Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-1068/2026 16.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı LPO "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X2, Cavabdeh2 Sadiq oğluna və Yasamal Rayon İcra Şöbəsinə qarşı «protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı LPO "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X2, Cavabdeh2 Sadiq oğluna və Yasamal Rayon İcra Şöbəsinə qarşı «protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır.
Əsaslandırıcı hissə:
3. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti normalarına riayət etməmişdir.
4. İddiaçı tərəfindən cavabdeh qismində cəlb edilmiş şəxslərdən heç biri Nəsimi rayonu ərazisində qeydiyyatda deyildir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 Sadiq oğlunun qeydiyyat ünvanı ünvan 1 biri isə Yasamal rayon İcra şöbəsidir.
5. İddiaçı digər cavabdeh qismində “Elektron hərrac” portalını, cavabdehin VÖEN-ni isə 13*641*571 kimi qeyd etmişdir. Məhkəmə izah edir ki, “Elektron hərrac” portalı hüquqi şəxs olmayıb, icra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması məqsədilə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yaradılan elektron platformadır. Bu səbəblə cavabdeh qismində qoyula bilməz. İddiaçının qeyd etdiyi VÖEN isə hüquqi ünvanı ünvan 2 Cəmiyyətinə məxsusdur. İş materiallarında olan “Elektron hərrac” portalından əldə edilmiş 11.*1.2*26-cı il tarixli “Hərrac bildirişi”ndən də görünür ki, bildiriş “Elektron hərrac” portalının operatorunun direktoru Təbriz Kazımov tərəfindən imzalanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidmətindən çıxarışdan müəyyən edilir ki, X1 "xxxx" MMC-nin direktorudur. Aydındır ki, iddiaçı platformanı deyil, "xxxx" MMC-ni cavabdeh qismində cəlb etmək istəmişdir. Göründüyü kimi, həmin cavabdehin hüquqi ünvanı da Xətai rayon ərazisindədir.
6. Deməli, iddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə deyil, ərazi aidiyyəti üzrə seçimi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə, Yasamal Rayon Məhkəməsinə və ya Xətai Rayon Məhkəməsinə müraciət etməlidir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.1-ci maddə. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddə. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır; 114.1, 114.1.3. maddələr. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 152.4-cü maddə. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
7. Beləliklə, hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır.
Nəticə:
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 151-152, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı LPO "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər X2, Cavabdeh2 Sadiq oğluna və Yasamal Rayon İcra Şöbəsinə qarşı «protokolun etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 99,6* (doxsan doqquz manat altmış qəpik) manat məbləğində pul İddiaçı geri qaytarılsın (qəbz №: 1967381*68). İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova