Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(5-166)-39/2026 13.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Cəfərova Ruqiyyə Ülfət qızı, Ərizəçi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən ərizə Ərizəçi qaytarılmalıdır. Ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçiyə izah edilməlidir ki, o, göstərilən nöqsanı aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ümumi qaydada ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruqiyyə Cəfərova
Məhkəmə qərarları › İş №2(5-166)-39/2026
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(5-166)-39/2026
13.01.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver