Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(5-92)-215/2026 06.03.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X2 İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən dörd otaqlı 70.34 m2 ümumi sahəsi olan mənzil miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması və miras əmlakda tam payın tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının əri X3 27 aprel 2025-ci il tarixdə vəfat etmişdir. İddiaçı məhkəmədən mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini və miras əmlaka dair payının müəyyən olunmasını xahiş edir. İddia ərizəsinə əlavə edilmiş Şərur rayon 2 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 44 saylı qərarından görünür ki, İddiaçı təqdim etdiyi sənədlər notarius tərəfindən araşdırılmış, vərəsəlik işinin açılması üçün nəzərdə tutulmuş müddətin buraxılması əsas gətirilərək ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, notariat orqanının belə tövsiyəsi iddia icraatı predmetinin mövcudluğu demək deyildir və məhkəmənin prosessual səlahiyyətlərini avtomatik olaraq yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, vərəsəlik hüququ miras qoyanın ölümü anından yaranır və bu hüququn mövcudluğu mirasın qəbul edilməsi barədə ayrıca iradə ifadəsi və ya məhkəmə tərəfindən faktın müəyyən edilməsi ilə şərtləndirilə bilməz. Həmin Qərarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Konstitusiyaya uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumu açıq şəkildə qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş hesab olunur və bu halda “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” ayrıca hüquqi fakt kimi məhkəmə tərəfindən təsdiq edilmir. Bu səbəbdən iddiaçının mirası qəbul etdiyinin müəyyən olunması tələbi mövcud hüquqi tənzimləməyə və Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqesinə ziddir. Bu səbəbdən, də məhkəmə belə hesab edir ki, iddiaçının "mirasın qəbulu müddətinin ötürülməsi" səbəbi ilə məhkəməyə iddia qaydasında müraciət etməsi hüquqi mahiyyətini itirmişdir. Qeyd etmək zəruridir ki, iddiaçı notariusun imtina qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (Şərur rayon Məhkəməsinə) müraciət edə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizə baxılmaq üçün qəbul edilməkdən imtina edildiyindən, ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da, ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 153.3, 153.4, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixdə ********** №li qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(5-92)-215/2026
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(5-92)-215/2026
06.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver