Məhkəmə qərarları › İş №2(5-88)-108/2026

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-88)-108/2026

27.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(5-88)-108/2026 27.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Heydarov Aslan Nazim oğlu, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxma dövrü üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi:

1. İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxma dövrü üçün orta əmək haqqının ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2025ci il tarixli xxxxxxx000100 saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsini və əvvəlki işinə (müəllim vəzifəsinə) bərpa olunmağı barədə qərar çıxarılmasını; (İşdən azad olunduğu tarixdən faktiki işə bərpa olunacağı günə qədər keçən məcburi işburaxma dövrü üçün orta əməkhaqqının cavabdehdən tutularaq ona ödənilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır.

3. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır.

4. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

5. Məhkəmə qeyd edir ki, tərəf məcburi mediasiya tələb olunan iş üzrə mediasiya sazişi təqdim etmirsə və ya mediasiya təşkilatından alınmış arayış yoxdursa, məhkəmə iddianı geri qaytarır.

6. İddaçı iddia ərizəsində töhmətin ləğv edilməi barədə məhkəmənin icraatında olan işdə mediasiya arayışı əlavə etdiyini göstərsə də, məhkəmə qeyd edir ki, həmin tələb hazırki tələbdən fərqlidir və hazırki tələb üzrə də mediasiya prosesində iştirak barədə sənədin təqdim edilməsi zəruridir.

7. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

8. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

9. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxma dövrü üçün orta əmək haqqının ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya ərizəçiyə geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hаkim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar