Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-94)-450/2026 24.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi – doğumun qeyd edilmə faktının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X6 Füzuli rayon, Alxanlı kəndində doğulması faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi sonradan dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X6 XX.XX.1931-ci il tarixdə Füzuli rayonunda anadan olması barədə doğumun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin “valideynlər” qrafasında atasının X1, anasının Həsənova Maynisə XXX qızı olması kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X2 rayonunun Alıxanlı kəndində 1931-ci ildə anadan olmuşdur. 23 avqust 1993-cü il tarixdə ermənilər tərəfindən şəhid edilmişdir. Hal-hazırda atasının şəxsiyyətini təsdiq edən sənəd mövcud deyildir. Ərizəçi bildirir ki, Rayon İcra Nümayəndəliyinə müraciət etdikdə onlar yalnız 1946-cı ildən bu yana olan sənədlərin oluğunu təsdiq etmişdirlər. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və bildirdi ki, mərhum atası 1931-ci ildə Füzuli rayonu Alxanlı kəndində anadan olmuşdur, xx.xx.1993-cü il tarixdə şəhid olmuşdur, hazırda atasının doğum haqqında şəhadətnaməsinə ehtiyacı vardır. İş üzrə maraqlı şəxs Füzuli Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhər Əhaliyə Məişət Xidməti İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilən arayışdan görünür ki, Ərizəçi 1993-cü ildən ünvan 1mədov küçəsi, keçid 1723, 2 nömrəli yataqxana, 24 nömrəli mənzil ünvanında yaşayır. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 və X4 xx.xx.1957-ci ildə 08 nömrəli akt qeydi ilə Füzuli rayon Kürdmahmudlu icra nümayəndəliyində nikaha daxil olmuşlar. X11 xx.xx.1993-cü il tarixdə vəfat etmiş, ölümü haqqında Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə 27 nömrəli akt qeydi ilə tərtib edilmişdir. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, 1931-ci ildə Füzuli rayonunun Alıxanlı kəndində anadan olmuş X6 ölüm barəsində Füzuli Rayon Qeydiyyat Şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı, akt qeydi kitabları Füzuli rayon Alıxanlı kənd İ.N və Füzuli Rayon Qeydiyyat Şöbəsi üzrə 1949-cu illər doğum akt qeydləri yoxlanılmışdır, qeydiyyat şöbəsinin arxivi 1949-cu ildən saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X10 Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli arxiv arayışdan görünür ki, 6 saylı Bakı “ASAN XİDMƏT” mərkəzindən X10 Filialına daxil olmuş 03 sentyabr 2025-ci il tarixli ərizə-anketə cavab olaraq bildirilmişdir ki, Füzuli rayon Alıxanlı kəndinin 1931 -ci illərə aid doğum aktı qeyd kitabları arxivə təhvil verilməyib, əlavə olaraq-1945-1947-ci illərə aid doğum bərpa akt qeyd kitablarına baxdıqda 1931-ci ildə Alıxanlı kəndində doğulmuş X6 adı aşkarlanmadı. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Fuzuli rayon qeydiyyat şöbəsində akt qeydləri 1936-cı ildən tərtib edilmişdir. Füzuli rayon qeydiyyat şöbəsinin arxivində Alıxanlı kənd icra nümayəndəliyinin 1931-ci ilə aid akt qeydi olmayıb, həmçinin hazırda qeydiyyat şöbəsimin arxivində 1949-cu ildən tərtib edilmiş akt qeydləri saxlanılır. Füzuli Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə təkrarı verilən ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə kəllənin güllə yarası alma səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 27 nömrəli aktla qeyd edilmişdir. Füzuli Rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə kəllənin güllə yarası alma səbəbindən ölmüşdür. 6 saylı Bakı “ASAN Xidmət” X3 tərəfindən xx.xx.2026-cı il tarixdə verilən məktubdan görünür ki, xx.xx.1931-ci ildə Füzuli rayon, Alxanlı kəndində anadan olmuş X6 ölüm barəsində Füzuli rayon Qeydiyyat şöbəsinin arxivinə doğum haqqında akt qeydi aşkar olunmamışdır, akt qeydi kitabları Füzuli rayon Alıxanlı kənd icra nümayəndəliyi və Füzuli rayon Qeydiyyat şöbəsi üzrə 1949-cu illər doğum akt qeydləri yoxlanılmışdır, Füzuli rayon Qeydiyyat şöbəsinin arxivi 1949-cu ildən saxlanılır, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2026-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır,qeyd olunanları nəzərə alaraq 6 saylı Bakı "ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1mədov küçəsi, keçid 1723, 2 saylı yataqxana, mənzil 24 ünvanında yaşayan Ərizəçi ondan ötəri ki, onun 23 avqust 1993-cü il tarixində həlak olmuş mərhum atası X2 Rayon İcra Hakimiyyətində şəhidlər siyahısında “mülki şəhid” kimi qeydiyyatdadır. İş materiallarında olan baş daşı şəkillərindən görünür ki, X7 məxsus qəbir var və baş daşında 1931-ci ildə anadan olması, xx.xx.1993-cü il də ölməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, X6 şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, X11 onun atasıdır, 1931-ci ildə Füzuli (Qaryaqin) rayonu Alxanlı kəndində anadan olmuş, ay gün yadında deyil, ilk övlad olub, xx.xx.1993-cü il də şəhid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, X11 onun həm xalası oğlu, həm də bacısının həyat yoldaşı olmuşdur, 1931-ci ildə Füzuli rayonu, Alxanlı kəndində anadan olmuş, xx.xx.1993-cü il tarixdə şəhid olmuşdur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X6 doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, X6 XX.XX.1931-ci il tarixdə Füzuli rayonunda anadan olması, doğum haqqında şəhadətnamədə X6 atasının X1, anasının Həsənova Maynisə XXX qızı olması sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 XX.XX.1931-ci il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində anadan olması barədə doğumun qeyd edilməsi faktı müəyyən edilsin və doğum haqqında şəhadətnamənin “valideynlər” qrafasında atasının X1, anasının Həsənova Maynisə XXX qızı olması qeyd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(5-94)-450/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(5-94)-450/2026
24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver