Məhkəmə qərarları › İş №e-2(001)-1210/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1210/2023

21.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1210/2023 21.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X7 və X11 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci girişi, 15-ci mərtəbəsində 3 otaqdan ibarət sahəsi olan, 105 nömrəli mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və ünvan 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 1-ci girişi 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət, 105 nömrəli mənzilin dəyəri iddiaçı onun tərəfindən tam ödənilərək satın alınmışdır (xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və xx.xx.2021-ci il tarixli maliyyə arayışı ərizəyə əlavə edilir). Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı ilə qeyd edilən mənzilə dair onun borcu olmadığı təsdiqlənmişdir. Sözügedən yaşayış binası tam tikilib başa çatmasına baxmayaraq cavabdeh tərəfindən dəfələrlə müracət edilməsinə baxmayaraq ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət sahəsi olan, 105 nömrəli mənzil ona təhvil verilməmişdir. Bildirmək istəyir ki, onun ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş və mənzilin dəyərini müqavilədə qeyd edilən məbləğdə tam həcmfə ödəmişdir. Cavabdehin öz öhdəliklərini icra etməməsi onun qanunla qorunan hüquq və mənafelərinnə zidd olmaqla yanaşı, onun əmlak və mülkiyyət hüququnun məhdudlaşdırılmasına, əlavə olaraq maddi zərərə məruz qalmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman bildirmişdir ki, mübahisəli mənzili xx.xx.2016-cı il tarixdə X4. X5 öz ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsindəki imza ona məxsus deyil, o iddiaçı ilə belə müqavilə bağlamamışdır. Məhkəmə iclasında iştirak edən zaman mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 iddianın rədd edilməsini məhkəmədən xahiş edərək bildirdi ki, o, mübahisəli mənzili xx.xx.2016-cı il tarixdə almış və təmir etdirmişdir. 2016-cı ildən hazırki vaxta qədər də sözügedən mənzildə onun oğlu yaşayır. Bu halı bütün qonşuları da təsdiq edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X9 bildirdi ki, X13 onun həyat yoldaşıdır və ev onun adınadır. Hazırda həmin evdə onun oğlu yaşayır. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında dindirilmiş şahid X15 ifadəsində bildirdi ki, o, iddiaçı ilə yaxın dostdur. Həmin evin satılması ilə bağlı iddiaçıya o, məlumat vermişdir. Həmin evə iddiaçı ilə birlikdə baxmağa getmişdir. Sonradan Orxan mənə demişdir ki, evin pulunu tam ödəyib, maliyyə arayışı da alıb. Həmin evdə təmir olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsini məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsassızdır və aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, ünvan 2-da tikilən yaşayış binasının 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 105 №-li, 3 otaqdan ibarət, 136 kv.m sahəsi olan mənzil 100.000 manata sonuncuya satılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən MMC mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcının özünə verir. Müqavilənin 4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri tam ödənilib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ binasının 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 105 saylı mənzilin ümumi dəyəri 100.000 manat İddiaçı tərəfindən tam ödənilmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən cavabdehə 10 gün ərzində ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci girişi, 15-ci mərtəbəsində 3 otaqdan ibarət sahəsi 136 kv.m olan, 105 saylı mənzilin ona təhvil verilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X13 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, ünvan 2-da tikilən yaşayış binasının 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 105 №-li, 3 otaqdan ibarət, 136 kv.m sahəsi olan mənzil 105.000 manata sonuncuya satılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən MMC mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcının özünə verir. Müqavilənin 4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri tam ödənilib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ binasının 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 105 saylı mənzilin ümumi dəyəri 105.000 manat X13 tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alqısatqı” haqqında müqavilənin üzərində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alqı-satqı” haqqında müqavilənin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti* AVRO QRAND” məzmunlu möhür əksi, sərbəst nümunə qismində təqdim edilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli “Alqı-satqı” haqqında müqavilələrin, maliyyə ayarışlarının üzərlərindəki eyni məzmunlu möhür əksləri ilə eynilik təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X13 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzil alqı-satqısı haqqında müqavilədən görünür ki, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10-da tikilən yaşayış binasının 15 mərtəbəsində yerləşən 105 №-li, 3 otaqdan ibarət, 136.6 kv.m sahəsi olan mənzil 105.000 manata sonuncuya satılmışdır. Müqavilənin 2-ci bəndinə əsasən MMC mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən bilavasitə alıcının özünə verir. Müqavilənin 4-cü bəndinə əsasən mənzilin ümumi dəyəri tam ödənilib. xx.xx.2016-cı il tarixdə verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən kooperativ binasının 15 mərtəbəsində yerləşən ümumi sahəsi 136.6 kv.m olan 105 saylı mənzilin ümumi dəyəri 105.000 manat X13 tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya); 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Beləliklə işin mübahisə edilməyən hallarından görünür ki, ünvan 2-da tikilən yaşayış binasının 1-ci giriş, 15-ci mərtəbəsində yerləşən 105 nömrəli, 3 otaqdan ibarət, 136.6 kv.m sahəsi olan mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2016-cı il tarixdə isə X3. Həmçinin, mənzilin məhz X8 istifadə və sahibliyinə verilməsi, mənzilin onun tərəfindən təmir olunması, hazırda da onun ailə üzvləri ilə birlikdə orada daimi yaşaması və kommunal öhdəliklərdə X8 istehlakçı kimi qeydiyyata alınması da işin digər müəyyən olunmuş mübahisəsiz hallarıdır. Hazırki işdə, mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əşyadır. Ona görə də, həmin mənzilin verilməsi barədə iddiaçı və X13 ilə bağlanmış müqavilələr üzrə onlardan hansının üstün hüququnun yaranmasına Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Göstərilənlərdən belə müəyyən edilir ki, Mülki Məcəllənin 452-ci maddəsi baxımından mübahisəli əşya üzərində hüquq iddia edən kreditorlardan hansının üstün olmasının müəyyənləşdirilməsi üçün vacib olan şərt mənzilə kreditorlardan hansının faktiki sahiblik etməsidir. Hazırki işdə olan sübutların da mübahisəli mənzilin X1 olması nəticəsinə gəlmək üçün kifayət edir. Ona görə də mübahisəli mənzil daha əvvəl X2 verildiyi üçün həmin mənzil üzərində onun üstün hüququ yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iddianın rədd edilməsi, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2021-ci il tarixdə bağladığı mənzil alqı-satqısı haqqında müqavilənin ayrı icrasını cavabdehdən tələb etmək və ya həmin müqavilə üzrə dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək imkanından məhrum etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X7 və X11 cəlb edilməklə) “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar