Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-208/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İlyas İnqilab oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində göstərilməklə «ahıl şəxsə qulluq etmə barədə hüquqi faktın təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə a) Ərizəçinin tələbi və maraqlı şəxsin etirazı:
1. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində göstərərək ərizə ilə müraciət etməklə, ahıl *1 may 1927-ci il təvəllüdlü anası X4 8 il (yetmiş yaşı tamam olduğu vaxtdan ölən günədək, yəni 15 noyabr 2**5-ci il tarixinədək) qulluq etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X9 o uşaq ikən 29 fevral 198*-ci il tarixdə dünyasını dəyişmiş, *1 may 1927-ci il təvəllüdlü anası X5 isə rəhmətə gedən bir günədək həmişə ərizəçi ilə yaşamış, yuxarıda qeyd olunan ünvanda anası və övladları ilə birlikdə yaşamışdır. Bu illər ərzində bir övlad kimi onun bütün baxım və saxlanması ilə ərizəçi məşğul olmuşdur, onu da qeyd edir ki, ailədə bir bacı bir qardaş olmuşdurlar, qardaşı X1* yol nəqliyyatı zamanı dünyasını dəyişmiş, onun ərizəçidən başqa qulluğunda duranı olmamışdır. Anasının səhhətində bir sıra problemlər yaranmışdı, belə ki, anası uzun illər işemiya xəstəliyindən əziyyət çəkirdi, son zamanlar isə insult keçirdiyindən artıq sərbəst hərəkət adə bilmirdi. 26 sentyabr 1985-ci il təvəllüdlü qızım X11 11 avqust 2***-ci il tarixdə xərçəng intoksiyası xəstəliyindən vəfat etdikdən sonra, onun ölümü anamı çox sarsıtmış və bundan sonra anamın vəziyyəti daha da ağırlaşdığından, anam ömrünün sonunadək yataq xəstəsi olmuşdur. Həmin vaxtdan sonra ümumiyyətlə əmək fəaliyyəti ilə məşğul ola bilməmiş, daima onun qulluğunda durmalı olmuşdur, söylədiklərinin həqiqət olmasını qonşuları da təsdiq edə bilərlər. Daha sonra yaşa görə əmək pensiyasının mənə təyin edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir, lakin kifayət qədər əmək stajının olmadığı ərizəçiyə bildirilmiş, mərhum anası *1 may 1927-ci il təvəllüdlü X3 7* yaşı tamam olduğu vaxtdan, ölən günədək ona baxmağını təsdiq edən məhkəmə qətnaməsi əsasında həmin müddətin ərizəçinin əmək stajına əlavə ediləcəyi, yalnız bundan sonra ona yaşa görə əmək pensiyasının təyin edilə bilməsinin mümkünlüyü bildirilmişdir. Belə ki, "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2*22-ci il tarixli qərarının 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zanmanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir. 1) Patronajın təyin edilməsi barədə qərara əsasən; 2) Qulluq etməyə dair qulluq olunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluq edənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3) Qulluq olunan vəfat etmişdirsə bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Məhz belə olduqda əmək pensiyasına dair mübahisənin həlli, mərhum anası X2q etdiyi müddətin ərizəçinin sosial sığorta stajına əlavə edilməsi üçün qanunvericiliyin tələbinə uyğun olaraq *1 may 1927-cİ il təvəllüdlü X4 8 il-7* yaşı tamam olduğu vaxtdan ölən günədək, yəni 15 noyabr 2**5-ci il tarixinədək qulluq etməsi faktının müəyyən edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir.
3. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qulluq faktının müəyyən edilməsi”nə dair iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) qarşı “qulluq faktının müəyyən edilməsi” tələbinə dair 2-1 (5-98)-2*8/2*26 nömrəli iş vardır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 3*7-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qeyd olunan Məcəllənin 3*8-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 1.2 və 1.3-cü bəndinə əsasən məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb etməlidir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.*.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi 7* yaşdan yuxarı ahıl anası Matveyeva Tamaraya 8 il müddətinə qulluq faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. X12 tərəfindən müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən şəxsin sığorta stajı 13 il 6 ay 16 gün təşkil edir. Yuxarıda istinad olunan qərara uyğun olaraq, iddiaçının tələbi təmin olunsa belə, 25 il sığorta stajı tamamlanmadığı üçün təmin olunmuş tələb hüquqi nəticə yaratmır. Qeyd edilən qərarın 1.6-cı maddəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.*.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. İstinad olunan Qərarın 13.3-cü maddəsinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 14-cü bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Eyni zamanda bildirir ki, qulluq faktını təsdiq edən məlumatlar hər hansı məlumat, yəni, qulluqolunan sağ ikən notarial qaydada təsdiq edilmiş ərizə və digər sübutlar mövcud deyildir. Həmçinin vurğulamaq istəyir ki, iddiaçı Ərizəçi mərhum anası Tamara Matveyevaya qulluq illəri təsdiq olunsa və stajına daxil edilsə belə, şəxsin ümumi stajı 25 il sığorta stajını tamamlamayacağı üçün müəyyən hüquqi nəticə yaratmır və şəxsə gələcəkdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət etmir. Əlavə olaraq bildirir ki, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə nəticələnən qətnamələrin qəbulu, vətəndaşın heç bir qanuni əsas olmadan sosial ödənişlərin əldə etməsinə səbəb olmaqla dövlət büdcəsi vəsaitinin səmərəli xərclənməsinə mane olaraq büdcəyə qənaət edilməsinə açıq- aşkar maneəçilik törədir. Nəticə olaraq, vətəndaşlara uzun müddət ərzində sosial ödənişlərin həyata keçirilməsi dövlət büdcəsi üçün nəzərdə tutulmamış əlavə yükdür. Bu isə öz növbəsində həmin vəsaitin təyinatdankənar istifadəsinə səbəb olur və vətəndaşlar arasında sosial bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
5. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraza əlavə təqdim etmiş, ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini bir daha xahiş etmişdir. Etiraza əlavədə qeyd edilmişdir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qulluq faktının müəyyən edilməsi” tələbinə dair 2-1(5-98)-2*8/2*26 nömrəli iş vardır. Bildirmək istəyir ki, həmin işlə bağlı məhkəməyə *2.*2.2*26-cı il tarixli 3-17-1/2- 25997/2*26 nömrəli yazılı etiraz təqdim edilmişdir. Bununla əlaqədar yuxarıda qeyd olunan etiraza dair əlavəni təqdim edir və icraata qəbul edilib, hüquqi qiymət verilməsini xahiş edir. Belə ki, Ərizəçi əmək kitabçasının surətində qeyd olunmuş 24.*7.1994-cü il tarixindən 1*.*2.1995-ci il tarixinədək (işdənçıxma qeydi SSRİ möhürü ilə təsdiqləndiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildirir ki, ərizəçinin ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Ərizəçinin ümumi sığorta stajı 13 il 6 ay 16 gün təşkil edir. Onun mərhum anasına qulluq etdiyi 8 il müddət stajına daxil edilsə belə, qanunla müəyyən edilmiş 25 sığorta stajı tamamlanmayacaq və bununla da heç bir hüquqi nəticə yaranmayacaqdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 1.2 və 1.3-cü bəndinə əsasən məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb etməlidir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.*.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd edilən qərarın 1.6-cı maddəsinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə ediimədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1 -ci maddəsinin tələbinə əsasən geri qaytarmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.*.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bununla yanaşı, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən *1.*1.2**6-cı il tarixindən *1.*7.2*18-ci il tarixinədək ərizəçinin fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.*.2-ci maddəsinin *1.*1.2*2*-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına və 7.*.2-ci maddəsinə uyğun olaraq ərizəçiyə 3*.12.2*18-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda isə ödənişi 22* manat məbləğində olmaqla davam etdirilir. Eyni zamanda bildirir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.*.2-ci maddəsinə əsasən ərizəçiyə 21.*4.2*18-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda ödənişi 22* manat məbləğində olmaqla davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır.
b) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında Ərizəçi Yevgenyeva bildirdi ki, o, ərizəsini müdafiə edir və məhkəmədən təmin edilməsini xahiş edir. Anası ahıl yaşlarında yataq xəstəsi olmuşdur və ona qulluq etmişdir. Ərizəçi iş üzrə icraata xitam verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
7. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraza uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi işin baxılmasına etiraz etmədiyini bildirdi.
8. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırıcı hissə a) İş materialları:
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının *7.11.2*25-ci il tarixli məktubundan görünür ki, Ərizəçi Yevgenyevaya sığorta stajı kifayət etmədiyindən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məktubda göstərilir ki, ərizəçinin ümumi sığorta stajı 13 il 6 ay 16 gün təşkil edir. "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci yarımbəndinə əsasən, ahıllara qulluq edilmə müddəti qulluq olunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir və qeyd olunan yarımbəndin tələblərinə əsasən X5 vəfat etdiyi üçün ona qulluq edilməsi faktı məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra qulluq dövrünün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır 1*. AZ-İİ 488723 nömrəli 1*.1*.2*25-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 15.11.2**5-ci il tarixində ürəyin işemik xəstəliyi səbəbindən ölmüşdür.
11. AZ *727*4 nömrəli 11.*8.2***-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 11.*8.2***-ci il tarixində xərçəng intoksikasiyası səbəbindən ölmüşdür.
12. Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfat Birliyi 14 saylı MKİS-in arayışından görünür ki, X5 həqiqətən Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi 59 saylı evin 61 nömrəli mənzilində vəfat etdiyi 15.11.2**5-ci il tarixə kimi qeydiyyatda olmuş, yaşamış, ərizəçi də onunla birlikdə həmin mənzildə qeydiyyatda olmuş və yaşamışdır.
13. Dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən (№ **********) görünür ki, ərizəçi tərəfindən 99,6 (doxsan doqquz manat 6* qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. İş materiallarında ərizəçinin iş yerindən arayışı, ərizəçinin əmək kitabçasının surəti, əmək pensiyası təyin edilməsi üçün müraciəti və ona əlavə edilmiş sənədlər mövcuddur.
b) Məhkəmə tərəfindən müəyyən edilmiş hallar
15. Ərizəçi ahıl şəxsə qulluq faktının təsdiq edilməsi üçün məhkəməyə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçinin məqsədi hazırkı ərizə ilə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajı kifayət etmədiyindən ahıl yaşda olmuş anasına qulluq etməsi müddətinin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Ərizəçinin mərhum anası X5 ahıl yaşlarında xəstəliyə düçar olmuşdur və ərizəçi xəstəliyə düçar olmuş ahıl anasına 8 il müddətində qulluq edilməsi faktının müəyyən edilməsinə nail olmaq istəyir. Ərizəçinin yekun hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
c) Tətbiq edilən hüquq və iş üzrə gəlinən nəticə:
16. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 114.1 və 114.1.4-cü maddə. Ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. 261.*.1-ci maddə. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddə. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddə. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.*4.2*19-cu il tarixli, 3 №-li Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.1-ci maddə. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. d) Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. 2*. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qərarının 14-cü bəndinə əsasən ərizəçinin xəstəyə qulluq etməsi kimi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən hazırkı tələbə baxıla bilməz.
21. Ərizənin hüquqi əsası kimi ərizəçinin göstərdiyi "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində və 4.1.8-ci yarımbəndində göstərilir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qaydanın həmin müddəaları qulluq edilmə faktının məhz mülki mühakimə icraatı qaydasında hüquqi fakt kimi müəyyən edilməsini nəzərdə tutmur. Ərizəçinin yekun hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən sosial sığorta stajı kifayət etmədiyi üçün əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, əmək pensiyasının təyin edilməsi və ya sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı ərizəçi ilə müvafiq icra hakimiyyəti orqanı arasında hər hansı mübahisə yarandığı halda, inzibati mühakimə icraatı qaydasında (inzibati məhkəməyə müraciət edilməklə) həll olunmalıdır.
Nəticə:
22. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində göstərilməklə «ahıl şəxsə qulluq etmə barədə hüquqi faktın təsdiq edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Ərizəçiyə izah olunur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
23. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.*.1, 262.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində göstərilməklə «ahıl şəxsə qulluq etmə barədə hüquqi faktın təsdiq edilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 99.6* (doxsan doqquz manat altmış qəpik) manat məbləğində pul Ərizəçi geri qaytarılsın (qəbz №: **********). Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: İlyas Həsənov