Məhkəmə qərarları › İş №2(5-98)-597/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-597/2026

12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-597/2026 12.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Ərizəçi (Nəsimi Rayon Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində göstərilməklə) “şəxsin eyniliyinin – ad fərqlərinin və doğum haqqında şəhadətnamənin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (Nəsimi Rayon Qeydiyyat Şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs qismində göstərilməklə) “şəxsin eyniliyinin – ad fərqlərinin və doğum haqqında şəhadətnamənin eyni şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 44*.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 445.*. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: ... 445.*.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə; Göründüyü kimi ərizə iki hissədən ibarətdir: adı ayrı-ayrı sənədlərdə müxtəlif cür qeyd olunan Anteley Rəhimova ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən olunması və doğum haqqında şəhadətnamənin ərizəçiyə məxsus olması faktının müəyyən olunması. Məhkəmə ilk növbədə ərizənin birinci hissəsi ilə bağlı qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin 12 aprel 2*19-cu il tarixli Plenum Qərarında göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur (6.2). Ərizənin ikinci hissəsinə gəldikdə qeyd edilir ki, ərizənin ilkin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi hazırkı adının dəyişdirilərək Anjela olmasını, doğum haqqında şəhadətnaməsində isə adının Anteley kimi qeyd olunmasına istinad edib, doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, MPM-in “Məhkəmələrin beynəlxalq səlahiyyətləri” adlı 46-cı fəslində yer almış 445-ci maddəsində AR məhkəmələrinin baxdığı xüsusi icraat işləri sadalanmış, barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildiyi halda, məhkəmə tərəfindən işə baxılmasının mümkün olduğu təsbit edilmişdir. İşdən görünür ki, Ərizəçi İsrail Respublikasının vətəndaşıdır və ona məxsus olmasının müəyyən edilməsini xahiş etdiyi Vİİ-BM*49897 nömrəli 13.*3.1956-cı il tarixli doğum haqqında şəhadətnamə isə Dağıstan Respublikası, Dərbənd şəhəri VVAQ tərəfindən verilmişdir. Göründüyü kimi MPM-in 445.*.5-ci maddəsinin tələbi baxımından hazırkı ərizəyə baxmaq üçün Azərbaycan Respublikası məhkəməsi beynəlxalq səlahiyyətə malik deyildir. Odur ki, göstərilənlər nəzərə alınmaqla, ərizəçiyə doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı vətəndaşı olduğu (adının dəyişdirildiyi) ölkənin məhkəməsinə müraciət etmək hüququnun olması izah edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, *6.*2.2*26-cı il tarixli **********17 nömrəli qəbz əsasında ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi “şəxsin eyniliyinin – ad fərqlərinin və doğum haqqında şəhadətnamə eyni şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə ərizəsinin yolverilməzliyə görə icraata qəbulundan imtina edilsin. Ərizəçiyə izah olunsun ki, o, “şəxsin eyniliyinin – ad fərqlərinin və doğum haqqında şəhadətnamə eyni şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə ərizə ilə mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməklə xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilər. *6.*2.2*26-cı il tarixli **********17 nömrəli qəbz əsasında ödənilmiş 1** manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən X1 geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar