Məhkəmə qərarları › İş №2(5-169)-85/2026

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(5-169)-85/2026

06.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(5-169)-85/2026 06.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyaların çıxarılması tələbinə” dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus 6 ədəd bakal, 4 ədəd rumka, 5 ədəd stəkan, 1 ədəd bulud boşqabı, 5 ədəd pendir pıçağı, 4 ədəd xörək qaşığı, 1 ədəd çömçə, 5 ədəd çəngəl, 5 ədəd duz qabı, 6 ədəd limon qabı, 4ədəd böyük boşqab, 3 ədəd nəlbəki, 1 ədəd meyvə qabı, 2 ədəd salat qabı, 1 ədəd pendir qabı, 1 ədəd dərin boşqab, 1 ədəd çay qaşığı, 1 ədəd çörək qabı, 2 ədəd məcməyi (podnus), 1 ədəd çaydan, 1 ədəd çaynik, 2 ədəd qazan (biri böyük biri balaca), 2 ədəd kalçuk ləyən, 1ədəd taxt və taxt üstü, 1 ədəd sandıq, 1ədəd döş stolu, 2 ədəd oturacaq, 1 ədəd dəmir kravat, 1 ədəd xalça, 1 ədəd daruşka, 7 ədəd döşəkcə, 5 ədəd böyük döşək, 6 ədəd yastığ, 3 ədəd yorğan, 1 ədəd yorğan üzü (yararsız), 1 ədəd hamam dəsmalı, 1 ədəd pərdə, 5 ədəd yastığ üzü, 1 ədəd yataq örtüyü, 1ədəd lampa, 1 ədəd əl-üz silən dəsmalı (yararsız) olmaqla cehiz əşyalarının mənə məxsus Zərdab rayon Şahhüseynli kəndində yerləşən mənzildən cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddia ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, göründüyü kimi irəli sürülən iddia mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Lakin, iddiaçı tərəfindən daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənədlər iddia ərizəsinə əlavə edilməmiş, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə isə mülkiyyət hüququnu müəyyən edən hüquq müəyyənedici sənədin başqa bir şəxsə məxsus olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, İddiaçı iddia ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2026-ci il tarixli, **********53 nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən cehiz əşyaların çıxarılması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-ci ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********53) 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar