Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-99)-617/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ÖM seriyalı №119926 Qeydiyyat vəsiqəsinə əsasən, yaşayış sahəsi 35.5 kvadrat metr olan iki otaqlı mənzil ünvan 2 ünvanında yerləşir və tam mülkiyyətindədir. Hazırda o və ailə üzvlərindən əlavə, həmin mənzildə daha bir şəxs Cavabdeh qeydiyyatdadır. Hesab edir ki, yuxarıda qeyd olunan şəxs Nəsimi küçəsi 6, mənzil 6 ünvanı üzrə qeydiyyatdan çıxarılmalıdır. Cavabdeh indiyədək həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda o, bu mənzildə yaşamır və tamamilə başqa ünvanda yaşayır. Onun qeydiyyatı formal xarakter daşıyır və mənzildən istifadə hüququ yoxdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, № 2(010)- 148/2015 saylı qərarı ilə cavabdehin anası ilə ailə münasibətlərinə xitam verilmiş və yetkinlik yaşına çatmayan Cavabdeh digər ünvanda yaşayan anasının yanında qalması müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).
Tətbiq edilən hüquq :
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır.
6. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə və inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarına əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır.
8. Hazırda iddiaçı cavabdehlərin ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmalarını istəyir və tələbini ünvan 2 ünvanında yerləşən mənzilin onun mülkiyyətində olması, cavabdehin həmin mənzildə qeydiyyatının formal xarakter daşıması, həmin ünvanda yaşamaması ilə əsaslandırmışdır.
9. İşdən görünür ki, iddiaçı cavabdehin onun onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə müvafiq inzibati oqrana müraciət etmiş, lakin inzibati orqan bundan imtina edərək inzibati icraat qaydasında məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Odur ki, iddiaçı hazırki tələb ilə inzibati məhkəməyə müraciət etməlidir.
10. Mülki prossesual qanunvericiliyə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
Nəticə :
11. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
12. İddiaçıya hazırki iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 153, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva