Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-912/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-ci il tarixidə məhkəməyə müraciət etmişdir. Daxil olmuş ərizəni araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmənin mövqeyi Hazırki iddia ərizəsini nəzərdən keçirərkən müəyyən olundu ki, iddiaçı cavabdehin ünvana dair istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, sözügedən mənzilə dair istifadə, sahiblik və sərəncamverici hüquqlarını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədləri əlavə etməmiş, təqdim edilən ev kitabının surətində isə iddiaçının adı qeyd edidiyi kimi cavabdehin də adı göstərilmiş, evin sahibi və ya mülkiyyətçisinin məhz iddiaçı olması müəyyən edilməmişdir. Bundan əlavə cavabdehin məhz sözügedən mənzildə rəsmi qeydə alınmasına, onun istifadə hüquqlarının ləğvinə dair müvafiq quruma müraciət etməsi, qurumun imtinası ərizəyə əlavə olunmamışdır. Sadalanan nöqsanlarla iddia ərizəsinin icraata götürülməsi isə gələcəkdə işin obyektiv araşdırılmasına maneəçilik törətməklə, mülki prosessual qanunvericiliyin işlərə baxılması zamanı lüzumsuz sənəd toplanılması, məhkəmə prosesinin dəfələrlə təxirə salınması və fasiləsizlik prinsipinin pozulması ilə yanaşı, natamam tələbin məhkəmə müstəvisinə çıxarılması ilə də nəticələnə bilər. Bu əsasla iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra, həmçinin sübutların toplanması və tələbinin konkretləşməsi ilə əlaqədar hüquqi yardım üçün (o cümlədən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda dövlət hesabına hüquqi yardım almaq) müvafiq qurumlara müraciət etməsi və təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi (100 azn, qəbz **********) geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(5-93)-912/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-912/2026
24.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver