Məhkəmə qərarları › İş №2(5-95)-344/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-344/2026

30.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-344/2026 30.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb edilməklə « hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək, VAQ-ın verdiyi sənədə görə Buzovna qəsəbəsi İN-in tərəfindən tərtib olunmuş xx.xx.1947-ci il 96 saylı doğum haqqında akt qeydiyyatında anasının adı Ağayeva Sara xanım Mövsüm qızı kimi, Sitare Mösüm qızının doğum və ölüm haqqında akt qeydiyyatında adı Starə yazılmış, soyadı yazılmamışdır. Bundan başqa Starənin doğum akt qeydiyyatında ata adı Məsum, ölüm akt qeydində isə ata adı Məhsum qeyd edilmişdir. Bunadan başqa evin çıxarış sənədində və ev dəftərində Starə, evin texniki pasportunda isə Sara kimi qeyd olunmuşdur. Bu adların hər ikisnin eyni şəxsə aid olmasının hüquqi fakt kimi müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sənədlərdə anasının və atasının adında hərf dəyişiklikləri olsa da anasının adı və soyadı X1 olmuşdur. Bu adla və soyadla dublikat doğum şəhadətnaməsi verilməsi Xəzər rayon Qeydiyyat şöbəsinə həvalə verilməsini Ərizə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Ərizəçi ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, Ərizəçi ərizəsində anasının adının müxtəlif sənədlərdə düzgün olmamasının müəyyən edilməsi ilə bağlı tələb qoymuşdur. Ərizəçiyə izah olunmalıdır ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması , yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb edilməklə « hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2026-cı il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb edilməklə « hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2026-cı il tarixli ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar