Məhkəmə qərarları › İş №e-2(001)-1188/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1188/2024

28.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1188/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı ev (yeni qaydalarla AZ1054 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 371.6 kv.m olan yaşayış evinin üzərində tam payının tanınmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı ev (yeni qaydalarla AZ1054 ünvan 3) ünvanında yerləşən ümumi sahəsi 371.6 kv.m olan yaşayış evinin üzərində tam payının tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Tərəflərin ilk illər ailə həyatları sakit keçsə də, sonradan münasibətləri pozulmuşdur. Ailə münasibətlərinin qorunub saxlanılması üçün iddiaçı dəfələrlə cavabdehə təkliflər etsə də sonuncu onun təkliflərini dəyərləndirməmişdir. Nəticədə cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2(004)- 2487/2023 saylı mülki iş hazırda Yasamal Rayon Məhkəməsinin icraatındadır. Tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı (yeni qaydalarla AZ1054 ünvan 2 114) ev ünvanında yerləşən ümumi sahəsi 371.6 kv.m olan yaşayış evi alınmışdır. Həmin əmlak nikah dövründə əldə edilməsinə baxmayaraq evin pulu iddiaçının anası X7 tərəfindən iddiaçıya hədiyyə edilmişdir. İddiaçı da həmin mənzili etibarını qazanmış və güvənmiş adam olaraq həyat yoldaşı olan cavabdehin adına almışdır. Həmin evin alınmasından bir gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə iddiaçının anası X7 iddiaçıya mənzil almaq niyyəti ilə öz mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 3148-ci məhəllə A.M.Şərifzadə küçəsi 88 C saylı evin 46 saylı mənzilini alıcı X12 307000 manata satmışdır. Həmin mənzili satdıqdan sonra anası qeyd olunan məbləği iddiaçıya hədiyyə olaraq verib özünə mənzil almasını istəmişdir. Bundan bir gün sonra iddiaçı 300000 manata mənzil taparaq həmin mənzili almaq qərarına gəlmişdir. Beləliklə xx.xx.2021-ci il tarixdə iddiaçı öz vəsaiti hesabına güvəndiyi və etibar etdiyi şəxs olduğu üçün arvadı Cavabdeh adına Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı (yeni qaydalarla Az 1054 ünvan 3) ev ünvanında yerləşən mənzili X6ndan 300000 manata almışdır. Bir müddət tərəflər həmin mənzildə yaşamış, daha sonra cavabdeh iddiaçını öz vəsaiti hesabına aldığı və faktiki olaraq iddiaçıya məxsus olan mənzilə buraxmaqdan imtina etmişdir. Əvvəl cavabdehlə ailə münasibətləri olduğu üçün iddiaçı cavabdehlə bu barədə mübahisə etməmiş, lakin halhazırda cavabdehlə ailə münasibətləri qalmadığı üçün həmin mənzilin cavabdehin adına qalmasına olan zərurət də aradan qalxmışdır. Bu səbəbdən iddiaçıya məxsus olan həmin mənzil üzərində iddiaçının tam olaraq payı tanınaraq mənzil onun adına rəsmiləşdirilməlidir. Hazırkı işlə bağlı iddiaçı tərəfindən ilkin olaraq mediasiya prosesinin tətbiqi üçün cavabdehə təklif göndərilmiş, daha sonra cavabdeh tərəfindən işin həlli yolunda addımlar atılmadığına görə mediasiya təşkilatı tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə müvafiq arayış verilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı ev (yeni qaydalarla AZ1054 ünvan 3) ünvanında yerləşən ümumi sahəsi 371.6 kv.m olan yaşayış evinin üzərində iddiaçının tam payının tanınmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, nikaha daxil olduqdan sonra o, ailəsi ilə birlikdə 2021-ci ilədək anasının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evdə yaşamış, daha böyük mənzilə köçmək üçün o, evi satmaq qərarına gəlmiş, anasının evini 307000 manata satıb, bir gün sonra Cavabdeh adına 300000 manata yeni evi alımış, evi həyat yoldaşımın adına rəsmişləşdirəndə gələcəkdə problemlərinin ola biləcəyini, boşanacaqlarını düşünməmiş, evi alandan sonra, evdə təmir işləri aparılmış, cavabdehin atası evə mebel, televizor, soyuducu və sair əşyalar almışdır. Onun atası isə evin təmirinə dəstək olmuşdur. Cavabdeh nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, nikahları pozulandan sonra cavabdeh onu evinə buraxmamış, o, cavabdehə evi satıb hər birinə ayrı ev alınmasını təklif etmiş, cavabdeh onun təklifi ilə razılaşmamışdır. Onun tələbi evi öz adına keçirib bundan sonra sataraq hər birinə ayrıca mənzil almaqdır. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, tərəflər xx.xx.2010-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından X13 və X10 anadan olmuşdur. 2023-cü ilin fevral ayından tərəflərin münasibətləri pisləşmiş, bu səbəbdən onun tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2487/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan uşaqlar onun himayəsində saxlanılmış, İddiaçı uşaqlarının saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində tam mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etmiş və tələbin onunla əsaslandırmışdır ki, sözügedən ev birgə nikah dövründə əldə edilmiş vəsait hesabına deyil, iddiaçının anasının ona bağışladığı pul hesabına alınmışdır. İddiaçının istinad edilən faktlar cəfəngiyyatdır. Belə ki, o, ali təhsilli göz həkimi olaraq fəaliyyət göstərir. İddiaçı isə Dövlət Təhlükəsizlik Xidmətində yüksək vəzifə tutmaqla çalışır. Onların birgə nikah dövründə əldə etdikləri vəsait hesabına sözügedən mənzil alınmışdır. Hətta mənzilin ödənişinin bir hissəsi onun atası tərəfindən edilmişdir. Notariusda evin alqı-satqısı zamanı da cavabdehin atası da iştirak etmiş, satıcı belə onun atasını tanımışdır. İddiaçının istinad etdiyi anasına məxsus evin alqı-satqısı nəticəsində əldə edilən məbləğ isə ailəsinin öz borclarına sərf edilmişdir ki, bunun da onun adına əldə etdikləri əmlaka heç bir aiddiyatı yoxdur. Birgə nikah dövründə hazırda iddiaçının idarə etdiyi müxtəlif nəqliyyat vasitələri əldə edilmiş, bunların heç biri onun və Talehin adına rəsmiləşdirilməmiş, iddiaçının anasının və.s qohumlarının adına rəsmiləşdirilmişdir. Evi aldıqları vəsait Talehin anasının olmuş olsaydı o, onun adına heç vaxt ev almazdı. Birgə əldə etdikləri vəsait evi almaq üçün yetmədiyindən, pulun müəyyən hisəsini onun atası ödədiyindən sözü gedən ev onun adına alınmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyib, etirazın məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 17. İ.Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Maddə 55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki: “Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ərarvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ərarvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür”. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olmayan hesab edilməli, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli, Konstitusiyanın 29-cu maddəsinin İ və İİİ hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu M 3148-ci məhəllə, A.M.Şərifzadə küçəsi 88C saylı evin 46 saylı mənzilinə dair X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. X1, borcverən/ipotekasaxlayan Azər-Türk Bank ASC, borcalan/ipotekaqoyan alıcı X16 arasında xx.xx.2021-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq olunmuş 066/21 saylı alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 3148-ci məhəllə A.M.Şərifzadə küçəsi 88C saylı evin 46 saylı mənzilini alıcı, borcalan/ipotekaqoyana 307000 manata satmış, daşınmaz əmlakın dəyərinin 157000 manatı alıcı, borcalan/ipotekaqoyanın özü tərəfindən, 150000 manatı borcverən/ipotekasaxlayan tərəfindən, kreditor/ipotekasaxlayan ilə alıcı, ipotekaqoyan/borcalan arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 066/21 nömrəli kredit müqqviləsinə əsasən alıcı, borclan/ipotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Bakı Nikah evi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 620516 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X4 xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2651 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sona arvada Qələndərlı soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı (yeni qaydalarla AZ-1054, ünvan 7 evə və 0,05874 ha torpaq sahəsinə dair X14 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. X6 ilə alıcı Cavabdeh ünvan 5 ünvanladıqları xx.xx.2021-ci il tarixli ərizələrindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 371,60 kv.m olan fərdi yaşayış evinin və 0.058740 ha olan torpaq sahəsinin 300000 manata satılması barədə alıcı ilə razılığa gəldiklərini bildirib bu barədə alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsini xahiş etmişlər. X3 ünvan 5 ünvanladığı xx.xx.2021-ci il tarixli 8i-5398 reyestr nömrəli ərizəsindən müəyyən olunur ki, o, birgə nikah dövründə əldə edilmiş əri X17 məxsus olan ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 371,60 kv.m olan fərdi yaşayış evinin və mülkiyətində olan 0.058740 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. X6 ilə alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq edilmiş AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı (yeni qaydalarla AZ-1054, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini və 0,05874 ha torpaq sahəsini alıcıya 300000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı (yeni qaydalarla AZ-1054, ünvan 7 evə və 0,05874 ha torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Yasmal Rayonu Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)- 2487/2023 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı Nikah evində xx.xx.2010-cu il tarixli 2651 nömrəli aky qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanmaları, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanlmaları üçün cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin 1/3 miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Qartal-V Mənzil Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli № 01 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı ailəsi həyat yoldaşı Cavabdeh və uşaqları ilə birlikdə xx.xx.2010-cu ildən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 3148-ci məhəllə 88C saylı evin 46 saylı mənzilində yaşamışdır. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərmişdir ki, o, 3-4 il əvvəl Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi F.Şahbazov küçəsi 45 nömrəli fərdi yaşayış evini satmaq üçün elan vermiş, Taleh ona zəng etdikdən sonra qaynatası İbrahim ilə birlikdə evə baxmışdır. Taleh nəğd pulunun olmadığını, öz evini satandan sonra evi almaq istədiyini demiş, bir həftədən sonra Taleh atasıgili gətirib evi onlara göstərmiş, həmin gün ona beh verib möhlət istəmiş, öz evini satdıqdan sonra alqı-satqıya getməyi təklif etmişdir. Bir aydan sonra Taleh ona zəng edib alqı-satqı üçün notariusa getməyi demiş, bundan sonra onlar 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlamışlar. Taleh ona evini satıb həmin pulla onun evini almasını demişdir. Notariat ofisində o, Talehin qaynatasını görməmiş, evin pulunun bir hissəsinin İbrahim tərəfindən verilməsi ona məlum deyildir. Notariat ofisində o, Taleh və Talehin yoldaşı iştirak etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, oğlu İddiaçı nikaha daxil olandan sonra ailəsi ilə birlikdə onun şəxsi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən 46 saylı mənzildə yaşamış, bir neçə ildən sonra Taleh həmin evi satıb, əvəzində həyət evi almaq istəməsini demişdir. Daha sonra onlar Bakı şəhəri Yasamal rayonu M.A.Şərifzadə 88C ünvanında yerləşən 46 saylı mənzili 307000 manata satıb əldə edilmiş vəsait hesabına Talehin bəyəndiyi həyət evini almışlar. Həmin vaxt Taleh humanistlik edərək evi Samirənin adına rəsmiləşdirmişdir. O, evinin satışından əldə olunan 307000 manatı oğlu Talehə hədiyyə etmiş, evin Samirənin adına alınmasını bilsə də bu halı mübahisələndirməmişdir. Onların heç kimə borcu olmamış, evin alınması üçün İbrahim pul verməmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, İddiaçı 2021-ci ilin fevralmart ayında ona müraciət edərək, ev almaq istədiklərini, lakin pullarının çatmadığını və ona maddi dəstək olmasını xahiş etmişdir. O, Talehlə birlikdə bir çox evlərə baxaraq Bilalın evini bəyənmişlər. Bilal ilə evin qiymətini 300.000 manata razılaşılmış, o, da Talehə evin alınması üçün 89000 manat pul vermiş, mənzilin təmirində maddi dəstək olmuş, Taleh ailəsi ilə birligdə evdə təmir gedən müddətdə 5 aya yaxın onun evində yaşamışdır. O, Yasamal rayonu M.A.Şərifzadə 88C ünvanında yerləşən mənzilin girovda olduğunu bilsə də, nə qədər ipoteka borcu olduğunu bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Belə ki, Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir. Bu baxımdan hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına qazanılmış əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına aldıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür. İddiaçı iddia predmeti olan fərdi yaşayış evinin alınmasından bir gün əvvəl onun anası N.Ə.Məmmədovanın öz mülkiyyətində olan mənzili 307.000 manata sataraq əldə olunan pul vəsaitini ona hədiyyə olaraq verdiyini, bir gün sonra o, mübahisəli evi ona hədiyyə verilən pul vəsaiti hesabına 300.000 manata əldə etdiyini, bu səbəbdən həmin əmlakın ümumi birgə mülkiyyət kimi qiymətləndirilməsinin mümkün olmadığını, ona görə də evdə onun tam payının müəyyən edilməli olmasını iddia etsə də, mübahisəli evin onun anasının vəsaiti hesabına əldə olunmasını sübuta yetirə bilmədiyi üçün məhkəmə hesab edir ki, fərdi yaşayış evi ər-arvadın ümumi vəsaiti hesabına əldə olunmuş əmlak hesab edilməlidir. Belə ki, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu, yalnız iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Yaxın qohumunun bir gün əvvəl mülkiyyətində olmuş mənzili satması, satılan və yeni alınan daşınmaz əmlakların qiymətlərinin eyni olması, mübahisəli evin iddiaçının əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına əldə edilməsi qənaətinə gəlinməsi üçün yetərli sübut deyildir. Çünki, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, iddiaçının iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edərək tərəflərin ümumi birgə mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı (yeni qaydalarla AZ-1054, ünvan 7 fərdi yaşayış evində hər birinin ½ hissədə olmaqla payları müəyyən edilərək iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Fəxrəddin Şahbazov küçəsi 45 saylı (yeni qaydalarla AZ-1054, ünvan 7 fərdi yaşayış evində İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payları müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar