Məhkəmə qərarları › İş №2(5-89)-8/2026

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-89)-8/2026

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № 2(5-89)-8/2026 05.03.2026 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X24 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi : Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Ordubad rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum X15ndan və xx.xx.2019-cu il tarixdə vəfat etmiş mərhum anası X5 miras qalmış Ordubad rayonu Sabirkənddə yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0,1366 ha torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X54 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********73- 10301 reyestr nömrəli çıxarışdan da göründüyü kimi Naxçıvan MR, Ordubad rayonu Sabirkənddə yerləşən, ümumi sahəsi 0,1366 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi mərhum X15 və mərhum anası X6 ümumbirgə mülkiyyətində olmuşdur.Mərhum X15 xx.xx.2011-ci il tarixdə, mərhum anası X12 isə xx.xx.2019-cu il tarixdə Ordubad rayonu Sabirkənddə vəfat etmişdir. Onların vəfatından sonra qeyd olunan fərdi yaşayış evi və torpaq sahəsi miras əmlak kimi qalmışdır.Ərizəçi bildirmişdir ki, mərhum valideynlərinin vəfatından sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, həmin əmlaka sahiblik və idarəetmə etmiş, evə və həyətyanı sahəyə qulluq göstərmişdir. O, həmin əmlakı digər vərəsələrin razılığı ilə öz adına rəsmiləşdirmək məqsədilə Ordubad rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin mərhum valideynlərinin vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etmədiyinə və vərəsəlik hüququ haqqında şəhadətnamə almadığına görə bu mümkün olmamışdır.Ordubad rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 56 saylı qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü ilədək qüvvədə olmuş 1246-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarına və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə istinad edilməklə ərizəçinin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Ərizəçi qeyd etmişdir ki, mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlakı faktiki qəbul edərək onu idarə etmiş, həmin əmlaka sahiblik etmiş və onun saxlanması, istifadəsi ilə bağlı bütün işləri yerinə yetirmişdir. Mülki qanunvericiliyin və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın müddəalarına əsasən mirasın qəbulu yalnız notariat orqanına ərizə verməklə deyil, həmçinin miras əmlaka faktiki sahiblik və idarəetmə yolu ilə də həyata keçirilə bilər.Miras əmlaka faktiki sahiblik dedikdə, miras əmlakın idarə edilməsi, istifadəsi, onun lazımi vəziyyətdə saxlanılması, vergilərin və digər ödənişlərin ödənilməsi və əmlaka sahib kimi davranılması başa düşülür. Ərizəçi də mərhum valideynlərindən qalan əmlaka bu qaydada sahiblik etmişdir.Həmçinin ərizəçi bildirmişdir ki, onun tərəfindən miras əmlakın faktiki qəbul edilməsi və idarə olunması halını qonşuları da şahid qismində təsdiq edə bilərlər. Bu səbəbdən ərizəçi mərhum X15 və mərhum anası X5 miras qalmış Ordubad rayonu Sabirkənddə yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi ümumi sahəsi 0,1366 ha torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları : Əvvəlki məhkəmə iclasında ərizəçinin vəkili nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.Lakin Ərizəçi vəkili Vəkil məhkəməyə 05 mart 2026-cı il tarixli ərizə ilə müraciət edərək, vərəsəlik işi üzrə ərizəni müdafiə etdiklərini, lakin üzrlü səbəbdən iclasda iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. . Məhkəmə maraqlı şəxsin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində maraqlı şəxslərə rəsmi bildiriş göndərilmiş maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Lakin adı çəkilən şəxslər 2(5-89)-8/2026 nömrəli mülki iş üzrə məhkəməyə xx.xx.2026-cı il tarixli yazılı ərizələri ilə müraciət edərək münasibətlərini bildirmişlər: Maraqlı şəxs5 xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququnun tanınması ilə bağlı tələbini dəstəkləmiş, işə onun iştirakı olmadan baxılmasına razılıq vermiş və heç bir etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs2 xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, ərizəsinin təmin olunmasına razılıq vermiş, işin onun iştirakı olmadan baxılmasını xahiş etmiş və etirazının olmadığını qeyd etmişdir. Maraqlı şəxs8 oğlu xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququnun tanınması tələbini təsdiq etmiş, işə onun iştirakı olmadan baxılmasına razılıq vermiş və etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs6 xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik işi üzrə tələbinin təmin olunmasına razılıq vermiş və işin onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxs10 xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququnun tanınması barədəki tələbini dəstəkləmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə razılıq vermiş və etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs9 Qulu qızı xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququnun tanınması ilə bağlı ərizəsinin təmin olunmasına razılıq vermiş, işə baxılmasına dair heç bir etirazının olmadığını və iclasda iştirak etmədən baxılmasına razılıq verdiyini bildirmişdir. Maraqlı şəxs3 xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququnun rəsmiləşdirilməsi tələbini dəstəklədiyini, məhkəməyə etirazının olmadığını və işin onun iştirakı olmadan baxılmasına razılıq verdiyini qeyd etmişdir. Maraqlı şəxs4 xx.xx.2026-cı il tarixdə Ordubad rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququnun rəsmiləşdirilməsi tələbini dəstəklədiyini, məhkəməyə etirazının olmadığını və işin onun iştirakı olmadan baxılmasına razılıq verdiyini qeyd etmişdir. İş materialları : İş materiallarında olan Ordubad rayon Notariat Ofisinin 04 dekabr 2025-ci il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” qərarından görünür ki, Ərizəçi 25 noyabr 2025-ci il tarixli ərizə ilə Ordubad rayon Notariat Ofisinə müraciət edərək mərhum X15nun xx.xx.2011-ci il tarixdə və anası X6 xx.xx.2019-cu il tarixdə vəfat etdiklərini, onların ölümündən sonra Ordubad rayonu Sabirkənd kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin miras qaldığını bildirmiş və həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.Lakin notariat orqanı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü ilədək qüvvədə olmuş 1246-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin keçməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının tətbiqi, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin tələbləri nəzərə alınaraq və tələb olunan sənədlər təqdim edilmədiyindən göstərilən miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X54 tərəfindən verilmiş 08 may 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Sabirkənd kəndində yerləşən ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1366 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X38 və X6 mülkiyyətində olmuşdur. Ordubad Rayon İcra Hakimiyyəti başçısının Sabirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Ordubad rayonu Sabirkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda mərhum valideynləri – X15 (xx.xx.2011-ci il tarixdə vəfat etmişdir) və anası X12 (xx.xx.2019-cu il tarixdə vəfat etmişdir) ilə birlikdə yaşamış və hazırda da onlardan miras qalmış fərdi yaşayış evində yaşayır. Ordubad Rayon İcra Hakimiyyətinin Sabirkənd İƏDÜN-nin müavini tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X25 fərdi yaşayış evinin kommunal xərcləri (qaz və elektrik) onun oğlu Ərizəçi hesabına ödənilir və ərizəçi həmin ünvanda yaşayır. xx.xx.2025-ci il tarixli, N°87 arayışdan görünür ki, Ordubad rayonu Sabirkənd kəndi sakini Ərizəçi elektrik enerjisi ilə bağlı sayğac nömrəsi 70672617 olan elektron tipli elektrik sayğacının müqaviləsi onun adına bağlanmış, bütün ödənişlər də onun hesabına həyata keçirilmişdir. Sonuncu ödəniş xx.xx.2025-ci il tarixində ödənilmişdir. İş materiallarında Azərbaycan Respublikasının Dövlət .Neft Şirkəti “Azəriqaz" X23 “ASAN” xidmət mərkəzinin xx.xx.2025-ci il tarixli olan arayışından görünür ki, Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndi üzrə G4 markalı, mexanika tipli qaz sayğacı (zavod nömrəsi 6089900) Ərizəçi adına qeydiyyata alınmış, bütün ödənişlər də onun tərəfindən həyata keçirilmişdir. Abonent istehlak etdiyi təbii qazın həcminə görə 13 380 m³-lük ödəniş etmiş və hazırda sayğacın borcu yoxdur. Ordubad Rayon İcra Hakimiyyətinin Sabirkənd İƏDÜN-nin müavini tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X11 rayonu Sabirkənd kəndində yaşamış və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri Arvadı,- X20 ( vəfat etmişdir, xx.xx.2015 ) oğlu- Maraqlı şəxs10 xx.xx.1981, oğlu-Maraqlı şəxs8 xx.xx.1984 və qızı- Maraqlı şəxs9 xx.xx.1986. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X7 rayonu Sabirkənd kəndində yaşamış və xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri arvadı X13, vəfat etmişdir xx.xx.2019, qızı Maraqlı şəxs6, xx.xx.1948, oğlu Maraqlı şəxs5, xx.xx.1951, oğlu X47, xx.xx.1960, oğlu Maraqlı şəxs4, xx.xx.1963, oğlu Maraqlı şəxs7, xx.xx.1965, oğlu Maraqlı şəxs3, xx.xx.1967, oğlu Maraqlı şəxs2, xx.xx.1969, oğlu Ərizəçi, vəfat etmişdir xx.xx.2019 xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhumə X3 rayon Sabirkənd kəndində yaşamış və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumənin vərəsələri həyat yoldaşı X38, qızı Maraqlı şəxs6, xx.xx.1948, oğlu Maraqlı şəxs5, xx.xx.1951, oğlu X47, xx.xx.1960, oğlu Maraqlı şəxs4, xx.xx.1963, oğlu Maraqlı şəxs7, xx.xx.1965, oğlu Maraqlı şəxs3, xx.xx.1967, oğlu Maraqlı şəxs2, xx.xx.1969 və oğlu Ərizəçi, vəfat etmişdir xx.xx.2011. xx.xx.1987-ci il tarixli nikah şəhadətnaməsindən görünür ki, ər X38 1928-ci ildə Ordubad rayonu, Aza kəndində doğulmuşdur, arvad X12 isə 1931-ci ildə Ordubad rayonu, Səbirkənd kəndində doğulmuşdur. Nikah 2 fevral 1948-ci il tarixdə bağlanmış və qeydiyyat nömrəsi 01 olmuşdur. Nikahdan sonra ərin soyadı Rüstəmov, arvadın soyadı Mehbalıyeva olaraq qeyd edilmişdir. Nikahın qeydiyyatı Ordubad rayonu, X8 Qeydiyyatı şöbəsi tərəfindən aparılmışdır. Sənəd 14 iyul 1987-ci il tarixində verilib və seriya nömrəsi İİ-ЖГ № 424488-dir. xx.xx.1980-ci il tarixli nikah şəhadətnaməsindən görünür ki, ər X47 5 iyun 1957-ci ildə Ordubad rayonu, Sabirkənd kəndində, doğulmuşdur, arvad X21 isə 30 dekabr 1960-cı ildə Ordubad rayon, Sabirkənd kəndində doğulmuşdur. Nikah 20 may 1980-ci il tarixdə bağlanmış və qeydiyyat nömrəsi 9 olmuşdur. Nikahdan sonra ərin soyadı Rüstəmov, arvadın soyadı Rüstəmova olaraq qeyd edilmişdir. Nikahın qeydiyyatı Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmışdır. Şəhadətnamə 20 may 1980-ci il tarixində verilib və seriya nömrəsi İ-ЖГ № 496259-dur. xx.xx.1968-ci il tarixli nikah şəhadətnaməsindən görünür ki, ər X33 1942-ci ildə doğulmuşdur, arvad X34 isə 1948-ci ildə doğulmuşdur. Nikah 15 sentyabr 1968-ci il tarixdə bağlanmış və qeydiyyat nömrəsi 14 olmuşdur. Nikahdan sonra ərin soyadı Bayramov, arvadın soyadı Bayramova olaraq qeyd edilmişdir. Nikahın qeydiyyatı Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmışdır. Şəhadətnamə 15 sentyabr 1968-ci il tarixində verilib və seriya nömrəsi İİ-МБ № 477685-dir. xx.xx.1986-cı il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş X44 xx xxxxx 1986-cı ildə Ordubad rayonu, Sabirkənd kəndində, Naxçıvan MSSR, Azərbaycan SSR-də doğulmuşdur. X22, milliyyəti azərbaycanlı, anası X21, milliyyəti azərbaycanlıdır. Doğumun qeydiyyatı 17 aprel 1986-cı il tarixində Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmış və akt nömrəsi 38 olmuşdur. Şəhadətnamənin seriya və nömrəsi İ-ЖГ № 376516-dır. xx.xx.1984-cü il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş X48 9 oktyabr 1984-cü ildə Ordubad rayonu, Sabirkənd kəndində, Naxçıvan MSSR, Azərbaycan SSR-də doğulmuşdur. X22, milliyyəti azərbaycanlı, anası X21, milliyyəti azərbaycanlıdır. Doğumun qeydiyyatı 25 oktyabr 1984-cü il tarixində Ordubad rayonu, Aza kənd soveti tərəfindən aparılmış və akt nömrəsi 100 olmuşdur. Şəhadətnamənin seriya və nömrəsi X- ЖГ № 289260-dır. xx.xx.1981-ci il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş Maraqlı şəxs10 xx xxxx 1981-ci ildə Ordubad rayonu, Sabirkənd kəndində, Naxçıvan MSSR, Azərbaycan SSR-də doğulmuşdur. X22, milliyyəti azərbaycanlı, anası X21, milliyyəti azərbaycanlıdır. Doğumun qeydiyyatı 8 iyul 1981-ci il tarixində Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmış və akt nömrəsi 62 olmuşdur. Şəhadətnamənin seriya və nömrəsi Vİİİ-ЖГ № 331554-dür. xx.xx.1973-cü il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş X47 5 iyun 1957-ci ildə Ordubad rayonu, Aza kənd soveti, Sabirkənddə doğulmuşdur. X15, milliyyəti azərbaycanlı, anası X12, milliyyəti azərbaycanlıdır. Doğumun qeydiyyatı 5 iyun 1957-ci il tarixində Ordubad rayonu, Aza kənd soveti tərəfindən aparılmış, akt nömrəsi 41 olmuşdur. Şəhadətnamə 5 yanvar 1973-cü il tarixində təkrar verilmə səbəbi ilə verilib və seriya və nömrəsi İ-ЖГ № 452086-dır. xx.xx.1965-ci il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş Maraqlı şəxs3 21 aprel 1965-ci ildə Ordubad rayonu, Sabirkənd, Naxçıvan MSSR-də doğulmuşdur. X15, milliyyəti azərbaycanlı, anası X12, milliyyəti azərbaycanlıdır. Doğumun qeydiyyatı 27 aprel 1965-ci il tarixində Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmış və akt nömrəsi 5 olmuşdur. Şəhadətnamənin seriya və nömrəsi АЗ № 620472-dır. xx.xx.1987-ci il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş Maraqlı şəxs4 xx xxxxxx 1960-cı ildə Ordubad rayonu, Sabirkənd, Naxçıvan MSSR-də doğulmuşdur. X15, milliyyəti azərbaycanlı, anası X12, milliyyəti azərbaycanlıdır.Doğumun qeydiyyatı 13 noyabr 1960-cı il tarixində Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmış və akt nömrəsi 98 olmuşdur. Şəhadətnamənin verilmə tarixi 14 iyul 1987-ci il, seriya və nömrəsi isə Vİİİ-ЖГ № 331761-dir. xx.xx.1969-cu il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş Ərizəçi xx xxxxxx 1969-cu ildə Ordubad rayonu, Sabirkənd kəndində doğulmuşdur. X15, milliyyəti azərbaycanlı, anası X12, milliyyəti azərbaycanlıdır.Doğumun qeydiyyatı 23 dekabr 1969cu il tarixində Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmış və akt nömrəsi 98 olmuşdur. Şəhadətnamənin verilmə tarixi 24 dekabr 1969-cu il, seriya və nömrəsi isə АЗ № 1719539-dir. xx.xx.1957-ci il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş X39 xx xxxxxxx 1948-ci ildə Ordubad rayonu, Sabirkənd kəndində, Naxçıvan MSSR-də doğulmuşdur. X15, milliyyəti azərbaycanlı, anası X12, milliyyəti azərbaycanlıdır. Doğumun qeydiyyatı 8 iyult 1957-ci il tarixində Ordubad rayonu, Aza kənd soveti (VVAQ şöbəsi) tərəfindən aparılmış və akt nömrəsi 83 olmuşdur. Şəhadətnamənin verilmə tarixi 8 iyul 1957-ci il, seriya və nömrəsi İ-DK № 425999-dir. xx.xx.1963-cü il tarixli doğum şəhadətnaməsindən görünür ki, vətəndaş Maraqlı şəxs7 14 feval 1963-cü ildə Ordubad rayonu, Sabirkənd kəndində doğulmuşdur. X38, milliyyəti azərbaycanlı, anası X9r. Doğumun qeydiyyatı 15 fevral 1963-cü il tarixində Ordubad rayonu, Aza kənd soveti tərəfindən aparılmış və akt nömrəsi 24 olmuşdur. Şəhadətnamənin verilmə tarixi 15 fevral 1963-cü il, seriya və nömrəsi AЗ № 174894-dir. xx.xx.2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası, Ədliyyə Nazirliyi, Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, vətəndaş Maraqlı şəxs5 xx xxxxxxx 1951-ci ildə Ordubad rayonu, Sabirkənd kəndində, Naxçıvan MR, Azərbaycan Respublikası ərazisində doğulmuşdur. X15, anası X17ir. Doğumun qeydiyyatı doğum haqqında kitabda 25 oktyabr 1951-ci il tarixli, 35 nömrəli qeyd əsasında aparılmışdır. . xx.xx.2025-ci il tarixli Naxçıvan Muxtar Respublikası, Ədliyyə Nazirliyi, Ordubad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, vətəndaş X26 12 avqust 1967-ci ildə Ordubad rayonu, Sabirkənd kəndində, Naxçıvan MR, Azərbaycan Respublikası ərazisində doğulmuşdur. X15, anası X10ir. Doğumun qeydiyyatı doğum haqqında kitabda 15 avqust 1967-ci il tarixli, 62 nömrəli qeyd əsasında aparılmışdır. xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X27 8 aprel 2015-ci il tarixində Sabirkənd kəndi, Ordubad rayonu, Naxçıvan MR, Azərbaycan Respublikası ərazisində infarkt miokard səbəbindən vəfat etmişdir. Ölüm aktı həmin tarixdə, 02 nömrə ilə qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X47 7 iyul 2020-ci il tarixində Sabirkənd kəndi, Ordubad rayonu, Naxçıvan MR, Azərbaycan Respublikası ərazisində kəskin miokard infarktı səbəbindən vəfat etmişdir. Ölüm aktı 05 nömrə ilə 14 iyul 2020-ci il tarixində qeyd olunmuşdur. xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, vətəndaş X38 22 mart 2011-ci il tarixində Sabirkənd kəndi, Ordubad rayonu, Naxçıvan MR, Azərbaycan Respublikası ərazisində ürək çatışmazlığı (miokard səbəbi ilə) nəticəsində vəfat etmişdir. Ölüm aktı 04 nömrə ilə 12 aprel 2011-ci il tarixində qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli, 01 nömrəli ölüm haqqında şəhadətnamədən (Seriya AZ-İ, № 496793) görünür ki, X1, Ordubad rayonu, Naxçıvan MR, Azərbaycan Respublikası ərazisində 14 yanvar 2019-cu il tarixində vəfat etmişdir. Ölümün səbəbi beyin infarktı göstərilmişdir. xx.xx.2025-ci il tarixli Elektron Vəkil Orderindən görünür ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumu Naxçıvan ASAN Vəkil Bürosu vasitəsilə fərdi qaydada fəaliyyət göstərən Vəkil (Vəkillik vəsiqəsi N° VK-06/87) Hüquqi yardım göstərilən şəxs Ərizəçi üçün təyin edilmişdir. Müqavilə xx.xx.2025-ci il tarixdə bağlanmış, müqavilə N° EM-06/87VK-70161/25 olmuşdur. Vəkilə həvalə edilən tapşırığın mahiyyəti mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi olmuş və tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan Naxçıvan MR Ordubad Rayon Məhkəməsi göstərilmişdir. xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, etibar edən şəxs Ərizəçi (ŞV: AA*******, xx.xx.2019, Naxçıvan DİN Səyyar; FİN: xxxxxxx; d/t: xx.xx.1969), Naxçıvan MR Ordubad rayonu Sabirkənd kəndində qeydiyyatda olmuşdur. Etibar edilən şəxs Vəkil (ŞV: AA*******, Naxçıvan DİN Səyyar; FİN: xxxxxxx; d/t: xx.xx.1989), Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil (Vəkillik vəsiqəsi N° 06/87-VK, iş yeri: Naxçıvan ASAN Vəkil Bürosu) olaraq göstərilmişdir.Etibarnaməyə əsasən, Ərizəçi Vəkil səlahiyyət vermişdir ki, mülki işlər, kommersiya mübahisələri və inzibati məhkəmə icraatı ilə bağlı işlərdə onun adından birinci və apelyasiya instansiyası məhkəmələrində, Azərbaycan Respublikasının Ali Məhkəməsində və Konstitusiya Məhkəməsində təmsil olunsun. Təqdim olunan iş materiallarında görünür ki, Maraqlı şəxs8 – AA*******, Maraqlı şəxs5 – AZE 0*******, Maraqlı şəxs6 – AZE 0*******, Maraqlı şəxs7 – AZE 0*******, X29 – AA 6402866, X16 – AA ******* şəxsiyyət vəsiqəsinə malikdir; bu vəsiqələrin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli ASAN ödəniş qəbzindən görünür ki, ödəniş mədaxil qəbzi N9: **********75 üzrə həyata keçirilmişdir. Ödəniş edən Ərizəçi, ödənişin məqsədi (Ordubad Rayon Məhkəməsi rüsum) üçün Xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə olmuşdur. Ödəniş məbləği 100.0 manat təşkil etmişdir. İşin faktiki halı : İşin mübahisəsiz halları ondan ibarətdir ki, ərizəçinin mərhum X15 22 mart 2011-ci il tarixdə, mərhum anası X12 isə 14 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Onlardan Ordubad rayonu, Sabirkənd kəndində yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1366 ha torpaq sahəsi miras qalmışdır. Bu əmlak mərhum valideynlərinin ümumbirgə mülkiyyətində olmuşdur.Mərhum valideynlərinin vəfatından sonra Ərizəçi həmin miras əmlakı faktiki olaraq qəbul etmiş, ona sahiblik etmiş və idarə etmişdir. Əmlakın saxlanması, istifadəsi və kommunal xərclərin ödənilməsi tamamilə ərizəçi tərəfindən həyata keçirilmişdir. Belə ki, elektrik enerjisi üzrə 19 noyabr 2025-ci il tarixli arayışa əsasən, 70672617 nömrəli elektrik sayğacı ərizəçinin adına bağlanmış və bütün ödənişlər onun hesabına həyata keçirilmişdir. Qaz enerjisi üzrə isə Naxçıvan MR, “Azəriqaz” X23 ASAN Xidmət Mərkəzinin 19 noyabr 2025-ci il tarixli arayışına əsasən, G4 markalı mexanika tipli qaz sayğacı (zavod nömrəsi 6089900) ərizəçinin adına qeydiyyata alınmış, bütün ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Hazırda sayğacın borcu yoxdur.Ərizəçi miras əmlaka sahiblik etdiyi dövrdə digər vərəsələr tərəfindən heç bir etiraz almamış, əksinə, onların hamısı işin onun iştirakı olmadan baxılmasına razılıq vermiş və miras hüququnu təsdiq etmişlər. Bunlar arasında Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs10, Maraqlı şəxs9 Qulu qızı, Maraqlı şəxs3 və Maraqlı şəxs4 yer almışdır.İş materiallarında Ordubad rayon Notariat Ofisinin 4 dekabr 2025-ci il tarixli qərarı, Əmlak Məsələləri Dövlət Xidmətinin 8 may 2024-cü il tarixli çıxarışı, Ordubad Rayon İcra Hakimiyyətinin 5 və 8 dekabr 2025-ci il tarixli arayışları, mərhum valideynlərin və vərəsələrin doğum və ölüm şəhadətnamələri, həmçinin 12 dekabr 2025-ci il tarixli vəkil orderi və nümayəndənin etibarnaməsi təqdim edilmişdir. Bütün bu faktlar göstərir ki, Ərizəçi mərhum valideynlərindən qalmış fərdi yaşayış evi və torpaq sahəsini faktiki qəbul etmiş, ona qulluq göstərmiş, sahiblik etmiş və digər vərəsələr tərəfindən tanınmışdır. Bu hallara əsasən ərizəçi mirasın faktiki qəbulu və idarəetmə hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan sənədlərlə qohumluq əlaqəsi müəyyən edilir ki, X38 və X14 Ərizəçi valideynləridir. Mərhumların övladları olan Ərizəçi, Maraqlı şəxs5, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs6 bir-birinə qardaş və bacıdırlar. İş materiallarından həmçinin görünür ki, Maraqlı şəxs8, Maraqlı şəxs10 və Maraqlı şəxs9 mərhum X35 övladları olmaqla Ərizəçi qardaşı uşaqlarıdır. . Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndi:

Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

Məhkəmənin mövqeyi :

Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq etmiş və sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.Ərizəçi tərəfindən təqdim olunmuşdur. Ərizəyə əsasən, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X54 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********73-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndində yerləşən, ümumi sahəsi 0,1366 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi mərhum X15 (xx.xx.2011-ci il tarixdə vəfat etmişdir) və mərhum anası X12 (xx.xx.2019-cu il tarixdə vəfat etmişdir) ümumbirgə mülkiyyətində olmuşdur.Məhkəmə qeyd edir ki, mərhum valideynlərinin vəfatından sonra Ərizəçi həmin miras əmlakı faktiki olaraq qəbul etmiş, ona sahiblik etmiş və idarə etmişdir. Əmlakın saxlanması, istifadəsi və kommunal xərclərin ödənilməsi tamamilə ərizəçi tərəfindən həyata keçirilmişdir. Belə ki, elektrik enerjisi üzrə xx.xx.2025-ci il tarixli arayışa əsasən, 70672617 nömrəli elektrik sayğacı ərizəçinin adına bağlanmış və bütün ödənişlər onun hesabına həyata keçirilmişdir. Qaz enerjisi üzrə isə Naxçıvan MR, “Azəriqaz” X23 ASAN Xidmət Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, G4 markalı mexanika tipli qaz sayğacı (zavod nömrəsi 6089900) ərizəçinin adına qeydiyyata alınmış, bütün ödənişlər onun tərəfindən həyata keçirilmişdir. Hazırda sayğacın borcu yoxdur.Ərizəçi qeyd etmişdir ki, onun tərəfindən miras əmlakın faktiki qəbul edilməsi və idarə olunması halını qonşuları da şahid qismində təsdiq edə bilərlər. Məhkəmə iş materiallarını, həmçinin vərəsələrin yazılı razılıqlarını (Maraqlı şəxs5, Maraqlı şəxs2, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs10, Maraqlı şəxs9 Qulu qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4) nəzərə alaraq, ərizəçinin faktiki qəbul və idarəetmə hüququnun digər vərəsələr tərəfindən tanındığını təsdiqləmişdir.Məhkəmə iş materiallarında təqdim olunmuş Ordubad rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli qərarını, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli çıxarışını, Ordubad Rayon İcra Hakimiyyətinin 05 və xx.xx.2025-ci il tarixli arayışlarını, mərhum valideynlərin və vərəsələrin doğum və ölüm şəhadətnamələrini, xx.xx.2025-ci il tarixli vəkil orderi və nümayəndənin etibarnaməsini diqqətlə tədqiq etmişdir. Bütün bu faktlar göstərir ki, Ərizəçi mərhum valideynlərindən qalmış fərdi yaşayış evi və torpaq sahəsini faktiki olaraq qəbul etmiş, ona qulluq göstərmiş, sahiblik etmiş və digər vərəsələr tərəfindən tanınmışdır.Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakt – mirasın faktiki qəbulu və idarə olunması hüquqi əhəmiyyətli fakt olmaqla, ərizəçinin Ordubad rayonu, Sabirkənd kəndində yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1366 ha torpaq sahəsində vərəsəlik hüququnun təsdiqi üçün zəruridir. . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 10-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. İşin faktiki hallarından görünür ki, miras qoyan X38 22 mart 2011-ci il tarixində vəfat etmişdir. Mülki qanunvericiliyə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi ilə açılır.Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlanır.Belə olan halda məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibəti 22 mart 2011-ci ildə X25 ölümü ilə yarandığından, hazırkı tələbə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki qanunvericiliyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsi dedikdə- vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta və miras əmlak üçün vergini ödəyir və s. Mülki qanunvericiliyin miras açılan vaxt qüvvədə olan normalarına əsasən mirasın qəbulu ilə bağlı hərəkətlər vərəsəlik açılan gündən 6 ay ərzində edilməlidr. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin mirasın qəbulu müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunu qərarlarında qeyd etmişdir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəlləsi 1255m). İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mərhum X15 (xx.xx.2011) və mərhum anası X12 (xx.xx.2019) vəfat etdikdən sonra Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndində yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1366 ha torpaq sahəsi miras əmlak kimi ona qalmışdır. Miras qalmış əmlak ərizəçi tərəfindən faktiki olaraq qəbul edilmiş, idarə edilmiş və ona qulluq göstərilmişdir.İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, mərhum valideynlərin digər vərəsələri – Maraqlı şəxs5, Abuzər, Elvin, Amid, Oruc, Azər, Həsən və Maraqlı şəxs6 – ərizəçinin miras əmlaka sahiblik etməsinə etiraz etməmiş, işin onun iştirakı olmadan baxılmasına razılıq vermişlər.Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, o cümlədən şahid ifadələri və təqdim olunan sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçi mübahisə predmeti olan əmlaka cavabdehlik etmiş, orada yaşamış, abadlıq və təmir işləri görmüş, həmçinin kommunal xərcləri ödəmişdir. Məhkəmə qeyd edir ki, miras əmlak iddiaçı tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur. Belə olan halda Ərizəçi mərhum X15 və mərhum anası X6 mülkiyyətində olan və adına qeydə alınmış Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndində yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və 0,1366 ha torpaq sahəsi mirasın faktiki qəbul edilməsi faktı tanınmaqla, əmlaklara Ərizəçi vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ordubad rayon Notariat Ofisinin üzərinə qoyulmalıdır.

Məhkəmə Xərcləri : Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Nəticə :

Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndində yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və 0,1366 ha torpaq sahəsindən ibarət mirasın (reyestr nömrəsi: **********73-10301, İnventar nömrəsi: 2471) faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

Ərizə təmin edilsin. Miras qoyan mərhum X38 və X6 mülkiyyətində olan və adına qeydə alınmış Naxçıvan MR Ordubad rayonu Sabirkənd kəndində yerləşən, ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evi və 0,1366 ha torpaq sahəsindən ibarət mirasın (reyestr nömrəsi: **********73- 10301) Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Naxçıvan MR, Ordubad rayonu, Sabirkənd kəndində yerləşən ümumi sahəsi 218,61 kv.m olan fərdi yaşayış evinə və 0,1366 ha torpaq sahəsi üzrə Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi Ordubad rayon Notariat Ofisinin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar