Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-126/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və birləşdirilmiş iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi X4 nümayəndəsi və vəkili Vəkil, Birləşdirilmiş iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi X4, Hər iki iş üzrə Cavabdeh1, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbi və birləşdirilmiş iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi X4 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 5 nömrəli evin, 7 saylı mənzilinə köçürülməsi və cavabdehlər tərəfindən yaşamasına yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X10 atası ilə 2000-ci ildə faktiki nigaha girərək ailə qurmuşlar. Ailə qurduqdan sonra cehiz əşyaları ilə bərabər hazırda atasının bacısı Cavabdeh1 Mirislam qızı və nənəsi X1 istidafəsində olan ünvan 1 ünvanına gəlin köçmüşdür. O, anası Mədinə Əliyeva və qardaşı 06 oktyabr 2006-cı il təvəllüdlü X5 bir neçə ay bundan öncəyə qədər mübahisəli mənzildə yaşamışlar. Anası və atasının ərizəsinə əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2018-ci il tarixli 246 saylı sərəncamı ilə öncəki adı İmamə adının dəyişdirilərək “Rəna” olması barədə qərar qəbul edilmişdir. Özü 2002-ci ildən, qardaşı Əliyev Mirislam isə 2007-ci ildən ünvan üzrə qeydiyyata əsasən 20 saylı uşaq poliklinikasında qeydiyyata alınmışlar. 1999cu ildən son bir neçə ayadək həmin mənzildə yaşamışlar. Beş otaqdan ibarət mənzilin iki otağı onların istifadələrində olmuşdur. Hər üçü mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavadehlərlə tez-tez mübahisələri yaranır və haqqları olan mənzildə dinc yaşamağa imkan vermirlər. Bir neçə ay bundan öncə yenə də cavabdehlərlə aralarında ciddi mübahisə, dava-dalaş oldu və onlar tərəfindən küçəyə atıldılar. Hazırda kirayədə yaşayırlar. Atası Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə ömürlük azadlıqdan məhrum edilmişdir. Bütün əşyaları Binəqədi rayonu Ş.Məmmədova küçəsi ev 5, 7 saylı mənzildə qalmış və yaşadıqları evlərinə buraxılmırlar. Həmçinin mənzildən istifadəyə cavabdehlər tərəfindən manelər yaradılır. Özü tələbədir, anası və qardaşı ilə kirayə qaldığı evdə nə dərs oxumağa nə də üç nəfərin yaşamağa şəraiti yoxdur. Belə olan halda hesab edir ki, yaşamağa yeri olmadığı və mənzilə ehtiyacı olduğu üçün o, anadan olandan bu günədək yaşadığı mənzilinə köçürülməlidir. İkinci (birləşən) iş üzrə iddiaçı (X3 qanuni nümayəndəsi) X10 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 5 nömrəli evin, 7 saylı mənzilinə köçürülməsi və cavabdehlər tərəfindən yaşamasına yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə 1999-cu ildə faktiki nikaha girərək ailə qurmuşdur. Ailə qurarakan cehiz əşyaları ilə bərabər baldızı Cavabdeh1 Mirislam qızı və qaynanası X2 istifadəsində olan ünvan 2 ünvanına köçmüşdür. Cavabdeh3 ilə birgə nikahlarından xx xxxxxxx 2001-ci il təvəllüdlü X7 və 06 oktyabr 2006cı il təvəllüdlü X5 anandan olmuşdur. Əri Cavabdeh3 və onun ərizəsinə əsasən Binəqədi rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2018-ci il tarixli 246 saylı sərəncamı ilə qızı Əliyeva İmamənin adının dəyişdirilərək "Rəna" olması barədə qərar qəbul edilmişdir. Qızı İddiaçı (İmamǝ) 2002-ci ildən, oğlu Əliyev Mirislam isə 2007-ci ildən ünvan üzrə qeydiyyata əsasən 20 saylı uşaq poliklinikasında qeydiyyata alınmışlar. 1999-cu ildən son bir neçə ayadək həmin mənzildə yaşamış, övladları dünyaya gələndən sonra beş otaqdan ibarət mənzilin iki otağı onun və övladlarının istifadəsində olmuşdur. Hər üçü mübahisəli mənzildə qeydiyyatdadırlar. Cavadehlərlə tez-tez mübahisələri yaranır və haqları olan mənzildə dinc yaşamağa imkan vermirlər. Bir neçə ay bundan öncə yenə də cavabdehlərlə aralarında ciddi mübahisə, dava-dalaş oldu və onlar övladları ilə onu küçəyə atdılar. Hazırda kirayədə yaşayır. Uşaqları heç bir yerdə işləmir. Özü də məktəbdə müəllimə işləyir və aldığı əmək haqqı kirayə puluna heç çatmır. Həyat yoldaşı Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 120-ci maddəsi ilə ömürlük azadlıqdan məhrum edilmişdir. Bütün əşyaları Binəqədi rayonu, Ş.Məmmədova küçəsi ev 5, 7 saylı mənzildə qalmış və yaşadıqları evə buraxılmırlar həmçinin mənzildən istifadəyə cavabdehlər tərəfindən manelǝr yaradılır. Yaşadıqları şeraitsiz vəziyyət oğlunun təhsilinə də ciddi təsir edir. Məhkəmə iclasında iştirak edən birinci iş üzrə iddiaçının nümayəndəsi, Vəkil, ikinci iş üzrə isə iddiaçının qanuni nümayəndəsi X10 məhkəməyə iddia tələbindən imtina edilməsi barədə ərizə təqdim edərək, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 5 nömrəli evin, 7 saylı mənzilinə dair iddia tələbindən imtina etdiklərini və gələcəkdə həmin mənzilə dair hər hansı tələb irəli sürməyəcəklərini bildirmişlər. Ərizənin əsaslandırmasında görə tərəflər arasında qarşılıqlı razılıq (mənzilə görə iddiaçılara 15000 manat ödənilməsi barədə) əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 məhkəmə iclasında verdiyi izahatında iddiadan imtinaya münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxmış və tərəflər arasında şifahi razılaşma əldə edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hər iki iddia üzrə digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin -52.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. -52.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. -191-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -261.0.4-ci maddəsinin tələblərinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. -262.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. -262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. -262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbi və birləşdirilmiş iş üzrə iddiaçı X3 qanuni nümayəndəsi X4 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddiadan imtina qəbul edilsin, e- 2(001)-126/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-126/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-126/2023
24.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver