Məhkəmə qərarları › İş №2(5-96)-49/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-49/2026

08.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-49/2026 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Əsədov Kamran Bağır oğlu, İddiaçı «hüquqlarının müdafiə edilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunması» tələbinə dair ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı «hüquqlarının müdafiə edilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunması» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinə atasından qalmış mirasdan qanuni vərəsəlik haqqı olduğundan ona düşən payını tələb etməsi üçün məhkumluğunu nəzərə alaraq onun dövlət hesabına vəkillə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə müəyyən edilmiş forma və məzmuna riayət edilmədən göndərilmişdir. Birincisi, ərizəçi ərizəsinə məhkəməyə müraciət etməsi və məhkəmənin icraatında müvafiq iddia tələbinə dair işin olmasına dair sübutları əlavə etməmişdir. İkincisi, ərizəçi məhkəməyə müraciət etməmişdirsə, qanunvericiliyin tələbinə görə, o, öncə müvafiq xahişlə (ərizə ilə) Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (vəkil qurumuna) müraciət etməli, həmin Kollegiya (vəkil qurumu) müvafiq qaydada məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 67-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Azərbaycan Respublikası MPM-in 67-1.2-ci maddəsinə əsasən birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-in 67-1.3-cü maddəsinə əsasən 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. Azərbaycan Respublikası MPM-nin 67-1.4-cü maddəsinə əsasən bu Məcəllənin 67- 1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, eləcə də əlilliyi olan uşaqlar; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Azərbaycan Respublikası MPM-nin 67-1.5-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 67-1.6-cı maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələblərinə riayət olunmamışdır. Bu səbəbdən, ərizə geri qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, o, dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə vəkil qurumuna müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 67, 263-264, 267- 268-ci maddələri rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı «hüquqlarının müdafiə edilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin olunması» tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, dövlət büdcəsi vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizə ilə vəkil qurumuna müraciət edə bilər. Qərardaddan qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar