Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-130/2022 28.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İlkin iddialar üzrə iddiaçıların nümayəndəsi Vəkil1, Qarşılıqlı iddialar üzrə iddiaçı Cavabdeh, X2 Addıxanovnanın iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı2nə qarşı “divident” tələbinə dair qarşılıqlı və birləşdirilmiş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X8 və X5 Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı2, X8 və X7 qarşı “mənəvi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə 917952.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı2nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş zərərə görə 828612,72 manat və 41462,30 dollar pul, Kermur audit və Konsalting MMC-yə audit yoxlaması üçün ödənilmiş 7500 manat xərcin, iddiaçının nümayəndəyə göstərdiyi yardıma görə ödədiyi 4000 manat məbləğində xərcin, ekspert rəyi üçün X1 MMC-yə ödənilmiş 4000 manat xərcin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27 aprel 2021-ci il tarixində iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onun xeyrinə 666667 manat divident, 100000 manat mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar "xxxx" MMC, X8 və X10 cavabdeh “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçıların hər birinə rəsmi məktub ünvanlayaraq onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatları təkzib etməsi və onlardan üzr istənilməsi vəzifəsinin müəyyən edilməsi, iddiaçılar barəsində əsasız və qərəzli məlumatların yayılmasının cavabdehə qadağan edilməsi, iddiaçı "xxxx" MMC-nin xeyrinə işgüzar nüfuzuna vurulmuş 50000 manat məbləğində zərərin, nümayəndəyə göstərdiyi yardıma görə 2500 manat məbləğində xərcin, “X4” ekspert rəyinə görə ödənilmiş 2500 manat xərcin, 30 manat dövlət rüsumunun, iddiaçı X3 xeyrinə 20000 manat məbləğində mənəvi zərərin, iddiaçı X5 xeyrinə 40000 manat məbləğində mənəvi zərərin Cavabdeh tutularaq müvafiq olaraq olaraq iddiaçılar "xxxx" MMC-yə, X6 və X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdehlər X7, X9 və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi, cavabdehlərin hər birindən onun xeyrinə 50000 manat olmaqla, 150000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4517/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçılar "xxxx" MMC, X8 və X5 Cavabdeh qarşı “şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair iddiası üzrə 2(001)-4517/2021 saylı mülki iş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh Xerotek L.L.C” MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(001)-1618/2021 saylı mülki işə bir icraatda baxılması üçün birləşdirilmişdir. Mülki işin “pul və divident”-in tutulması barədə ilkin və qarşılıqlı tələblər üzrə ekspertiza təyin edilmiş və iş ekspertizadan qayıtdıqdan sonra mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün hazırki məhkəmə iclası təyin edilmişdir. Məhkəmə İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı2nə qarşı “divident” tələbinə dair qarşılıqlı iddia ərizələrini proses iştirakçıları ilə müzakirə edərək, həmin ilkin və qarşılıqlı iddia ərizələrinin məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyi qənaətinə gəlmişdir. Bundan sonra məhkəmə mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinin mümkünlüyü məsələsini tərəflərin müzakirəsinə çıxarmışdır. İlkin iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, onların pul tələbinə dair iddiası kommersiya mübahisəsi deyildir, belə ki, ilkin iddia üzrə cavabdehlə iddiaçı arasında mübahisənin yarandığı zaman əmək münasibətləri olmuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə pul və divident tələbinə dair ilkin və qarşılıqlı iddia ərizələrini, iş materiallarını nəzərdən keçirərək o qənaətə gəlir ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan və iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bundan başqa həmin qərarın 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarda o cümlədən qeyd edilmişdir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Eyni zamanda “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə göstərilmişdir ki, Kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Qanunvericiliyin və Ali Məhkəmənin Plenumunun məsələyə dair yuxarıda göstərilən mövqeyindən aydın olduğu kimi tərəflərdən biri sahibkarlıq subyekti olmasa belə, onunla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə İddiaçı2 Cavabdeh sonuncunun cəmiyyətdə direktor işlədiyi dövrdə vurduğu zərəri, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə təsisçilərdən biri olduğu hüquqi şəxsdən divident tələb edir. Odur ki, mülki işin “pul və divident”-in tutulması barədə ilkin və qarşılıqlı tələbləri korporativ tələblər olduğu üçün baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir, eyni zamanda birləşdirilmiş tələblər ümumi məhkəmədə baxılmalı olmasına baxmayaraq, onlara digər tələblərlə birlikdə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-nin 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlər istinad edilən tələblərə cavab vermədikdə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 403-1.4-cü maddəsinə əsasən geri qaytarılmalıdır. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Bununla yanaşı, digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı2nə qarşı “divident” tələbinə dair qarşılıqlı və birləşdirilmiş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X8 və X5 Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı2, X8 və X7 qarşı “mənəvi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, Cavabdeh İddiaçı2nə qarşı “divident” tələbinə dair qarşılıqlı və birləşdirilmiş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X8 və X5 Cavabdeh qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı2, X8 və X7 qarşı “mənəvi zərərin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə e-2(001)-130/2022 saylı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-130/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-130/2022
28.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver