Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-427/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 doğum faktının müəyyən edilməsi, atası Həmid, anası Minə olduğunun təsdiq edilməsi, valideynlərinin vəfat etməsi faktının müəyyən edilməsi və bu faktların vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün hüquqi əhəmiyyət daşıdığının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə əsasən, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir; 2.6-1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-1-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir; 150.1.6-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hazırkı halda ərizəçi ərizəsində atası X1 doğum faktının və atasının valideynlərinin isə vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin iş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsinin imtina məktubunda atası X1 doğum haqqında akt qeydinin bərpasının imkan xaricində olduğu bildirilmişdir. Ərizəçi tələbinin ikinci hissəsi ilə bağlı Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etməsi və müraciətinin mümkün olmaması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Ərizəçi müvafiq orqanlara müraciət etmədən və həmin orqanda ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüzlüyü barədə sübutunu təqdim etmədən məhkəməyə müraciət etmişdir. Müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etmə faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Ərizəçi isə, ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müvafiq tibb müəssisəsinə, müvafiq icra hakimiyyətinə müraciət etməmiş, həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə qədər (pretenziya) nizama salınmaya riayət etmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçinin atasının valideynlərinin vəfat etməsi faktının müəyyən edilməsi tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Ərizəçi ölüm faktının müəyyən olunmasını xahiş etdiyi şəxslərin ad, soyad, ata adı, doğum tarixləri və doğum yerləri, habelə ölüm tarixləri və yerlərini qeyd etməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
Ərizəçi Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” haqqında ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rauf Əhmədov