Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-98)-805/2026 26.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı cavabdeh icra məmuru Cavabdeh qarşı borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh icra məmuru Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçı əslində faktiki olaraq icra məmurunun hərəkətindən şikayət verir. İcra məmurunun qərar, hərəkət və hərəkətsizliklərindən şikayətə məhkəmələrdə icra icraatı qaydasında baxılır və bu, məhkəmə nəzarətinin formasıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tələbə mülki icraat qaydasında baxılmalı deyil. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraat iştirakçıları (borclu və tələbkar) həmin icraatı həyata keçirən icra məmurunun hərəkət və hərəkətsizliyindən irəli gələn istənilən məsələni icra sənədini vermiş məhkəmədə mübahisələndirmək hüququna malikdir. Odur ki, iddiaçı icra şöbəsinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etməkdə haqlı olmamaqla, icra məmurunun hərəkətlərindən şikayət vermək hüququndan istifadə etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə məhkəmə hesab edir ki, ərizənin icraata qəbul qəbulundan imtina edilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cəfərov İddiaçı cavabdeh icra məmuru Cavabdeh qarşı borcun ləğv edilməsi tələbinə dair iddia iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçı izah olunsun ki, düzgün icraat növü göstərilməklə icra sənədini vermiş məhkəməyə icra icraatı qaydasında müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №2(5-98)-805/2026
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(5-98)-805/2026
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver