Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(5-169)-120/2026 13.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən, Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı “miras qalmış əmlakın qəbul edilməsi faktının təsdiq edilməsinə” dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babasından miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84 kv.m, yaşayış sahəsi 61,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı evin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş və ona görə də, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, verilən ərizədəki tələb ilə ərizəçinin çatmaq istədiyi nəticə arasında uyğunsuzluq mövcuddur. Ərizəyə əlavə edilən Ərizəçi ünvanlanmış Zərdab rayon Notariat Ofisinin xx.xx.2026-cı il tarixli, 26 nömrəli məktubundan görünür ki, vərəsələr Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən mirası 6 ay ərzində qəbul etməli və ya Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq mirası faktiki olaraq qəbul etməlidirlər, Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələbinə uyğun olaraq mirasın qəbulu üzrə buraxılmış müddətin uzadılması üçün məhkəməyə müraciət olunmalıdır. Belə olan halda hesab edirəm ki, Ərizəçi xüsusi icraat qaydasında “miras qalmış əmlakın qəbul edilməsi faktının təsdiq edilməsinə” dair ərizə ilə deyil, iddia icraatı qaydasında “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlər əsasında hesab edirəm ki, Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı ““miras qalmış əmlakın qəbul edilməsi faktının təsdiq edilməsinə” dair ərizəsi geri qaytarılmalı, ərizəçiyə ərizənin geri qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmçinin ərizə geri qaytarıldığından Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixdə ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq ərizəçiyə qaytarılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Zərdab rayon Notariat Ofisinə qarşı “miras qalmış əmlakın qəbul edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2026-cı ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov
Məhkəmə qərarları › İş №2(5-169)-120/2026
Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(5-169)-120/2026
13.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver