Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1123/2023 09.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə Ərizəçi hüquqi varisi X1 Ərizəçi atası X2 miras qalan Bakı şəhəri Novxanı qəsəbəsi Novxanı bağlarında yerləşən 903 nömrəli bağ sahəsinə dair mirası faktiki qəbul etməsinə və miras əmlaka olan vərəsəlik hüququnun tanınmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi mərhum atası X2 miras qalan Bakı şəhəri Novxanı qəsəbəsi Novxanı bağlarında yerləşən 903 nömrəli bağ sahəsinə dair mirası faktiki qəbul etməsinə və miras əmlaka olan vərəsəlik hüququnun tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən ərizəçi hüquqi varisi X11 ilə əvəz edilmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi atası X13 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Bakı şəhər Soveti İcariyyə Komitəsinin Bağlar Təsərüfatı İdarəsi ilə X13 arasında bağlanmış 3220 nömrəli xx.xx.1973-cü il tarixli müqaviləyə əsasən Novxanı qəsəbəsində 903 nömrəli bağ sahəsi X8 uzun muddətli icarəyə verilmişdir. Müqavilədə həmçinin bütün ailə üzvlərinin adaları da qeyd edilmişdir. X13 vəfat etdikdən sonra Ərizəçi ailəsində olan probemlər səbəbindən, eyni zamanda hüquqi cəhətdən savadsızlıqlarından həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün müraciət edilməmişdir. Ərizəçi xx.xx.2015-ci il tarixdə 5 saylı notariat kontoruna vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə müraciət etmiş, həmin orqan mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin buraxılması səbəbindən vərərsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Ərizəçi mirası faktiki olaraq mərhum atası X2 qəbul etmişdir. Ona görə də Ərizəçi mərhum atası X2 miras qalan Bakı şəhəri Novxanı qəsəbəsi Novxanı bağlarında yerləşən 903 nömrəli bağ sahəsini faktiki qəbul etməsinə və miras əmlaka olan vərəsəlik hüququmun tanınmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Ərizəçi hüquqi varisi X1 nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında ağlanmış 3220 nömrəli, xx.xx.1973-cü il tarixli müqaviləyə əsasən Novxanı qəsəbəsində 903 nömrəli bağ sahəsi Ş.A.Məmmədova uzun müddətli icarəyə verilmişdir. Müqavilədə həmçinin Ş.A.Məmmədovun ailə üzvlərinin, yəni qızları Rəhilənin və Zenfiranın adları yazılmışdır. Ş.A.Məmmədov 1979-cu ildə vəfat etdikdən sonra bağa onlar birlikdə sahiblik etmiş, bağdan istifadə etmiş, daim yay fəsillərində bağa köçüb yaşamışlar. İki bacı xx.xx.2015-ci ildə vərəsəlik şəhadətnaməsi almaq üçün 5 saylı notariat kontoruna müraciət etmiş, həmin orqan sənəd çatışmamazlığına görə həm də mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinə görə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Həmin qərardan mərhum Ərizəçi xəbəri olmamışdır. Sonradan o, 5 saylı notariat ofisinə müraciət edəndə məlum olmuşdur ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəməyə müraciət etdikdən sonra Rəhilə vəfat etmiş, ölüm haqqında şəhadətnamə alındıqdan sonra ərizəçinin əri X11 hüquqi varis olaraq cəlb edilmişdir. Bağ sahəsi Rəhilənin istifadəsində olduğundan həmin bağın miras olaraq qəbul edilməsinə dair qətnamə çıxılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi hüquqi varisi X11 nümayəndəsi və vəkili Vəkil izahatını təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 5 saylı notariat ofisi məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 5 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat:
99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. İ-İE 075107 saylı xx.xx.1955-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi Şixəli qızı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2322 saylı qeyd aparılmış, atası X13, anası Nəzirə Gülmusa qızıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-891/2023 saylı qətnaməsindən müəyyən olunur ki, ərizə təmin edilərək Azərbaycan Respublikasında anadan olmuş, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 300673 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 632 saylı qeyd aparılmışdır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ 715499 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1979-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 432 saylı qeyd aparılmışdır. İİ-İE 355110 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Nəzirə Gülmusa qızı xx.xx.1969-cu il tarixdə ölmüş, bu barədə xx.xx.1969-cu il tarixdə 1770 saylı ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş İV-JQ 490916 saylı xx.xx.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X9 xx.xx.1975-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 1301 saylı akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Novruzova soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan müəyyən olunur ki, Ərizəçi xx.xx.2017-ci il tarixli ərizəsinə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində baxılaraq Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar təsərrüfatı idarəsi ilə X15 arasında bağlanılmış xx.xx.1973-cü il tarixli 3220 nömrəli müqavilənin Bakı Şəhər Ərazi İdarəsinin arxivində mövcud olması, müqavilənin arxiv qovluğunda saxlanılan nüsxəsində bağ sahəsinin nömrəsinin 278/903 kimi qeyd edilməsi, həmçinin bağ sahəsində olan tikililərin ölçüsündə düzəlişin edilməsi, lakin düzəlişin səlahiyyətli qrum tərəfindən təsdiq edilmədiyi bildirilmişdir. İcarəçi Bağlar təsərrüfatı idarəsi ilə icarədar X15 arasında xx.xx.1973-cü il tarixdə bağlanmış bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə dair 3220 saylı müqavilənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş surətindən müəyyən olunur ki, Novxanı qəsəbəsində 0,18 ha sahəsi olan 1 otaqlı yaşayış mənzili ilə 278\903 saylı bağ sahəsi köməkçi tikililər ilə birlikdə icarədara icarəyə verilmiş, icarədar bağ sahəsini təhvil almışdır. Müqavilədən daha sonra müəyyən olunur ki, bağı icarəyə götürən X15, ailə üzvləri Zenfira Məmmədova və Rəhilə Məmmədovadır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli Vİİ-JQ saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci tarixdə 872 saylı qeydi aparılmış, atası X11, anası Ərizəçidır. Azərbaycan Respublikası vətəndaşının seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 5 saylı notariat kontorunun notariusu E.Ə.Kərimovun xx.xx.2015-ci il tarixli qərarından müəyyən olunur ki, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müraciət edən X3 və Ərizəçi Çıxəli qızına təqdim olunmuş sənədlər çatışmadığından və mirasın qəbul edilməsi üçün müddətin buraxılması səbəbindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 925904 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2018-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018ci il tarixdə 140 saylı akt qeydi tərtib olunmuşdur. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli BRB\d-282 saylı məktubundan müəyyən olunur ki, X13 arasında olan 3220 nömrəli xx.xx.1973-cü il tarixli müqaviləyə əsasən, Novxanı qəsəbəsində 903 nömrəli bağ sahəsi kimi mərhum X6 vərəsələri tərəfindən Binəqədi rayon Binəqədi Bələdiyyəsinin avtomatlaşdırılmış elektron məlumatlar bazasında qeydə alınmadığından aşkarlanmamışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, Alatava qəsəbəsində qonşuları olmuş mərhum Rəhilə xanımı həyat yoldaşı Əliquluya görə 14-15 ildir tanıyır. Qonşularının Novxanıda bağ evləri vardır. Yay fəslində onlar Rəhiləgilin bağlarına əncir toplamaq üçün getmişlər. Bağda iki otaqlı, bir eyvanı olan köhnə tikili olan ev vardır. Bağda o, Rəhilə xanımla onun həyat yoldaşı Əliqulunu görmüş, Rəhilənin bacısı Zenfiranı görməmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, 56 ildir Alatavada yaşayır, mərhum Rəhilə xanım və onun ailəsi ilə onlar ailəvi dost olmuşlar. Əliqulunun da ata evi Alatavada yerləşir. Novxanıdakı bağ mərhum Rəhilə xanımın atasına məxsus olmuşdur. Bağda iki otaqlı köhnə bağ evi, çoxlu meyvə ağacları vardır. Yay fəslində onlarda həmin bağa qonaq olaraq dəvət olunmuşlar. Ona görə də bilir k, həmin bağ evi 20 il olar ki, Rəhilə xanımgilin istifadəsindədir. Məhkəmə iclasında şahid Əli-X16 ifadəsində göstərmişdir ki, o, Ərizəçi bacısı qızıdır. Xalası Rəhilə onun anası Zemfira ilə iki bacı olmuşlar. Şıxəli onun babasıdır. Onun anası Zenfira 2018-ci ilin yanvar ayında vəfat etmişdir. 1979-cu ildə vəfat etmiş babası Şıxəlidən Novxanıda bağ miras olaraq qalmışdır. Onun anası Zemfira xalası Rəhilə ilə birlikdə bağa qulluq etmiş, birlikdə bağda kiçik ev tikmişlər. Hazırda bağda iki otaqlı köhnə ev və meyvə ağacları vardır. Onlar yay fəslində bağa gedib-gəlmişlər. Sonuncu dəfə anası sağ ikən, təxminən 2-3 il əvvəl o, bağda olmuşdur. Bağda kommunal xidmətlərdən su və işıq var, qazın olmasını xatırlamır. Bağla bağlı hər hansı bir mübahisə olmamış, onun qardaşının da bağla bağlı mübahisəsi yoxdur. Xalası Rəhilənin iki uşağı var, qızı xaricdə yaşayır, oğlu isə Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mərhum Ərizəçi atası X2 miras qalan Bakı şəhəri Novxanı qəsəbəsi Novxanı bağlarında yerləşən 278/903 nömrəli bağ sahəsindən atasının ölümündən sonra istifadə etməyə, bağın qayğısına qalmağa, bağda olan meyvə ağaclarına qulluq etməyə bağlamaqla əmlaka sahiblik edib mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası faktiki olaraq qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, miras qoyan X6 istifadəsində olan Bakı şəhəri Novxanı qəsəbəsi Novxanı bağlarında yerləşən 278/903 nömrəli bağ sahəsindən ibarət mirası miras qoyanın birinci növbəli vərəsəsi olan Ərizəçi miras əmlaka faktiki sahiblik etməklə qəbul etdiyindən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi mümkün olduğu üçün miras əmlaka vərəsəlik hüququnun tanınması üçün məhkəmə aktının qəbul edilməsi tələb olunmadığından, ərizə qismən təmin edilərək Ərizəçi atası X4 Bakı şəhəri Novxanı qəsəbəsi Novxanı bağlarında yerləşən 278/903 nömrəli bağ sahəsinə dair mirası faktiki qəbul etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə qismən təmin edilsin. X6 xx.xx.1973-cü il tarixli 3220 saylı “bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsinə” dair icarə müqaviləsinə əsasən istifadəsində olan Bakı şəhəri Novxanı qəsəbəsi Novxanı bağlarında yerləşən 278/903 nömrəli bağ sahəsinə dair Ərizəçi mirası faktiki qəbul etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova