Məhkəmə qərarları › İş №e-2(001)-111/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-111/2024

29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-111/2024 29.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Zau oğlunun və İddiaçı3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 20 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) miras əmlakda payların müəyyən edilməsinə və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2 Zau oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 20 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) miras əmlakda payların müəyyən edilməsi və sair tələbə dair iddia ərizəsi məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılır ki, miras qoyan X44 xx.xx.1963-cü il tarixdə anadan olmuş, atası X39, anası X14muş və onun hər iki valideyni vəfat etmişdir. Z.Q.Məmmədovun birinci nikahından xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1987ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Z.Q.Məmmədovun xx.xx.1997-ci il tarixdə X15 ilə olan birinci nikahına xitam verilmiş, xx.xx.1997-ci il tarixdə o, ikinci dəfə Səlimbəyova (indiki Məmmədova) Azadə Abbas qızı ilə nikaha daxil olmaqla ailə qurmuş, ikinci nikahından xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə X44 vəfat etmişdir. Z.Q.Məmmədovun vəfat etdiyi tarixə xüsusi mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84.6 kvm-dən ibarət olan xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evi və **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundaı 140 markalı minik avtomobili olmuşdur. Mərhum X7 Bank ASC-dən xx.xx.2022-ci il tarixdə illik 15% olmaqla 48 ay müddətinə hər ay 278,31 manat ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüş, vəfat etdiyi tarixədək ödənişi həyata keçirmiş, mərhumun vəfatından xx.xx.2022-ci il tarixədək ödənişlər İddiaçı3 tərəfindən həyata keçirilmişdir. İddiaçı3 xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X2 ona miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində yerləşən 1 nömrəli evin 2 otaqlı 12 nömrəli mənzilini xx.xx.2019-cu il tarixdə sataraq əldə edilmiş pul vəsaiti hesabına Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin əsaslı təmirinə sərf edilmişdir. X44 xəstə olduğu dövrdə onun qayğısına iddiaçılar birlikdə qalmış, onun vəfatından sonra dəfn və məzar daşı xərclərini İddiaçı3 ödəmişdir. Z.Q.Məmmədovun vəfatından sonra hər iki miras əmlak iddiaçıların ümumi istifadəsində olmuş, Z.Q.Məmmədovdan miras qalan əmlaklara iddiaçılar mərhumun sağlığında, eləcə də onun xx.xx.2022-ci il tarixdə vəfatından hazıradək istifadə edir, mirasa faktiki sahiblik və idarəçilik etdiklərindən həmin mənzilin mülkiyyətçisi sayılırlar. Cavabdehlər isə miras qoyanın dəfnində belə iştirak etməmiş, miras qoyanın Kapital Banka olan borcunun ödənilməsi təklif edilsə də, heç biri bu təklifi qəbul etməmişdir. Belə ki, Z.Q.Məmmədovun vəfatından sonra iddiaçılar notariat ofisinə müraciət etmiş, cavabdehlər bir dəfə də olsun ataları ilə əlaqə saxlamasalar, dəfnində iştirak etməsələr də, notariusun dəfələrlə təkid etməsindən sonra miras paydan onlara düşəcək payın müəyyən edilməsi üçün gəlib ərizə vermişlər. İddiaçılar cavabdehlərə mirası qəbul edəcəkləri halda miras qoyandan qalmış bank borcunun da aralarında paylarına münasib şəkildə bölünməsini təklif etmiş, lakin cavabdehlər bununla razı olmamışlar. Belə olan halda iddiaçılar pozulmuş hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdlar. Mirasa faktiki sahiblik edən iddiaçılar olduğundan və əmlaklar birgə nikah dövründə əldə edildiyindən miras əmlaklar iddiaçılar arasında mülki qanunvericiliyə uyğun şəkildə bölünməlidir. Ona görə də xx.xx.2022-ci il tarixədək mərhum xx.xx.1963-cü il təvəllüdlü X31 məxsus olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84.6 kvm-dən ibarət, xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin İddiaçı3 ilə X26 ümumi birgə mülkiyyəti sayılmasına, həmin əmlakın və ** TZ *** dövlət qeydiyyat nişanlı Hyundai 140 markalı minik avtomobilinin üzərində İddiaçı3 ½, qalan hissədən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 1/3 hissə ilə pay hüququnun müəyyən edilməsinə, X12nun Kapital Bank ASC-dən xx.xx.2022-ci il tarixdə götürdüyü 10000 manat məbləğində kreditin vəfat etdiyi tarixə xx.xx.2022-ci il tarixə qalıq hissəsi olan 9691,46 manatın paylara mütənasib şəkildə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, X32 və İddiaçı3 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, miras qoyan X44 xx.xx.1963-cü il tarixdə anadan olmuş, valideynləri atası X39, anası X14muş, hər ikisi vəfat etmişlər. Miras qoyanın birinci nikahından xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. xx.xx.1997-ci il tarixdə Z.Q.X3 ilə nikahına xitam verilmiş və o, xx.xx.1997-ci il tarixdə ikinci dəfə İddiaçı3 ilə nikaha daxil olmuş, ikinci nikahından xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı1 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Z.Q.Məmmədov vəfat etmişdir. Miras qoyanın vəfat etdiyi tarixə xüsusi mülkiyyətində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ** TZ *** dövlət qeydiyyat nişanlı Hyundai 140 markalı minik avtomobili olmuşdur. xx.xx.2008-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan İddiaçı3 anası X2 miras qalmış Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində yerləşən 1 nömrəli evin 12 nömrəli mənzilni xx.xx.2019-cu il tarixdə satılaraq əldə edilmiş pul vəsaiti Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əsaslı təmirinə sərf edilmişdir. Z.Q.Məmmədov xəstə olduğu dövrlərdə onun qayğısına iddiaçılar birlikdə qalmış, onun vəfatından sonra dəfn və məzar daşı xərclərini İddiaçı3 ödəmişdir. Bundan əlavə olaraq mərhum Z.Q.X50 ASC-dən xx.xx.2022-ci il tarixdə illik 15 faiz olmaqla 48 ay müddətinə hər ay 278,31 manat ödəmək şərti ilə 10000 manat məbləğində kredit götürmüş, vəfat etdiyi tarixə xx.xx.2022-ci il ödəniş həyata keçirmiş, onun vəfatından xx.xx.2022-ci il tarixədək ödənişlər İddiaçı3 həyata keçirilmişdir. Z.Q.Məmmədovun vəfatından sonra hər iki miras əmlak iddiaçıların ümumi istifadəsində olmuş, onlar mirasa faktiki sahiblik və idarəçilik etdiklərindən həmin mənzilin mülkiyyətçisi sayılırlar. Cavabdehlər isə miras qoyanın, yəni öz doğma atalarının dəfnində belə iştirak etməmişlər. Miras qoyanın Kapital Bank ASC-yə olan borcunun ödənilməsi cavabdehlərə təklif edilsə də, heç biri bu təklifi qəbul etməmişlər. Z.Q.Məmmədovun vəfatından sonra iddiaçılar notariat ofisinə müraciət etmiş, bundan sonra cavabdehlər də miras paydan onlara düşəcək payın müəyyən edilməsi üçün ərizə vermişlər. İddiaçılar mirası qəbul edəcəkləri halda miras qoyandan qalmış bank borcunun da aralarında paya münasib şəkildə bölünməsini təklif etmiş, lakin cavabdehlər bununla razı olmadıqlarından iddiaçılar pozulmuş hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Miras qoyanın borcları vərəsələrin paylarına mütənasib bölünməlidir. Bundan başqa bağışlama müqaviləsi formal olmuşdur. Sənədləşdirmə işlərinə görə ev 4 və ya 14 gün bacısının adında qalımış, sonuncu evdən istifadə etməmiş, ev atalarının olmuş, ev 2 otaqdan ibarətdir. İş üzrə keçirilən ekspertiza ilə evin hazırkı vəziyyəti barədə məlumat məhkəməyə təqdim olunub. Evin sahəsinə baxılsa əvvəlki sahəsi ilə indiki sahəsi arasında olan fərqi görmək olar. İddiaçı3 anasından ona miras qalan evi satıb əldə olunan vəsait bu evin təmirinə sərf olunmuşdur. Ekspert rəyinə əsasən evin təmirinə sərf olunan məbləğ 70282 manat təşkil etmişdir. Zaurun atası 2009-cu ildə vəfat etmişdir. Evdə isə asma tavandan, müasir dam örtüyündən, şəlalədən və bir neçə cam balkondan söhbət gedir hansıki onlar 2009-cu ildə belə tikililər yox idi. Təqdim edilmiş sənəddən də görünür ki, İddiaçı3 anasından miras qalmış mənzili satıb, bu evin vəziyyətini neçə dəfə artıq yaxşılaşdırmışdır. Məhkəmə iclasında dindirilən şahidlərin ifadələrindən də görünür ki, həmin evin hasarı belə sökülüb təzədən tikilmiş, həyətin darvazası belə yenidən quraşdırılmışdır. Yəni ev əsaslı təmir olunmuşdur. Alınmış kredit 10000 manat olmamış, qalıq borcun üzərinə kredit verilmişdir. Ev 2019-cu ildə ev təmir olunmuş, 2021-ci ildə isə kredit götürülmüşdür. Bank hazırkı mülki iş üzrə vərəsələrin paylarının müəyyən edilməsini gözləyir. Azadə 3 ay ödəniş etmiş, sonra ödənişləri dayandırmışdır. Zaurla Azadə ailə qurandan sonra onlar bir müddət Qaradağda anasının evində yaşamış, daha sonra qaynatası xəstələnəndə onun yanına köçmüşlər. Sənədləri qaydasında olmadığına görə, həm də etibarnamə kişinin adında olduğuna görə ona evi birbaşa adına keçirə bilməməsi, özü barəsində əqd bağlaya bilməməsi ona deyilmiş, buna görə də o, öz sürücüsünə etibarnamə vermiş, sürücü də onu bacısının adına sənədləşdirmiş, 12-14 gündən sonra bacı evi qaytarıb Zaura bağışlamışdır. 2008-ci ildə Qiyas vəfat etməmişdən əvvəl, xx.xx.2008-ci il tarixdə notariat kontoruna gedib vəsiyyətnamə yazaraq bir mərtəbəli 2 otaqlı yaşayış evini oğlu X31 vəsiyyət etmiş, xx.xx.2009-cu il tarixdə Qiyas vəfat etmiş, Qiyas ölənədək onun evi 2 otaqlı sahəsi 28 kv.m, torpaq sahəsi də 300 kv.m. olmuş, indi isə evin sahəsi 84 kv.m-dir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nüamyəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlərin ona verdikləri məlumata görə valideynlərinin nikahı pozulduqdan sonra ataları Z.Q.Məmmədov onlara heç bir qayğı göstərməmiş, aliment ödəməmiş, iki azyaşlı övladlarını təkbaşına analarının himayəsinə buraxıb getmişdir. Mərhum Z.Q.Məmmədov öz doğma övladları ilə bütün əlaqələrini kəsdiyi üçün onun nə vaxt xəstə olduğu və nə zaman vəfat etdiyindən cavabdehlərin xəbəri olmamışdır. Atalarının vəfat etdiyi və onların da vərəsəliyə çağrıldıqları barədə cavabdehlər Bakı şəhəri 20 saylı notariat ofisinin notariusu S.Səmədov tərəfındən Cavabdeh1 məlumat verildikdən sonra xəbərdar olmuşlar. Bundan sonra cavabdehlər notariat ofisinə mirası qəbul etmələrinə dair ərizə vermişlər. Cavabdehlərin əvvəllər qeydiyyatda olduqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci Orucov döngəsi 1 saylı evin 12 saylı mənzili onların ataları X44 ilə anaları X8 birgə nikahları dövründa əldə edilmişdir. Məhz bu səbəbə görə də onlar anadan olduqdan sonra həmin ünvana pasport qeydiyyatına alınmışlar. Sonradan onlara məlum olmayan qaydada həmin mənzil bu iş üzrə İddiaçı3 mülkiyyətinə keçmiş və daha sonra onun Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1318 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 və X40 həmin mənzildən pasport qeydiyyatından çıxarılmışlar. Cavabdehlərin bildirdiklərinə görə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84,6 m2-dən ibarət olan fərdi yaşayış evi X26 mülkiyyətinə atası X16 qanun üzrə vərəsəlik qaydasında keçmiş, yəni həmin əmlak hazırkı iş üzrə İddiaçı3 və X26 birgə mülkiyyəti hesab edilə bilməz. Ona görə də İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin qismən təmin edilməsinə,xx.xx.2022-ci il tarixində vəfat etmiş X19 miras qalmış Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 84,6 m2-dən ibarət olan fərdi yaşayış evinə Cavabdeh2, Cavabdeh1, İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/5 payları qanun üzrə vərəsəlik qaydasında müəyyən edilməsinə, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X19 miras qalmış **-TZ-*** dövlət qeydiyyət nişanlı Hyundaı 140 markalı minik avtomobilinin üzərində İddiaçı3 3/5, digər qanun üzrə vərəsələr Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 hər birinin 1/10 paylarının vərəsəlik qaydasında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini qismən qəbul edib izahatında göstərmişdir ki, vərəsələr arasında bölünəcək əmlak daşınan və daşınmaz iki əmlakdır, üçüncüsü isə öhdəlikdir. Vərəsə mirası qəbul etdiyi halda eyni həcmdə öhdəliyi də qəbul etməlidir. Avtomobil birgə nikah dövründə əldə edildiyinə görə həmin əmlakın ½ hissəsi Azadə xanımındır. Yerdə qalan ½ hissə isə digər vərəsələr arasında bölünməlidir. Daşınmaz əmlak isə bağışlama qaydasında miras qoyanın mülkiyyətinə keçdiyindən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Bu miras qoyanın ayrıca şəxsi mülkiyyət hesab edilməlidir. Bu da vərəsələr arasında bərabər şəkildə bölünməlidir. Aktiv öhdəliyə gəldikdə isə borc öhdəliyi birgə nikah dövründə əldə edildiyinə görə ½ hissədə Azadə xanıma düşür. Yerdə qalan hissə isə həm Azadə xanım, həm də digər vərəsələr arasında bölünməlidir. Ekspert rəyininin 3-cü suala cavabında göstərilir ki, Binəqədi rayonu Ordubadi küçəsi 10 A saylı evdə son təmir və yenidən qurma işlərinin nə vaxt aparılmasının müəyyən edilməsi mümkün olmamışdır. Mənzilin satışından əldə olunan vəsaitlə evin təmir olunmasına dair sübut yoxdur. Onların bildiyinə görə Zaur ölməmişdən əvvəl 2 dəfə kredit götürülmüş, kreditin hara xərclənməsi bilinmir. Bəlkə də kredit məbləği ilə ev təmir edilmişdir. 2021-ci ildə 5000 manat, ikinci dəfə isə 10000 manat kredit götürülmüşdür. Kredit müqaviləsi restruktirzasiya edilmişdir. X33 xx.xx.2009-cu ildə vəfat etmiş, xx.xx.2013-cü ildə Qiyasın qızı Leylanın adından etibarnamə verilir. Daha sonra xx.xx.2014-cü ildə evin bir hissəsi vərəsəliklə bir hissəsi bağışlanma qaydasında Zaurun mülkiyyətinə keçir. Ona görə də bu əmlak birgə mülkiyyət hesab edilə bilməz. Ev Zaurun ayrıca şəxsi mülkiyyətidir. İddiaçı iddia tələbində birgə nikah dövründə əmlak yaxşılardırıldığı üçün dəyəri artmasını, ona görə əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməli olmasını iddia etsə də, ekspert rəyinin 3-cü sualının cavabında evin təmirinin vaxtının müəyyən edilməsi mümkün deyildir. Bunu heç kim sübut edə bilməz ki, hansı mənbədən və nə vaxt yaxşılaşdırma olmuşdur. Evdə yaşayan adam evini təmir etməlidir.Ona görə də iddia ərizəsi qismən təmin edilərək avtomobil üzərində ½ hissədə Azadə xanımın payının tanınmasına, yerdə qalan ½ hissənin isə 5 vərəsə arasında bölüşdürülməsinə, daşınmaz əmlak üzərində hər birinin 1/5 payla Sona və Fərhadın payının tanınmasına, kredit üzrə qalıq borcunun ½ hissəsinin Azadə xanıma aid edilməsinə, yerdə qalan ½ hissənin isə 1/10 payla 5 nəfər arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhəri 20 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxslər Bakı şəhəri 20 saylı notariat ofisinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 35.Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ordjenikidze rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1960-ci il tarixli 1-ИЕ № 280430 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X39 ilə X30 xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 478 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1963-ci il tarixli AЗ № 414679 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X44 xx.xx.1963-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1077 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X39, anası X13. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən veilmiş xx.xx.1980-ci il tarixli İİ ЖГ № 299209 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.1980-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydlər kitanında 1307 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ № 356796 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X39 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydlər kitanında 408 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli İİ-ЖГ № 326880 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X44 ilə X9 nikahı xx.xx.1997-ci il tarixdə ləğv edilmiş, bu barədə nikahın pozulmasına dair akt qeydləri kitabında 187 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli Vİ-ЖГ № 452261 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X44 ilə X20 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 449 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədov soyadı verilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 265807 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X44 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında qeydlər kitanında 283 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli İ- AZ № 154809 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3032 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X44, anası X11r. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Xİİ-ЖГ № 354915 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.1987-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 576 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X44, anası X11r. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli XXİ-ЖГ № 321253 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.1998-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 441 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X44, anası İddiaçı3dır. Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ- İ № 304093 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 930 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X44, anası İddiaçı3dır. AD N ******* saylı xx.xx.2018-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsi X26 mülkiyyətindədir. xx.xx.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 vərəsəsi İddiaçı3 Bakı şəhəri Qradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsində istifadədə olan 0,1184 ha torpaq sahəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binada 47,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzili miras olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Qradağ rayonu Lökbatan qəsəbəsi 2ci S.Orucov döngəsində istifadədə olan 0,1184 ha torpaq sahəsində yerləşən 1 nömrəli 5 mərtəbəli binada 47,7 kv.m. ümumi, 28,3 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 12 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı3 adı daşınmaz əmlakın dövlət reyestrində 859 nömrəli reyestr kitabının 79945 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Satıcı İddiaçı3 ilə alıcı X41 arasında bağlanmaqla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisində təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı ümumi sahəsi 47.7 kv.m olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci S.Orucov döngəsi 1 saylı evin 12 saylı mənzilini 30000 manata alıcıya satmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 09 saylı arayışın surətindən müəyyən olunur ki, 2002-ci ildə tikilimiş M.S.Ordubai küçəsində yerləşən 10A salı mülk X27 məxsusdur. Binəqədi Rayon İca Hakimiyəti tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş 420 saylı sərəncama əsasən, 300 kv.m torpaq sahəsində yerləşən 2 yaşayış otağından, köməkçi sahədən və mətbəxdən ibarət mülkün sahəsi 28,6 kv.m. ibarətdir. X21 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 20 saylı dövlət notariat kontorunda təsdiq olunmuş vəsiyyətnaməsinin surətindən müəyyən olunur ki, o, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli 1482 saylı sərəncamına əsasən Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10 A saylı bir mərtəbəli 2 otaqlı yaşayış evini oğlu X31 vəsiyyət etmişdir. Binəqədi RİHB-nin Biləcəri qəsəbəsi üzrə nümayəndəsi S.Quliyevin 09 saylı xx.xx.2006-cı il tarixli arayışının surətindən müəyyən olunur ki, X27 məxsus 2002-ci ildə inşa edilmiş M.S.Ordubadi küçəsində yerləşən 10a saylı sahəsi 28,6 kv.m. olan 2 otaqlı mülk BRİH tərəfindən xx.xx.2002-ci ildə verilmiş 420 saylı sərəncama əsasən 300 kv.m. torpaq sahəsində yerləşir. Hədiyyə verən X34 ilə hədiyyə alan X44 arasında bağlanmaqla Bakı şəhəri 20 saylı notariat kontorunda təsdiq olunmuş xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, hədiyyə verən mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m2 olan fərdi yaşayış evini hədiyyə alana bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m2 olan 3 otaqlı fərdi yaşayış evinə dair X26 xüsusi mülkiyyət hüququ, 0,01055 ha torpaq sahəsinə istifadə hüququ ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 14583 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya PX ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı, ümumi sahəsi 84,6 m2 olan evə və 0,03 ha torpaq sahəsinə dair X26 xüsusi mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 264 nömrəli reyestr kitabının 24583 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin texniki pasportundan müəyyən olunur ki, 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 84,6 m2, yaşayış sahəsi 50 m2, köməkçi sahəsi 34,6 m2 olan fərdi yaşayış evi sahəsi 23,1 m2 olan bağlı eyvandan, sahəsi 21,1 m2 olan yaşayış otağından, sahəsi 6,5 m2 olan mətbəxdən, sahəsi 5,0 m2 olan sanitar qovşaqdan, sahəsi 14,3 m2 olan yaşayış otağından, sahəsi 14,6 m2 olan yaşayış otağından ibarətdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(002)-1318/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, cavabdehlər X35 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 1 saylı evin 12 saylı mənzilinə olan hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(002)-1318/2019 nömrəli qətnaməsindən daha sonra müəyyən olunur ki, mülki işə əlavə olunmuş qanun üzrə vərəsəlik haqqında xx.xx.2008-ci il tarixli şəhadətnaməsinin surətindən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 1 saylı evin 12 saylı mənzilinin İddiaçı3 anası X2 miras qalması müəyyən edilmişdir. İddiaçı3 Bakı şəhəri 20 saylı notariat ofisinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, əri X26 xx.xx.2022-ci il tarixdə ölməsini, miras əmlaka Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin, torpaq sahəsinin və **-TZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin daxil olmasını, miras qoyanın öldüyü günə vərəsələrinin ondan başqa İddiaçı1, İddiaçı2, Cavabdeh2 və Cavabdeh1 olmasını bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5683/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər X36, X22, X28 və X37 qarşı ünvan 2 ünvanında yerləşən mənzildən və həmin ünvanda yerləşən özbaşına tikilmiş yaşayış və qeyri-yaşayış sahələrindən cavabdehlərin və digər şəxslərin çıxarılması, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehlərin və digər şəxslərin həmin mənzildən və həmin cavabdehlərə qadağan edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. X49 ASC ilə borcalan X44 arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 15% ödəmək şərti ilə 10000 manat kredit vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsnin xx.xx.2022-ci il tarixli № **********37 nömrəli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci Orucov döngəsi 1 saylı evin 12 saylı mənzilinin X26 adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. X17 xx.xx.2013-cü il tarixdə 1 saylı ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyi dövlət notariat kontorunda təsdiq olunmuş ərizəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.2009-cu il tarixdə ölmüş atası X16 miras qalmış əmlakdan ona düşən payı qəbul etməmiş, etmir və gələcəkdə də müddətin bərpası və mirasın qəbulu ilə əlaqədar heç bir notariat və məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-10/6029-9/6221 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış təmir zamanı evin texniki sənədlərində qeyd olunan tikililərdən əlavə evin daxilində arakəsmələr yaradılmış, həyətyanı sahədə yay mətbəxi inşa olunmuş və girişində talvar quraşdırılmışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində aparılmış tikinti-texnik işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 70282,0 manat məbləğində müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində son təmir, yenidənqurma işlərinin nə vaxt aparılıb-aparılmamasını müəyyən olunmasına dair metodika olmadığından, qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 135406,7 manat məbləğində müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında şahid X45 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Zauru və Azadəni tanıyır. Belə ki, onların evləri üzbəüz olmaqla qonşudurlar, qonşu kimi gedişgəlişləri vardır, bayramları, ad günlərini adətən birlikdə keçirmişlər. Onlar hal-hazırda yaşadıqları evə 2009-cu ildə köçərkən Zaurun yaşadığı ev bərbad vəziyyətdə olmuş, həmin ev təxminən 3-4 il sonra əsaslı təmir edilmiş, həyətdə istirahət etmək üçün yer düzəldilmiş, şəlalə qurulmuş, həyətə yeni hasar çəkilmiş, həyətdə talvar qurulmuş, evin bütün hissələri təmir olunub dəyişdirilmiş, ev təmirdən sonra çox dəyişmişdir. Onlar ailəvi həyətdə tikilən istirahət üçün yerdə birlikdə oturub çay içmiş, nərd oynamışlar. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, Zaurun və Azadənin qonşuluğunda 2013-cü ildən yaşayır, sonuncularla yaxın qonşuluq münasibətləri vardır. Ona görə də bilir ki, qonşularının uçmaq təhlükəsi olan köhnə evləri tövlə kimi olmuşdur. Həmin ev son 3-4 ildə Azadə və Zaur tərəfindən təmir edilmişdir. Təmir zamanı evin üstü dəyişdirilmiş, həyətdə çox dəyişiklik edilmiş, evin içi də tam təmir olunmuşdur. Şahid daha sonra ifadəsində ona təqdim olunan şəkillərin Zaurun və Azadənin yaşadıqları evin təmirdən əvvəlki və təmirdən sonrakı olan şəkilləri olmasını göstərmişdir. Məhkəmə iclasında şahid X23 ifadəsində göstərmişdir ki, o, 2012-2013-cü illərdən Zaur və Azadə ilə qonşudur. Bilir ki, qonşuların yaşadıqları ev Zaurun atasının evidir. Zaurun atasının evi çox köhnə ev olmuş, ev, evin içi və həyəti, hasarı, evin damı 3-4 il əvvəl əsaslı təmir olunmuş, evə daş üzlük çəkilmiş, evin damı yenilənmişdir. Həmin evdə Zaurdan, onun arvad uşağından başqa heç bir qohum yaşamamışdır. Şahid daha sonra ifadəsində ona təqdim olunan şəkillərin Zaurun və Azadənin yaşadıqları evin təmirdən əvvəlki və təmirdən sonrakı olan şəkilləri olmasını göstərmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, Zaurla 1984-cü ildə nikaha daxil olmuş, Zaurun pis vərdişlərinə görə nikahları pozulmuşdur. Birgə nikah dövründə aldıqları Səməd Vurğun küçəsində yerləşən evi Zaur birgə nikah dövründə satmışdır. Miras qalan evdə o, heç vaxt olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, miras qoyan xx.xx.2022-ci il tarixdə ölmüş X26 birinci növbəli vərəsələri sırasına arvadı İddiaçı3, uşaqları İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 daxildir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, mirasa miras qoyan Z.Q. Məmmədovun öldüyü məqamadək mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsi və Kapital Bank ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri daxildir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, X4 Azadə Abbas qızı ilə 1997-ci ildə nikaha daxil olmuş, onlar uzun müddət miras qoyanın birgə nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində yaşamaqla onunla birgə təsərrüfat aparmış, köhnə, təmirsiz vəziyyətdə olan fərdi yaşayış evinin əsaslı şəkildə yaxşılaşdırılmasında, evin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməsində, evin dəyərinin xeyli artmasına əsas olan vəsaitin sərf edilməsində İddiaçı3 həm öz vəsaiti, həm də birgə nikahda əldə etdikləri vəsaiti xərcləməklə iştirak etmiş, bu müddət ərzində həmin evin əsaslı təmirinə 70282 manat vəsait xərclənmiş, nəticədə evin sahəsi xeyli artırılmış, ev rahat yaşayış üçün ideal vəziyyətə gətirilmişdir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2. sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, işin araşdırılan halları ilə İddiaçı3 X26 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evinin dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyması təkzib olunmaz sübutlarla öz təsdiqini tapdığından, cavabdehlər bunun əksini, etirazlarında istinad etdikləri halları sübuta yetirə bilmədiklərindən iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi X44 ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilməli, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 6\10 hissədə, İddiaçı1 1\10 hissədə, İddiaçı2 1\10 hissədə, Cavabdeh1 1\10 hissədə, Cavabdeh2 1\10 hissədə, 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsində İddiaçı3 6\10 hissədə, İddiaçı1 1\10 hissədə, İddiaçı2 1\10 hissədə, Cavabdeh1 1\10 hissədə, Cavabdeh2 1\10 hissədə payları müəyyən edilməli, Kapital Bank ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsi üzrə borcalan X26 yaranmış borcunun 6\10 hissəsi İddiaçı3, 1\10 hissəsi İddiaçı1, 1\10 hissəsi İddiaçı2, 1\10 hissəsi Cavabdeh1, 1\10 hissəsi Cavabdeh2 aid edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçılara, ekspertiza tədqiqatının dəyəri isə cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evi X44 ilə İddiaçı3 birgə mülkiyyəti hesab edilsin. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ordubadi küçəsi 10A saylı fərdi yaşayış evində İddiaçı3 6\10 hissədə, İddiaçı1 1\10 hissədə, İddiaçı2 1\10 hissədə, Cavabdeh1 1\10 hissədə, Cavabdeh2 1\10 hissədə payları müəyyən edilsin. 2014-cü il buraxılışlı **-TZ-*** dövlət qeydiyyat nişanlı Hyundai 140 minik markalı nəqliyyat vasitəsində İddiaçı3 6\10 hissədə, İddiaçı1 1\10 hissədə, İddiaçı2 1\10 hissədə, Cavabdeh1 1\10 hissədə, Cavabdeh2 1\10 hissədə payları müəyyən edilsin. Kapital Bank ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR4640186A299 nömrəli kredit müqaviləsi üzrə borcalan X26 yaranmış borcunun 6\10 hissəsi İddiaçı3, 1\10 hissəsi İddiaçı1, 1\10 hissəsi İddiaçı2, 1\10 hissəsi Cavabdeh1, 1\10 hissəsi Cavabdeh2 aid edilsin. Cavabdeh1 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Cavabdeh2 ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar