Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1182/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı ona məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 m2 torpaq sahəsinin boşaldılmasına, tikilinin əvvəlki vəziyyətə gətirilməsinə, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı ona məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 m2 torpaq sahəsinin boşaldılmasına, tikilinin əvvəlki vəziyyətə gətirilməsinə, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Paşayev X2 rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003cü il tarixli 252 saylı qərarına və xx.xx.2003-cü il tarixli alqı-satqı aktına əsasən mülkiyyətində olan Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 m2 torpaq səhəsinə malikdir. Artıq bir neçə gündür ki, həmin torpaq sahəsi qanunsuz olaraq ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən zəbt edilmiş və orada qanunsuz tikinti-söküntü işləri aparılmışdır. Cavabdehin qanunsuz hərəkətlərinin dayandırmasının tələb edilməsi heç bir fayda verməmiş, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin torpaq sahəsinə dair hər hansı bir sənədi yoxdur. Cavabdeh iddiaçının tanıtdığı torpaq sahəsindən istifadə etməsini inkar etmir. İddiaçıya torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı ilə vətəndaş İddiaçı adına rəsmiləşdirilmiş 300 m2 torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşir. Cavbdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsini Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi də təsdiq edir. Cavabdehin iddiaçıda olan sənələrə dair etiraz etmək və ya iddia etmək üçün subyektiv hüququ yoxdur. İddiaçının sənədlərinin etibarsızlığına və ya hər hansı formada qanunsuz hesab edilməsinə dair məhkəmə və ya digər səlahiyyətli orqanının qanuni qüvvəsini almış qərarı mövcud deyildir. Belə olan halda iddiaçının sənədlərinin qanuni olması prezumpsiyası vardır. İşin hallarından göründüyü kimi Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməklə Azərbaycan Respublikası CM-nin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Ona görə də Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 m2 torpaq səhəsini boşaltmasına, torpaq sahəsinin və tikintinin əvvəlki vəziyyətə gətirilməsinə, Cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh barəsində cinayət işinin başlanılması barədə xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, vəkili və nümayəndəsi Vəkil1 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarına əsasən, ona ayrılan torpaq sahəsində tikililər və 2 qaraj olmuşdur. Həmin vaxt o, həm ayrılan torpaq sahəsində, həmdə Nəsimi rayonunda yerləşən mənzilində yaşamışdır. 5-6 il əvvəl o, torpağında yerləşən 2 otaqdan və mətbəxdən ibarət tikilini kirayə vermişdir. Hal-hazırda həmin tikililər cavabdeh tərəfindən sökülmüşdür. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu A.Neymətulla küçəsi 6 saylı evin 4 saylı mənzili onun atası X4 ayrılmış, o, uzun müddətdir ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayır. Yaşadığı evin qarşısında olan torpaq sahəsinə baxan qonşuları binadan köçdükdən sonra ona müvəqqəti olaraq verilmiş həyətyanı sahə uzun illər baxımsız qalaraq xarabalığa çevrilmişdir. 25 il əvvəl həmin torpaq sahəsində qaraj olmuş, sonradan qarajlar sökülərkən həmin qarajda sökülmüşdür. İddiaçı heç vaxt həmin torpaq sahəsində tikinti işləri aparmamış, həmin torpaq sahəsində yaşamamış, kirayə verməmişdir. İddiaçı yerli baxış zamanı onun evinin qarşısında olan torpaq sahəsini ona ayrılan torpaq sahəsi olaraq göstərmişdir. Bələdiyyə sədri torpaq ayrılarkən kadastrın olmadığını qeyd etsə də, həmin vaxt qüvvədə olan xx.xx.1998-ci il tarixli qanunun tələbinə əsasən, torpaq sahəsinin ayrılmasına dair sənəddə kordinatlar göstərilməli idi. Bu barədə vəkili tərəfindən tərtib olunan etirazda da qeyd olunmuşdur. Mülki işə baxılan ərəfədə o, məhkəməyə qarşı hər hansı bir hörmətsizlik etməmiş, məhkəmə çağırışlarına vaxtında gəlmiş, yerli baxışda iştirak etmişdir. Buna baxmayaraq iddiaçı tərəf onun iş yerinə əsassız şikayətlər göndərmişdir. Onun yaşadığı evin qarşısında olan torpaq sahəsi uzun müddət baxımsız olmuşdur. Bu halı məhkəməyə təqdim olunan diskdə olan görüntülər, şəkillər təsdiq edir. O, həmin sahədə olan köhnə qapını yenisi ilə əvəz etmiş, əlavə hər hansı bir tikinti aparmamışdır. İddiaçının sənədlərində kordinatlar göstərilmədiyindən iddia ərizəsi əsassızdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri X6 izahatında göstərmişdir ki, Bələdiyyənin 2007-ci ilədək tərtib etdiyi sənədlər, eyni zamanda İddiaçı adına verilmiş xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Cavabdeh istifadə etdiyi torpaq sahəsi İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə ayrılmış, M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşən torpaq sahəsidir. Əvvəllər kordinatlar olmadığından Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə İddiaçı satılan 300 m2 torpaq sahəsinə dair tərtib olunan planda miqyas, koordinatlar, istinad nöqtələri göstərilməmişdir. İddiaçı ayrılmış torpaq sahəsində hansı tikililərin tikməsini, nə iş görməsi ona məlum deyil, torpaq sahəsində köhnə tikilinin olmasını bilir. Cavabdeh tərəfindən isə həmin sahədə qapı qoyulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 238.3.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Həmin Məcəllənini 240.1.-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı İddiaçı istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyətinə satılması haqqında qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu S.Rəhman küçəsi ev 16-da pasport qeydiyyatında olan, hazırda Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Nemətulla küçəsində öz şəxsi vəsaiti hesabına inşa etdiyi tikilidə yaşayan İddiaçı həmin tikilinin yerləşdiyi 300 m2 torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2003-cü il tarixli ərizəsinə, bələdiyyənin yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyanın xx.xx.2003-cü il tarixli rəyinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Nemətulla küçəsində yerləşən 300 m2 torpaq sahəsi əlavə edilmiş eskiz əsasında alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə hər kv.m üçün 20800 AZM olmaqla ümumilikdə ******* AZM ödəmək şərti ilə verilmişdir. Qərardan daha sonra müəyyən olunur ki, ayrılmış torpaq sahəsində inşa edilmiş və gələcəkdə inşa edilməsi nəzərdə tutulan tikililərin layihəsinin rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırılması Q.Ş. Paşayevə, qərarın qanunvericilikdə nəzərdə tutulmuş qaydada icrasının təmin edilməsi bələdiyyənin icra aparatına tapşırılmışdır. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 029995 saylı kassa mədaxil orderinin qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı üçün ******* AZM mədaxil edilmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli RB/d-36 saylı məktubundan müəyyən olunur ki, İddiaçı adına verilmiş xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Milli Arxiv İdarəsinə təhvil verilmiş, İddiaçı tərəfindən torpaq sahəsinə görə hesablanmış vergi məbləği tam olaraq bələdiyyə büdcəsinə ödənilmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli RB/d-321/1 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı torpaqayırma qərarı ilə vətəndaş İddiaçı adına rəsmiləşdirilmiş 300 m2 torpaq sahəsi M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435 saylı sərəncamından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. xx.xx.1979-cu il tarixli 183135 saylı orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu A.Neymətulla küçəsi 6 saylı evin 4 saylı mənzili X4 ayrılmışdır. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı MKİS-nin 1036 saylı xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu A.Neymətulla küçəsi 6 saylı evin 4 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Qeyd olunan ünvanda yerləşən yaşayış binası 1952-ci ildə tikilib istifadəyə verilmişdir. Yaşayış binasının arxasında olan torpaq sahəsinə sanitar torpaq sahəsinə sanitar təhlükəsizlik işlərinə qonşuların xx.xx.2021-ci il tarixli aktına əsasən, Cavabdeh nəzarət edir. Cavabdeh, X9 və X8 tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, yaşadıqları binanın arxasında yerləşən 4 saylı mənzilə məxsus həyətyanı sahə Cavabdeh hələ uşaq ikən ailəsi tərəfindən müvəqqəti olaraq vaxtilə qonşuları olan V.Əhmədova təsərrüfat fəaliyyəti üçün verilmişdir. V.Əhmədov binadan köçdükdən sonra ona müvəqqəti olaraq verilmiş həyətyanı sahə uzun illər baxımsız qalaraq xarabalığa çevrilmişdir. Baxımsız qalan bu həyətyanı sahədə dəfələrlə müxtəlif vaxtlarda naməlum gənc insanların oraya yığışması, ucadan bir-birləri ilə mübahisə edərək qeyri etik davranışları, orada kriminal abu-havanın olması onlara ciddi narahatçılıq yaratmışdır. Ailələri tərəfindən ona bu həyətyanı sahənin onların mənzilinə məxsus olduğu bildirildikdən sonra yuxarıda adları qeyd olunan qonşuların iştirakı ilə gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün qeyd olunan həyətyanı sahəyə daxil olaraq baxış keçirmişlər. Bu zaman məlum olmuşdur ki, uzun illər baxımsız qalan bu həyətyanı sahənin dəmirdən olan qapısının qıfılı sındırılmış, həyətyanı sahədə ağac və yaşıllıqlar qurumuş, həyət məişət tullantıları ucbatından natəmizlik yuvasına antisanitariya mənbəyinə çevrilmişdir. Bunu təsdiq edən orada baxış zamanı çəkilmiş fotolar da mövcuddur. Bütün bunları nəzərə alaraq onun tərəfindən hal-hazırda həyətyanı sahədə uzun illərlə yığılıb qalmış məişət tullantılarının təmizlənməsi, sahənin işıqlanması, dezinfeksiya olunması, yaşıllaşdırılması, ağacların əkilməsi və ümumilikdə abadlaşdırılması işinə başlanmışdır. Cavabdeh, X9, X8 və X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ağa Neymətulla küçəsində yerləşən 6 saylı binanın sakinlərinin ümumi istifadəsində olan bağçada yaşamamış, həmin ərazidə heç bir tikinti işi aparmamış, Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ağa Neymətulla küçəsi bina 6 mənzil 4-də yşayan neftçi X1 yaşayış evinin arxasında olan bağçadan uzun müddət istifadə etmiş və müəyyən müddətdən sonra o, həmin yaşayış yerini tərk etdikdən sonra həmin mənzil X3 istifadəsinə verilmişdir. Hal-hazırda X7 ailə üzvləri ilə birlikdə Ağa Neymətulla küçəsi bina 6 mənzil 4də yaşayır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan 300 m2 torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı tərəfindən tanıdılmış 300 m2 torpaq sahəsi faktiki olaraq Cavabdeh istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, İddiaçı tərəfindən tanıdılmış 300 m2 torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikinti işləri aparılmamışdır. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, Bakı şəhəri üzrə hazırlanmış bələdiyyə xəritələrinin təsdiq olunma mərhələsi tam olaraq yekunlaşmadığından, İddiaçı tərəfindən tanıdılmış 300 m2 torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyindən daha sonra müəyyən olunur ki, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, mütəxəssis rəyinin verilməsinə görə xidmət haqqı 95 manat təşkil edir. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına Cavabdeh tərəfindən 95 manat ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6375 saylı rəyindən müəyyən olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan 300 m2 torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün olmadığı, lakin iddiaçı tərəfindən tanıdılmış 300 m2 torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində olan torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, 1 saylı Bakı Əraz İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən tanıdılmış 300 m2 torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikinti işlərinin aparılmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri üzrə hazırlanmış bələdiyyə xəritələrinin təsdiq olunma mərhələsi tam olaraq yekunlaşmadığından, İddiaçı Sahbəddin oğlu tərəfindən tanıdılmış 300 m2 torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi mümkün olmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.) İmperativ xarakterli normaların məzmunundan aydın müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqlar yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan 300 m2 torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə ona satılan 300 m2 torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olmasını, həmin torpaq sahəsində tikililərin olmasını, həmin tikililərdən istifadə etməsini, kirayə verməsini, cavabdeh tərəfindən həmin tikililərin sökülməsini bildirsə də, bu halları və ümumiyyətlə 19 il əvvəl ona ayrılan, yalnız özünün tanıtması ilə yerini müəyyən edə bildiyi torpaq sahəsindən istifadə etməsini təsdiq edə biləcək mötəbər təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında 3-cü şəxs Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri H.R.Hüseynov izahatında Cavabdeh istifadə etdiyi torpaq sahəsinin İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə ayrılan, M.Ə.Rəsulzadə qəsəbəsi Ağa Nemətulla küçəsi 3 və 6B saylı fərdi yaşayış evlərinin arasında olmaqla 6 saylı binanın arxa tərəfində yerləşən torpaq sahəsi olmasını, iddiaçıya torpaq sahəsi ayrılarkən kordinatlar olmadığından planda torpaq sahəsinin kordinatlarının göstərilmədiyini qeyd etsə də, iddiaçıya ayrılan 300 m2 torpaq sahəsinin 6 saylı binanın arxa tərəfində yerləşən torpaq sahəsinin ölçülərinə, iddiaçıya ayrılan sahənin hansı istiqamətdən ölçülməklə müəyyən edilməsinə, xx.xx.2003-cü il tarixdən sonra, yəni keçən 19 il ərzində hansı səbəbdən ayrılan torpaq sahəsinə dair kordinatların müəyyən edilməməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, xx.xx.1998ci il tarixdə qəbul edilmiş Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Dövlət torpaq kadastrının məlumatları bələdiyyələrin də qərar qəbul etmələri üçün əsas idi. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi, yalnız iddiaçının özünün tanıtdırdığı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının cavabdehə qarşı həmin torpaq sahəsinə dair iddialar irəli sürməyə subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. Belə ki, yuxarıda istinad olunan normativ aktların tələblərinə əsasən, torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. İddiaçının və ya digər şəxslərin tanıtması ilə deyil, Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının vəkili və namyəndəsinin iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı ona məxsus Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 m2 torpaq sahəsinin boşaldılmasına, tikilinin əvvəlki vəziyyətə gətirilməsinə, cavabdeh tərəfindən torpaq sahəsinin istifadəsinə yönəlmiş maneələrin qadağan edilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı mütəxəsis rəyinin alınması üçün ödənilən 95 manat Cavabdeh xeyrinə tutulsun. İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1182/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1182/2022
31.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver