Məhkəmə qərarları › İş №2(5-99)-567/2026

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(5-99)-567/2026

27.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-567/2026 27.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qədirov küçəsi 128 və ünvan 1 ünvanında yerləşən evlərin Cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.3. İddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi :

3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.

5. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisə obyekti olan mənzillərin atası X1 məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənədləri (çıxarışı, qeydiyyat arayışını, alqı-satqı müqaviləsini və digər mötəbər sübutları) iş materiallarına əlavə etməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.

6. Həmçinin iddiaçı tərəfindən iş materiallarına cavabdeh qismində cəlb edilmiş şəxs mübahisə obyekti olan mənzillərdə yaşamasına dair sübut əlavə edilməmişdir.

7. Mülki Prosessual Qanunvericiliyə görə iddia tələbi yalnız mübahisəli hüquq münasibətlərinin tərəfi olan şəxsə qarşı irəli sürülə bilər. Cavabdehin mübahisəli hüquq münasibətlərinin subyekti olmasına dair sübut iş materiallarına əlavə edilməmişdir.

8. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi iki ayrı daşınmaz əmlaka münasibətdə irəli sürülmüşdür. Həmin əmlaklardan biri Nizami rayonu, digər əmlak isə Nərimanov rayonu ərazisində yerləşir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, daşınmaz əmlaka dair mübahisələr üzrə müstəsna aidiyyət qaydaları tətbiq edildiyindən iddia əmlakın yerləşdiyi yer üzrə məhkəmədə qaldırılmalıdır.

9. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

Nəticə :

10. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır.

11. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (İddiaçı, FİN: 1EEM86Q; qəbzin nömrəsi:**********;tarix:xx.xx.2026, saat:17:17:49) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı:

İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (İddiaçı, FİN: 1EEM86Q; qəbzin nömrəsi:**********;tarix:xx.xx.2026, saat:17:17:49) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar