Məhkəmə qərarları › İş №2(5-166)-64/2026

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-166)-64/2026

02.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(5-166)-64/2026 02.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “qohumluq münasibəti faktının təstiq edilməsinə” dair ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: Ərizəçi Maraqlı şəxs qeyd etməklə “qohumluq münasibəti faktının edilməsinə” dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X2 (nənəsi) və Hüseynova (Gilə Səlim qızı (bibis) qohumu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, xx.xx.1959-cıı il tarixdə Yevlax raxonu Səmədəbad kəndində anadan olmuşdur. X11, anası X13r. X11 Ermənistan Respublikasında anadan olmuşdur. Atasının ailəsi sonradan Ermənistan Respublikasından köçərək Azərbaycana gəlmişdir. X14 valideynləri isə X20 və X3r. X20 ilə X1 birgə evliliyindən İsbi Hüseynov və Cilə Hüseynova doğulmuşdur. Qeyd etdiyi qohumları Ermənistan Respublikasında anadan olduğundan onların doğum haqqında şəhadətnamələri orada qalmışdır. Hazırda bu sənədləri əldə də bilmir. Belə ki, Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə görə Yevlax rayonu Səmədabad kəndi ərazisində 0.08 ha torpaq sahəsi X33, X25 və X26 verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Yevlax rayonu Səmədəbad kəndi ərazisində 4.5516 ha torpaq sahəsi verilən şəxslərin sırasında X7 və X15 adı da, var. Torpaq sahəsi bu şəxslərin və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Mayaxanım nənəsi, Gilə isə bibimdir. Lakin nənəsin və bibisin doğum haqqında şəhadətnamələri olmadığından aralarında olan qohumluğu da müəyyən etmək çətindir. Çünki doğum haqqında şəhadətnamələr qaçqın düşərkən Ermənistamla qalmışdır. Hüseynova Mayaxanım 1999cu ildə, 1999-cu ildə Gilı isə 2004-cü ildə vəfat etmişdir. Hazırda nənəsindən və bibindən miras qalan torpaq paylarını vərəsə olaraq qəbul edə bilmir. Aralarında olan qohumluq əlaqələrini təsdiq edəcək sənədləri yuxarıda qeyd etdiyi səbəbdən təqdim etməkdə çətinlik çəkir. Qohumluq taktını başqa qaydada müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanlara uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadə verərək bildirdi ki, Ənvər onun həyat yoldaşıdır. 1981-ci il tarixdə ailə qurmuş, Mayaxanım onun qaynatası anası Gilə isə onun bacısı olduğunu, onunla birlikdə yaşadıqlarını, yas mərasimini onlar tərəfindən verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, Ənvər onun əmisi oğludur. Mayaxanım və Gilə xanım Ənvərlə birlikdə yaşadıqlarını onlara məxsus olan torpaq sahəsinin Ənvər öz adına keçirmək isdədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, Ənvər onun atasıdır. Gilə isə onun bibisi olduğunu, Mayaxanım isə atasının nənəsi olduğunu, onlara məxsus olan torpaq sahəsini atası adına sənədləşdirmək istədiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında akt qeydi görünür ki, X18 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında akt qeydi görünür ki, X20 xx.xx.1958-ci il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında akt qeydi görünür ki, X33 xx.xx.2009-cu il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında akt qeydi görünür ki, X31 xx.xx.2004-cü il tarixdə ölmüşdür. JN-226A KOD 90112018 №-li “torpağın mülkiyyət verilməsinə dair” şəhadətnamədən görünür ki, X27, X22 və X23 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evi həyətyanı sahəsi üçün 0,08 ha torpaq sahəsi verilmişdir. xx.xx.1976-cı il tarixli İV-ЖГ seriyalı, 317612 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi (X11, anası X25) xx.xx.1959-cu il tarixdə Yevlax şəhərinə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 26 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********67 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Səmədabad kəndində yerləşən 4.5516 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi, X4, X15, X24, X12, X8, X5, X6, X9 və X19 adlarına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları miras qoyanın ikinci növbə vərəsələri sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mərhum nənəsi X10 və mərhum bibisi X31 Ərizəçi müvafiq olaraq nənəsi və bibisidir. Mayaxanım Hüseynovanın və Gilə Hüseynovanın adlarına Yevlax rayonu Səmədabad kəndində həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin mərhum şəxslər ərizəçinin nənəsi və bibisindir. Ərizəçi miras qalmış əmlaka vərəsəlik işi açdırmaq istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi əsaslıdır və mərhum X2 və mərhum X15 Ərizəçi müvafiq olaraq nənəsi və bibisi olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə ölmüş mərhum X2 və xx.xx.2004-cü il tarixdə ölmüş mərhum X15 Ərizəçi müvafiq olaraq nənəsi və bibisi olması faktı müəyyən müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar