Məhkəmə qərarları › İş №2(5-97)-252/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(5-97)-252/2026

26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-97)-252/2026 26.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Republikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi cəlb edilməklə vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab olunması və zərərin ödənilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Republikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi cəlb edilməklə vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Belə ki, Cinayət Prosessual Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından şikayət — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Cinayət Prosessual Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə görə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Hazırki ərizənin məzmunundan göründüyü kimi, ərizəçi təhqiqatçının hərəkət və hərəkətsizliyindən narazıdır. Halbuki cinayət prosessual qanunverciliyin tələblərinə uyğun olaraq təhqiqatçının hərəkətlərindən və ya qərarlarından şikayət məhkəmə nəzarəti qaydasında verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə isə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təhqiqatçının hərəkətsizliyinin qanunsuz sayılması barədə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qimində Azərbaycan Republikasının Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi cəlb edilməklə təhqiqatçının hərəkətsizliyinin qanunsuz hesab olunması tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, cinayət prosessual qanunverciliyin tələblərinə uyğun olaraq təhqiqatçının hərəkətlərindən məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verə bilər. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar