Məhkəmə qərarları › İş №e-2(001)-1142/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1142/2025

04.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1142/2025 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu X3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (hasarın) sökülməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, fərdi yaşayış evi tikmək üçün X9nə 1050 manat ödəməklə 30 noyabr 2007-ci il tarixdə 2362/1 saylı sərəncamla torpaq sahəsi almışdır. Cavabdeh polisə şikayət etmişdir ki, guya onlar torpaq sahəsini ona satmışlar. Onun yazdığı şikayət ərizəsini müstəntiq Ramil Mehdiyev araşdırmış, heç bir əsas olmadığı üçün şikayət ərizəsinin mülki qaydada həll edilməsini tövsiyə etmişdir. Buna görə də, Cavabdeh ona qarşı olan qanunsuz torpaq iddiasına (torpağı onlardan alması) və qanunsuz hərəkətlərinə (hasarını sökməsi, onu, ustaları təhqir etməsi, hədə-qorxu gəlməsi) son qoyulması haqqında məhkəmədə iddiaları olmuşdur. X3 sədr əvəzi səlahiyyətlərini müvəqqəti icra etmiş Rəşad İsayev bu işdə cavabdehin tərəfini tutmuş, iddia zamanı işin obyektiv araşdırılmasına mane olmuşdur. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq torpaq sahəsinin koordinat nöqtələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə torpaq sahəsinin zəbt olunmamasına və polisə şikayətin qanunsuz olmamasına görə iddianı təmin etməmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)- 2015/2023 saylı qərarına əsasən kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Onlara artıq yaranmış yeni əsasla məhkəmədə müstəqil iddia qaldırılması məsləhət görülmüşdür. X3 sədr əvəzi Rəşad İsayevin onlara qarşı qərəzli mövqeyinə görə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər, məhkəmə onların iddiasını təmin etmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(211)-3534/2022 saylı qərarına və Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********71 saylı rəyinə əsasən X3 2362/1 saylı xx.xx.2007-ci il tarixli sərəncamı ilə onun, yəni İddiaçı adına rəsmiləşdirilmiş 600 kv.m torpaq sahəsinin faktiki koordinat nöqtələrinin təsdiq olunmuş eskiz cizgisi verilmişdir. R.İsayev sədr əvəzi vəzifələrini müvəqqəti icra etməmişdən qabaq mübahisəli torpaq sahəsinin koordinatları ekspert tərəfindən çəkilərək məhkəməyə verilmişdir. X3 nümayəndələri dəfələrlə torpağa yerində baxış keçirmiş, torpağın bələdiyyə ərazisində yerləşməsini naturada olduğu kimi eskiz sxemlə ərazinin uyğunluq təşkil etdiyini, Cavabdeh torpaq sahəsi ilə onların torpaq sahəsinin yanaşı olması haqqında məktub verilmişdir. Həmçinin “Binəqədi Oil” Company mübahisədən qabaq xx.xx.2019-cu il tarixdə onların sorğusuna əsasən GPS aləti vasitəsilə onlara məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını çəkərək onlara vermiş və bu koordinat nöqtələrinin onun ərazisinə aid olmaması barədə onlara məktub vermişdir. Bundan başqa torpaq sahəsində iki dəfə ekspertiza keçirilmiş, GPS aləti vasitəsilə torpağın döngə nöqtələrinin koordinatları çəkilmiş və 2(001)-300/2020 saylı iş üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə qərarından sonra Cavabdeh tərəfindən onların torpaq (GPS aləti vasitəsilə çəkilmiş döngə nöqtələrinin koordinatları olan) sahəsində qanunsuz tikinti aparılmışdır. Cavabdeh torpaq üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədir. Belə ki, hər tərəfi hasarla hörmüş və onların torpaq sahəsinə daxil olmasına mane olur. Həmçinin onların bir maşın mişar daşını və hörgü qumunu, 2 maşın bünövrə daşını istifadə etmişdir. 2(001)-300/2020 saylı işdə (məhkəməyə verilmiş ekspert rəyində) ekspert kimi mütəxəssis Salman Hümbətovun verdiyi rəydəki faktiki yerləşmə sxemində göstərilən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. Torpaq sahəsinin A. Nəsirov tərəfindən zəbt edilməsi barədə polisə şikayət etmişlər, lakin polis işin məhkəmədə baxılmasını göstərərək yenidən məhkəmə araşdırılmasını məsləhət görmüşdür. Cavabdeh onların torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, o, qanunsuz olaraq bu tələblərə əməl etməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, nümayəndə etiraz və mülahizələrində olan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, sözügedən mübahisəli torpaq sahəsinin ona məxsus olmasını əsas gətirərək etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsi Nümayəndə2 sözügedən torpaq sahəsinin bələdiyyə torpağı olduğunu, torpaqların necə satıldığından məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X3 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən verilmiş 2362/1 nömrəli, 30 noyabr 2007-ci il tarixli sərəncamdan görünür ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə vətəndaş İddiaçı mülkiyyətinə satılması, ayrılmış torpaq sahəsinin xüsusi mülkiyyətinə satılmasına görə X3 hesabına müəyyən olunmuş məbləğin-ödənişinin həyata keçirilməsi və ödəniş qəbzinin Bələdiyyənin icra aparatına təqdim edilməsi, torpaq və əmlak vergisinin vaxtlı-vaxtında ödənilməsinin vətəndaşın nəzərinə çatdırılması, ayrılmış ərazidə fərdi yaşayış evinin tikintisinə, tikintinin layihəsinin rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanması vətəndaşın nəzərinə çatdırılması, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair tələb olunan hüquqi sənədlərin alınması və fərdi yaşayış tikintisinin qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilməsinin tapşırılması, qərarın icrasına nəzarəti X3 icra aparatına tapşırılması barədə sərəncam verilmişdir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı X9 rayon, şəhər bələdiyyə orqanına 2007-ci ildə torpaq sahəsi barədə müraciət etmiş, ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və X9 ərazisində 0.06 ha torpaq sahəsinin satılması barədə 2007-ci il 30 noyabr tarixli 2362/1 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən X3 büdcəsinə 1056 manat haqq ödənilmişdir. İş materiallarında olan X9 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, həqiqətən İddiaçı tərəfindən X3 30 noyabr 2007-ci il tarixli 2362/1 saylı Sərəncamı ilə mülkiyyətinə aldığı 600 kv.m torpaq sahəsi üçün X3 büdcəsinə 1056 (bir min əlli altı) manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində mülkiyyət və istifadə hüquqlarının bərpa edilməsi xahiş edilsə də, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilmədiyi iddiaçı tərəfindən məhkəmə iclasında qəbul edildiyi təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində “mülkiyyət və istifadə hüquqlarının” pozulmasının nədən ibarət olması aydın deyildir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə sübut kimi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli qərarların surətləri təqdim edilmişdir. Həmin qərarlardan görünür ki, Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2015/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-318/2021 saylı 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin Qərarda məhkəmə kollegiyası “iddiaçının apellyasiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra ona və cavabdehə koordinatlar göstərilməklə Bələdiyyə tərəfindən eskiz layihələrin verilməsinə istinad etməsi və bu əsasla məhkəmə qətnaməsinin ləğv edilməli olması barədə dəlili ilə bağlı” qeyd etmişdir ki, birinci və apellyasiya instansiya məhkəməsində işə baxılarkən mövcud olmayan sənədlər həmin qətnamələrin ləğv edilməsinə əsas vermir. İddiaçı ona məxsus torpaq sahəsinə dair müvafiq koordinatlar göstərilməklə verilmiş eskiz cizgi əldə etmişdirsə, artıq yaranmış yeni əsasla məhkəmədə müstəqil iddia qaldıra bilər. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(211)- 3534/2022 saylı Qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri X9nə qarşı “iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq ölçü və istinadları (koordinat nöqtələri) göstərilməklə cizgi-sxemin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri X3 2362/1 saylı 30 noyabr 2007-ci il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin dəqiq ölçü və istinadları (koordinat nöqtələri) göstərilməklə cizgi-sxemin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri X3 üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən İddiaçı ünvanlanmış 16 may 2019-cu il tarixli məktubdan görünür ki, Bələdiyyə tərəfindən İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, torpaq sahəsinə baxış zamanı ona ayrılan torpaq sahəsinin digər şəxs Cavabdeh ayrılmış torpaq sahəsi ilə yanaşı olduğu müəyyən edilməklə bərabər eskiz-sxem planları üzrə naturada olduğu kimi eynilik təşkil edir. Belə ki, nəticə etibarı ilə X9 tərəfindən müvafiq qərara əsasən ayrılmış torpaq sahəsinə müdaxilə olunması aşkar edilməmiş və eskiz-sxem planı ilə naturada eynilik təşkil edir. Hüquqlarının pozulmasını iddia edirsə, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X3 məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə 2(103)-3515/2020 sayİı, 21 iyul 2020-ci il tarixli sorğuya əsasan iddiaçı X5 və Cavabdeh X9 tərəfindən ayrılmış torpaq sahələri barədə sxemlərinin miqyas, koordinat və istinad nöqtələrinin məsafələrinin müəyyənləşdirilməsi barədə araşdırmalar aparılmışdır. Belə ki, İddiaçı X3 2362/1 saylı sərəncamı ilə verilən 600 kv.m torpaq sahəsi, Cavabdeh X3 1916/2 saylı, 1942 nömrəli xx.xx.2007-ci tarixli sərəncamları ilə verilən hər biri 600 kv.m+600 kv.m=1200 kv.m torpaq sahələri ilə üst-üstə düşmür, qonşu torpaq sahələridir. İddiaçıya aid olan 600 kv.m torpaq sahəsi və cavabdehə aid 1200 kv.m torpaq sahələri eyni yolun istiqaməti boyunca yerləşirlər. İddiaçıya və cavabdehə verilən torpaq sahələrinin eskiz-sxemlərində əks etdirən koordinat və istinad nöqtələri olmadığından mübahisəli torpaqların məsafə ölçülərinin ərazi üzrə dəqiqləşdirilmə aparılması mümkün deyildir. Mübahisəli torpaq sahələrinin hüquqi rejiminə əsasən bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən İddiaçı ünvanlanmış 23 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Bələdiyyə tərəfindən İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, X3 hər hansı bir vətəndaşa tikinti üçün icazə verə biləcək kimi heç bir səlahiyyəti yoxdur. Tərəflərindən torpaq sahəsinə yerində baxış keçirilmiş və iddia olunan torpaq sahəsində mişar daşlarla hasar tikili aşkarlanmışdır. Müraciətində sözü gedən mübahisəli məsələnin həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən İddiaçı ünvanlanmış 25 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bələdiyyə tərəfindən İddiaçı ərizəsinə baxılmış və bildirilmişdir ki, iddiaçı olduğu torpaq sahəsinin həm X3 2362/1 saylı xx.xx.2007-ci il tarixli sərəncamına əsasən onun adına rəsmiləşdirilmiş, həm də Bakı İnzibati məhkəməsinin 2-1(211)-3534 saylı qərarı ilə koordinat nöqtələri müəyyən olunub təsdiq olunaraq ona təqdim olunmuşdur. Məhkəmə qərarı ilə öz təsdiqini tapan, sözügüdən torpaq sahəsinə verilmiş hər hansı qərar və ya çizgi öz qüvvəsini itirmiş hesab olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən İddiaçı ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bələdiyyə tərəfindən İddiaçı ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(211)-3534/2022 saylı qərarı və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi ilə iddiası təmin olunaraq iddiaçı olduğu X3 2362/1 saylı xx.xx.2007-ci il tarixli sərəncamı ilə adına rəsmiləşdirilmiş 600 m2 torpaq sahəsinin koordinat nöqtələri öz təsdiqini tapmışdır. İş materiallarında olan Binəqədi RPİ-nin müstəntiqi, polis mayoru X6 tərəfindən qəbul edilmiş 23 mart 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, vətəndaş Cavabdeh müraciəti əsasında toplanmış HK-1/498 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “X13” şirkəti tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2019cu il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə baxılmış və bildirilmişdir ki, Şirkətin əməkdaşları tərəfindən əraziyə birgə baxış keçirilmiş, keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, ərizədə qeyd olunan torpaq sahəsi Saziş ərazisi hüdudları daxilindən kənarda yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu X3 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində və eyni zamanda Bakı şəhəri Binəqədi rayonu X3 26 oktyabr 2007-ci il tarixli 1916/2 nömrəli sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayonu X3 30 noyabr 2007-ci il tarixli 2362/1 saylı sərancamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində və Bakı şəhəri Binəqədi rayonu Binəqədı qəsəbə Bələdiyyəsinin 26 oktyabr 2007-cı il tarixli 1916/2 nömrəli sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X3 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X9nə qarşı “torpaq sahəsinin zəbtinə son qoyulması və sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3672/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-923/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdehlər Cavabdeh və X9nə qarşı “torpaq sahəsinin zəbtinə son qoyulması və sahiblik, istifadə hüququnun bərpa edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5055/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3672/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3672/2022 saylı 08 iyul 2022-ci il tarixli qərardadı qismən - cavabdeh X9nə qarşı iddia üzrə ləğv edilmiş, həmin hissədə iddia tələbi baxılmamış saxlanılmış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin 14 oktyabr 2024-cü il tarixli 13(102)-318/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 6 fevral tarixli 2(001)-300/2020 nömrəli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması üçün müddət İddiaçı münasibətdə ötürülməmiş hesab edilmiş, həmin iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2020-ci il 6 fevral tarixli 2(001)-300/2020 nömrəli qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması barədə İddiaçı ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilmişdir. Həmin qərardadda məhkəmə tərkibi kassasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı ona məxsus torpaq sahəsinə dair müvafiq koordinatlar göstərilməklə verilmiş eskiz cizgi əsasında artıq yeni yaranmış əsasla, yəni cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, torpaq sahəsinin sahibliyinə qaytarılması və sair tələblə məhkəmədə müstəqil iddia qaldıra bilər. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən verilmiş 1942 nömrəli, 26 oktyabr 2007-ci il tarixli qərarın surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqısatqı yolu ilə mülkiyyətinə ayrılması, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanmasının vətəndaşın nəzərinə çatdırılması, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X4 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsinin tapşırılması, bu qərarın icrasına nəzarətin Qəsəbə Bələdiyyəsinin icra aparatına tapşırılması qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Nəsirov X8 qəsəbə Bələdiyyəsi rayon, şəhər bələdiyyə orqanına 2007-ci il tarixdə torpaq sahəsi barədə müraciət etmiş, ərizəyə Bələdiyyə orqanının iclasında baxılmış və X9 ərazisində 0.06 ha torpaq sahəsinin satılması barədə 2007-ci il 26 oktyabr tarixli 1916/2 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh tərəfindən X3 büdcəsinə 1056 manat haqq ödənilmişdir. İş materiallarında olan eskiz-sxem planından görünür ki, Cavabdeh koordinatları X – 398374.74; Y – 4480054.29 olan 600 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan eskiz-sxem planından görünür ki, Cavabdeh koordinatları X – 398400.10; Y – 4480063.35 olan 600 m2 torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən Cavabdeh 24 may 2019-cu il tarixdə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh ərizəsinə baxılmış və bildirilmişdir ki, istifadəsinə fərdi ev tikintisi üçün ayrılmış, hər biri 600 kv.metr torpaq sahələri eskiz-sxem planına əsasən göstərilən ərazi hüdudları daxilindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, arayış Cavabdeh verilmişdir ondan ötrü ki, həqiqətən də, 1942 saylı 26 oktyabr 2007-ci il tarixli onun istifadəsinə ayrılmış 600 kv.metr torpaq sahəsinin sərəncamı X3 arxivində qorunub saxlanılır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, arayış Cavabdeh verilmişdir ondan ötrü ki, həqiqətən də, 1916/2 saylı 26 oktyabr 2007-ci il tarixli onun istifadəsinə ayrılmış 600 kv.metr torpaq sahəsinin sərəncamı X3 arxivində qorunub saxlanılır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X9 tərəfindən verilmiş 1916/2 nömrəli 26 oktyabr 2007-ci il tarixli sərəncamın surətindən görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 m2 torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqısatqı yolu ilə mülkiyyətinə ayrılması, ayrılmış ərazidə kommunikasiya xətlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikintisinin eskizi rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanmasının vətəndaşın nəzərinə çatdırılması, vətəndaşa qanunvericilikdə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X4 Xidmətinə, fərdi yaşayış evinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsinin tapşırılması, bu qərarın icrasına nəzarətin Bələdiyyənin icra aparatına tapşırılması, qərarın təsdiq edilmiş nüsxələrinin vətəndaşa, məlumat üçün ərazi polis bölməsinə təqdim edilməsi sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli 3-21-3-30/2-6000/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 682.0 kv.m təşkil edir (82.0 kv.m artıqdır). Faktiki olaraq göstərilən torpaq sahəsi iddiaçıya aid olan digər sahə ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərti və mişar daş hasarla sərhədlənmişdir. Sahəyə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və sahə qeyd olunmamışdır. Torpaq sahəsinin üzərində tikili yoxdur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpaqdır. Sahənin təqribən 150.0 m, 240.0 m və 290.0 m yaxınlığında işlək neft quyusu məlumatları mövcuddur. X = 398382.3028; Y = 4480072.0491; Z = 0.0000 X = 398407.7973; Y = 4480081.0506; Z = 0.0000 X = 398416.6683; Y = 4480057.5335; Z = 0.0000 X = 398390.7950; Y = 4480048.5542; Z = 0.0000 İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsinə dair məlumatından görünür ki, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Həmçinin cizgidə istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək tərəflərindən mümkün olmamışdır. Sahədən təqribi 173 metr və 153 metr kənarda işlək neft quyusu məlumatı vardır. Faktiki sahədən 190 metr (əvvəlki illərin ortofoto görüntüsündə (2008) isə 70 metr) məsafədə göl mövcuddur. Gölün mühafizəsi ilə bağlı bazada məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2025-ci il tarixli 10/3866 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ X15 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-24443/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 682.0 kv.m təşkil edir (82.0 kv.m artıqdır). Faktiki göstərilən torpaq sahəsi iddiaçıya aid olan digər sahə ilə bir hasar daxilindədir (ara sərhədləri şərti və mişar daş hasarla sərhədlənmişdir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahəyə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və sahə qeyd olunmamışdır. Göstərilən sahənin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3229/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu X9 və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi, İddiaçı) “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə “elektron məhkəmə” informasiya sistemi vasitəsilə ünvanlanmış “Faktlar və Sübutlar” adlı sənəddən görünür ki, iddiaçı olaraq məhkəməyə təqdim etdiyi faktlar və sübutlar əsasında Cavabdeh ona məxsus torpaq sahəsi üzərində qanunsuz hərəkətləri təqdim edilir. Aşağıda təqdim etdiyi sübutlar və məhkəmə qərarları əsasında cavabdehin hərəkətlərinin qanunsuzluğu açıq şəkildə təsdiq olunmaqdadır. Torpaq sahələrinin qiymət fərqliliyi və hüquqi pozuntular barədə Məhkəmə işinin yeni əsas üzrə qaldırılması, yəni Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(211)-3534/2022 saylı qərarından sonra yaranmış hüquqi vəziyyətlə bağlıdır. Həmin qərardan sonra X9 tərəfindən torpaq sahəsinin faktiki koordinat nöqtələri rəsmi qaydada təsdiq edilmişdir. Buna baxmayaraq, ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən hasarlanması faktı müəyyən edilmişdir və qanunsuz hasarlanmanın sökülməsi tələb olunur. Onun torpaq sahəsinin koordinatları 2(001)- 300/2020 saylı iş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı müəyyən edilmiş döngə nöqtələri ilə tam eynidir və bu məlumatlar məhkəməyə təqdim olunmuşdur. 30 sentyabr 2026-cı il tarixdə torpaq sahəsinə yerində baxış keçirilərkən də, aydın olmuşdur ki, ona məxsus torpaq sahəsinin koordinat eskizi rəsmi qaydada təsdiqlənsə də, həmin sahə cavabdeh tərəfindən qanunsuz olaraq hasara alınmışdır. “Bələdiyyə Qanunu” və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq sahələrinin satışı ilə bağlı müəyyən qaydalar təsbit edilmişdir. Əgər torpaq sahələri eyni parametrlərlə təklif olunursa, onların fərqli qiymətlərlə satılması hüquqi ədalətsizlik və əsassız fərqləndirmə yarada bilər. Bütün parametrlər eyni olduqda, qiymətlərin bərabərliyi prinsipi əsas götürülməlidir. Eyni zamanda, X9 tərəfindən Cavabdeh verilmiş torpaq sahəsinin qiyməti ciddi hüquqi suallar doğurur. Belə ki:  26 oktyabr 2007-ci il tarixli, 1942 saylı qərara əsasən satılmış 600 m² torpaq sahəsinin qiyməti 480 manat olmuşdur;  26 oktyabr 2007-ci il tarixli, 1916/2 saylı qərara əsasən satılmış digər torpaq sahəsinin qiyməti isə 1056 manat təşkil etmişdir. Eyni gündə qəbul olunmuş qərarlarla eyni ölçüdə torpaq sahələrinin bu qədər fərqli qiymətlərlə satılması ciddi hüquqi pozuntu ehtimalını göstərir. Bu hal torpaq sahələrinin əslində eyni ərazidə və ya yanaşı yerləşməsi məsələsinə də, şübhə yaradır. Lakin Bakı İnzibati Məhkəməsinə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisəli (ona məxsus) torpaq sahəsi Cavabdeh 26 oktyabr 2007-ci il tarixli 1916/2 saylı qərarla satılmış torpaq sahəsi ilə eyni hasar daxilində yerləşir. Bundan əlavə, X3 xx.xx.2007-ci il tarixli 2362/1 saylı sərəncamı ilə ona 600 m² torpaq sahəsi satılmış və həmin sahənin qiyməti 1056 manat müəyyən edilmişdir. Təqdim olunmuş digər rəsmi cavab məktublarında da göstərilmişdir ki, ona məxsus torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsi yanaşı yerləşir. Yuxarıda göstərilən hallar torpaq sahələrinin qiymət fərqliliyi, yerləşmə vəziyyəti və qanunsuz hasarlanma faktının mövcudluğunu açıq şəkildə ortaya qoyur. 30 sentyabr 2026-cı il tarixdə torpaq sahəsinə yerində baxış keçirilərkən cavabdeh onların torpaq sahəsini öz torpaq sahəsinə birləşdirərək hər iki torpaq sahəsini əhatə edən ümümi bir hasar çəkmişdir. Cavabdeh e-2(001)-1142/2025 saylı iş üzrə məhkəmə iclası zamanı mübahisəli torpaq sahəsini hasara aldığını, qapı qoyduğunu və açarın özündə olduğunu etiraf etmişdir. Bu etiraf özbaşına zəbt faktını birbaşa sübut edir. Bundan başqa torpaq sahəsinə nəzarət cavabdehdədir. Onun mülkiyyət hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. Xüsusilə vurğulamışdır ki, Cavabdeh əvvəllər polis orqanlarına müraciət edərək, guya mübahisəli torpaq sahəsinin onun həyat yoldaşı tərəfindən ona satıldığını iddia etmişdir. Həmin müraciət üzrə aparılmış araşdırma zamanı torpaq sahəsinin cavabdehə satılmasını təsdiq edən heç bir hüquqi əsas müəyyən edilməmiş, bu səbəbdən mübahisənin mülki hüquq qaydasında həll edilməsi tövsiyyə olunmuşdur. Sözügedən qərar iş materiallarına əlavə edilmişdir. Eyni zamanda, Cavabdeh polis orqanlarına təqdim etdiyi ərizədə öz etirafı ilə göstərmişdir ki, mübahisəli torpaq sahəsi əvvəllər də məhz ona — Ş. Məmmədovaya məxsus olmuşdur. Bu fakt, cavabdehin sonradan irəli sürdüyü iddiaların əsassız və ziddiyyətli olduğunu açıq şəkildə təsdiq edir. Bu, cavabdehin əslində torpağın ona aid olmadığını göstərən sübutdur. Bundan sonra cavabdehin hərəkətləri — hasarın sökülməsi, ona və iş icra edən ustalara qarşı təhqiramiz davranışlar, habelə hədə-qorxu — artıq mülki mübahisə çərçivəsindən kənara çıxmışdır. Bu səbəbdən cavabdehə qarşı ayrıca məhkəmə iddiası qaldırılmışdır. Həmin iş üzrə iki dəfə məhkəmə ekspertizası aparılmış, GPS ölçmə vasitəsilə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və bu sübutlar 2(001)-300/2020 saylı mülki iş üzrə məhkəməyə təqdim olunmuşdur. Müvafiq məhkəmə qərarları və ekspertiza rəyləri iş materiallarına əlavə edilmişdir. Məhkəmə həmin iş üzrə torpaq sahəsinin zəbt edilməməsi və polisə edilmiş müraciətin qanunsuzluq təşkil etməməsi qənaətinə gələrək iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Torpağın ona məxsus olmasının təsdiq faktlar: Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(211)-3534/2022 saylı qərarı ilə ona məxsus 600 kv.m torpaq sahəsinin koordinat eskizi rəsmi qaydada təsdiq edilmişdir. Bu qərar, torpaq sahəsinin ona aid olduğunu təsdiqləyən mühüm hüquqi sənəddir. Həmin koordinatlar əvvəllər 2(001)-300/2020 saylı iş üzrə aparılmış məhkəmə ekspertizası zamanı GPS ölçmə vasitəsilə müəyyən edilmiş torpaq sahəsinin döngə nöqtələri ilə tam eynidir və məhkəməyə təqdim olunmuşdur. Sözügedən sənədlər iş materiallarında mövcuddur və qanuni qüvvəyə malik məhkəmə sübutlarıdır. Həmin qərar, torpaq sahəsinin mülkiyyətinə aid olduğunu təsdiq edən bir məhkəmə aktıdır və eyni zamanda, həmin torpaq sahəsinin sərhədlərini və yerləşdiyi ərazini rəsmi şəkildə göstərən qanuni sübutdur. Sözügedən qərar və ekspertiza rəyləri torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən əsaslı hüquqi sənədlərdir və cavabdehin heç bir hüquqi əsas olmadan ona məxsus torpaq sahəsi üzərində qanunsuz şəkildə çəkilmiş hasarın sökülməsi ilə bağlı irəli sürdüyü iddianın əsaslı olduğunu açıq şəkildə göstərir. Bu qərar, həmçinin cavabdehin qanunsuz hərəkətlərinə qarşı mülkiyyət hüququnu müdafiə edən bir sübutdur. Bu baxımdan, torpağın ona məxsus olmasının Bakı İnzibati Məhkəməsinin qərarı ilə rəsmi şəkildə təsdiqlənməsi, iddianın təmin edilməsi üçün əsaslı hüquqi əsas yaradır. X2 instansiyasına cavab məktublarında torpaq sahələrinin üst-üstə düşmədiyini bildirmiş və bir yol istiqamətində yerləşdiyini qeyd etmişdir. Lakin xx.xx.2019-cu il tarixli məktubunda onun torpaq sahəsi ilə Cavabdeh torpaq sahəsinin yanaşı olmasını qeyd etmişdir. xx.xx.2021-ci il tarixli məktubunda isə ona məxsus torpaq sahəsinin mişar daşı ilə hasarlanmış vəziyyətdə olduğunu təsdiqləmişdir. Bu, hasarın “sonradan”, məhkəmə qərarlarından sonra çəkildiyini sübut edir. Binəqədi Bələdiyyəsinin verdiyi rəsmi sənədlər, hasarın və torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinin faktiki sübutudur. Ona məxsus torpaq sahəsinin giriş və çıxışının bağlanması faktı ekspert rəyi ilə təsdiq olunur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna 25 aprel 2025-ci il tarixli 3-21-330/2-165487/025 saylı cavab məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsinin giriş və çıxışı bağlı olduğundan əraziyə yalnız vizual baxış keçirilmişdir. Eyni hal ekspert rəyində də öz əksini tapmışdır. Belə ki, 01 iyul 2025-ci il tarixli 10/2753 saylı ekspertiza rəyində qeyd olunmuşdur ki, torpaq sahəsinin giriş və çıxışı bağlı olduğuna görə əraziyə faktiki daxil olmaq mümkün olmamış, baxış yalnız vizual qaydada aparılmışdır. İddia ərizəsində də göstərildiyi kimi, cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi qanunsuz olaraq hasara alınmış və bu yolla onun öz torpaq sahəsinə daxil olmasına maneə yaradılmışdır. Sözügedən fakt ekspert rəyi ilə də təsdiqlənir. Bu səbəbdən, cavabdeh tərəfindən özbaşına tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bundan başqa iş materiallarına əlavə edilmiş foto şəkillərdə torpaq sahəsinin hasara alındığı açıq şəkildə təsdiqlənmişdir. Torpağın faktiki olaraq cavabdeh tərəfindən “tam hasara alınması” və girişin bağlanması sübut olunur. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, torpaq sahəsinə “giriş və çıxış cavabdeh tərəfindən bağlandığı üçün” əraziyə baxış keçirilməsi mümkün olmamışdır. Bu fakt cavabdehin əraziyə tam nəzarət etdiyini və onun öz torpaq sahəsinə daxil olmasının qarşısını aldığını təsdiq edir. Qanunsuz hərəkətlərin hüquqi nəticələri: Cavabdehin torpaq sahəsinin hasara alınması və girişin bağlanması Mülki Məcəllə və Torpaq Məcəlləsi ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu hərəkətlər, onun mülkiyyət hüququnu ciddi şəkildə pozur və həmin ərazidə qanunsuz nəzarət yaratmağa xidmət edir. Bu isə Mülki Məcəllənin 157.1, 157.2, 157.4 və 157.5-ci maddələrinə uyğun olaraq, torpaq sahəsinə daxil olmağa mane olmaq, onun üzərində qanunsuz hasar çəkmək, mülki hüquqların pozulması – faktiki sahibliyə müdaxilə hesab olunur. Bakı İnzibati Məhkəməsində baxılmış 1(112)-3230/2025 saylı iş üzrə Cavabdeh tərəfindən özəlləşdirilməsi tələb edilən torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi səbəbindən, 1 saylı Bakı Ərazi İdarəsi onun üçüncü şəxs qismində işə cəlb edilməsini tələb etmişdir. Bununla da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsi rəsmi şəkildə bildirmişdir ki, cavabdehin özəlləşdirmək istədiyi sahə faktiki olaraq ona məxsusdur, buna görə də, o, işə “3-cü şəxs qismində” cəlb edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması üçün Bakı İnzibati Məhkəməsi xx.xx.2025-ci il tarixdə qərardad çıxarmışdır. Təqdim olunmuş mütəxəssis rəyində Cavabdeh tərəfindən qanunsuz olaraq hasara alınmış torpaq sahəsinin koordinatları göstərilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin Cavabdeh məxsus və 26 oktyabr 2007-ci il tarixli 1916/2 saylı qərarla satılmış torpaq sahəsi ilə eyni hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Təqdim olunmuş mütəxəssis rəyinə əsasən, hər iki torpaq sahəsinin koordinatları müqayisə edilərək onların “faktiki olaraq 98–99% üstüstə düşdüyünü” müəyyən etmək mümkündür. Bu da cavabdehin onların torpaq sahələrini qanunsuz şəkildə hasara almasını sübut edir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Cavabdeh iddia tələbinə etiraz edərək, etiraz ərizəsində qeyd etmişdir ki, 2(001)-7436/2024 saylı mülki iş üzrə İddiaçı Binəqədi Rayon Məhkəməsinə eyni məzmunlu iddia ərizəsi ilə təkrar yenidən müraciət edərək guya ona məxsus olan torpaq sahəsini hasara almağını və ona məxsus qum, mişar daşını götürdüyünü bildirmişdir. İddaçının iddia ərizəsində yazdıqları tamamilə əsasız və böhtandır. Eyni iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2015/2023 tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Hazırkı iddia ərizəsi təkar və əsassız iddia olması səbəbindən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı eyni məzmunlu iddia ərizəsi ilə müxtəlif Məhkəmə instansiyalarına müraciət etmiş və iddia tələbiləri əsasız olduğu üçün təmin edilməmişdir. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin çıxardığı 2(001)-300/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən apeliyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin (hakimi X1 ilə) 2(103)- 318/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasında baxılmış və 2(102)-2015/2023 saylı xx.xx.2023-cü il tarixli qərarla İddiaçı tərəfindən verilmiş kassasya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-318/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizasi təyin edilmiş, ekspertizanın verdiyi 03 mart 2021-ci il tarixli 10/2937 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “iddiaçının (İddiaçı) naturada göstərdiyi torpaq sahəsi cavabdeh (Cavabdeh) tərəfindən zəbt edilməmişdir”. Binəqədi rayonu X3 26 oktyabr 2007-ci il tarixli, 1916/2 və 1942 qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş, hər biri 600 kv.m olan iki torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Bələdiyyə tərəfindən ona (Cavabdeh) satılmışdır. Həmin torpaq sahələrinin sənədləri Bələdiyənin ona Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verdiyi esgiz lahiyələrdə öz əksini tapmışdır. İddiaçı bu cür əsassız iddialarla onu illərdir məşğul edir, onu işindən ayırır, ona maddi və mənəvi zərər vurur. Bu cür əsassız iddialarla nəinki məhkəmələri boşuna məşğul edir, hətta məhkəmələri ona qarşı bir təziq vasitəsinə çevirir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı ona qarşı əsassız iddiasının təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçiqanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, İddiaçı Bakı şəhəri Binəqədi rayonu X3 xx.xx.2007-ci il tarixli 2362/1 saylı sərəncamı ilə ona qəsəbə hüdudları daxilində fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin ayrılmasına əsaslanaraq, Cavabdeh tərəfindən aparılmış “ona məxsus torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (hasarın) sökülməsi, ərazinin ona qaytarılması” tələbini irəli sürsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli 3-21-3-30/2-6000/2025 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 682.0 kv.m təşkil edir (82.0 kv.m artıqdır). Faktiki olaraq göstərilən torpaq sahəsi iddiaçıya aid olan digər sahə ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərti və mişar daş hasarla sərhədlənmişdir. Sahəyə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və sahə qeyd olunmamışdır. Torpaq sahəsinin üzərində tikili yoxdur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpaqdır. Sahənin təqribən 150.0 m, 240.0 m və 290.0 m yaxınlığında işlək neft quyusu məlumatları mövcuddur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli 10/3866 nömrəli ekspert rəyi ilə bir daha təsdiq edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ X15 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-24443/2025 nömrəli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 682.0 kv.m təşkil edir (82.0 kv.m artıqdır). Faktiki göstərilən torpaq sahəsi iddiaçıya aid olan digər sahə ilə bir hasar daxilindədir (ara sərhədləri şərti və mişar daş hasarla sərhədlənmişdir). Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahəyə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və sahə qeyd olunmamışdır. Göstərilən sahənin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət mülkiyyəti torpağıdır (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olduğundan, İddiaçı sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu X3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin (hasarın) sökülməsi və sair” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar