi ayrılmışdır. O mülkiyyətində olan torpaq sahəsindən öz payını ayırmaq istəyir. Bunun üçün aidiyyatı orqanlara müraciət etmiş, lakin doğum tarixində gün və ayın göstərilməməsi səbəbindən müraciəti müsbət həll olunmamışdır. Həmçinin onu da qeyd etmişdir ki, ali təhsillidir, müəllim işləyir. Müəllimlərin sertifikatlaşdırması və digər tədbirlərin sənədləşdirilməsində doğum gününün və ayının olmaması maneçilik törədir. Bu faktın təsdiq olunması bu və ya digər məsələlərdə ona lazımdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 bildirmişdir ki, Ərizəçi onun qaynı qızıdır və yaxından tanıyır. Mahirə qış aylarında, yəni dekabr ayında doğulmuşdur. X1 və anasının X7 olmağını təsdiq edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 bildirmişdir ki, Ərizəçi onun əmisi qızıdır. Mahirə 1965-ci ilin dekabr ayının ortaları anadan olmuşdur. X1 və anasının X7 olmağını təsdiq edir. Maraqlı şəxs 12 yanvar 2026-cı il tarixli arayışından görünür ki, X6 və X8 arasında nikah Yardımlı rayon İHB-nin Vəlixanlı İƏD üzrə nümayəndəliyində bağlanmış, nikah haqqında 01 iyun 1967-ci il tarixdə 10 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Adişov, arvada Sariyeva soyadı verilmişdir. Nikaha xx.xx.2000-ci ildə A.M.Adişovun ölməsi və N.F.Sariyevanın isə xx.xx.2009-cu ildə ölməsi ilə bağlı xitam verilmişdir. Maraqlı şəxs 23 dekabr 2025-ci il tarixli arayışından görünür ki, 1965-ci ildə Yardımlı rayonu Qabaqdibi kəndində anadan olmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan 1962-ci il tarixdən 1968-ci il tarixədək ilkin doğum, 1965-ci il tarixdən 1975-ci il tarixədək bərpa doğum akt qeydləri üzrə yoxlama aparılmış, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Yardımlı rayon İHB-nin Vəlixanlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Adişova X5 rayon Qabaqdibi kəndində daimi olaraq qeydiyyatda olmaqla yaşayır. Onun doğum tarixi Vəlixanlı İƏD üzrə nümayəndəliyinin Qabaqdibi kəndinə məxsus “Təsərrüfat başına” uçot kitabında xx.xx.1965-ci il tarixi qeyd edilmişdir. J№-201 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Yardımlı rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə Ərizəçi və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.49 hektar torpaq sahəsi verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçini və şahidləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edimişdir ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Yardımlı rayonu, Qabaqdibi kəndində doğulmuşdur. X2 və anası X4r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 307.2.3 və 307.2.10-cu maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının və atalığın etiraf olunması faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 166.4. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 166.5. Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər. 44.1-ci madddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.4-cü madddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx.xx.1965-ci il tarixdə Yardımlı rayonu, Qabaqdibi kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixdə Yardımlı rayonu, Qabaqdibi kəndində doğulmağı faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında «X6» atanın milliyəti qrafasında «Azərbaycanlı», ana qrafasında «X7», ananın milliyəti qrafasında «Azərbaycanlı» kimi qeyd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar