Məhkəmə qərarları › İş №e-2(001)-1329/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1329/2025

08.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1329/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstituna, "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış evinin söküntüsünün cavabdehlərə qadağan edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı2 İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstituna, "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “yaşayış evinin söküntüsünün cavabdehlərə qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstituna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “yaşayış evinin söküntüsünün cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, icra sənədinin 20 il ərzində icra edilməməsi səbəbindən vurulmuş mənəvi ziyana görə 8000 manat pulun alınaraq iddiaçılara ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk- 1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələb, yəni Bakı şəhəri, Azadlıq prospekti, ev 155, 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan mənzildə yaşayanlar (icra sənədi üzrə borlcular) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həmin sahədən az olmamaq şərti ilə başqa mənzil verilməklə həmin sahədən çıxarılanadək (icra sənədi tam icra olunanadək) Bakı şəhəri, Azadlıq prospekti, ev 155, 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan yaşayış evinin söküntüsünün cavabdehlərə və digər şəxslərə qadağan edilməsi və həmçinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk-1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icraya yönəldiyi gündən 20 il ərzində icra edilməməsini nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən vurulmuş mənəvi ziyana görə cəmi 8000 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kirov RİK tərəfindən verilmiş xx.xx.1990cı il tarixli, 00700 nömrəli orderə əsasən X5 ailəsi ilə birgə yaşaması üçün Bakı şəhəri, Azadlıq prospekti, ev 155, 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan yaşayış sahəsinin ayrılması müəyyən edilmişdir. Kirov RİK-nin xx.xx.1990-cı il tarixli, 00700 nömrəli orderinin verildiyi tarixdən X9 ailə üzvləri X12, İddiaçı1, X11 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan evə köçərək yaşamışlar. X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda da sözügedən evdə X4 həyat yoldaşı İddiaçı1 və oğlu İddiaçı2 yaşayır. İddiaçı olaraq İddiaçı1 və həmçinin İddiaçı2 ünvan 2 ünvanında pasport qeydiyyatındadırlar. 2003-cü ildə Azərbaycan Milli Elmlər X3 İnstitutu (Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanına əsasən X7 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir) cavabdehlər Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti, X9, X12, İddiaçı1, X11, İddiaçı2 və X2 qarşı iddia ərizəsi ilə Xocavənd rayon Məhkəməsinə müraciət edərək F.A.Quliyevə ailəsi ilə birlikdə ünvan 3 ünvanında 3 otaqlı, 42 kv.m sahəsi olan yaşayış sahəsinin ayrılması barədə Binəqədi (Kirov) RİK-nin verdiyi xx.xx.1990-cı il tarixli, 007000 saylı xüsusi orderin etibarsız hesab edilməsi, X4, X8, İddiaçı1, X6, İddiaçı2 və X1 həmin sahədən istifadə hüququnun itirilmiş hesab edilməsi və onların İnstituta məxsus Bakı şəhəri, Azadlıq prospekti (Lenin), ev 155 ünvanındakı qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin onu da bildirimişdir ki, tərəflərindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək Azərbaycan Milli EAGEİ-nin direktoru cavabdeh Z.Əkbərov tərəfindən vurulmuş 100 milyon manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə hər iki iddia əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk-1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Xocavənd Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, AR MEAGE-nun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və cavabdehlərin həmin sahədən çıxarılması tələbinə dair iddia ərizəsinin təmin edilməsi, X5 ailəsi ilə birlikdə ünvan 5 ünvanında 3 otaqlı, 42 kv.m sahəsi olan xidməti yaşayış sahəsinin ayrılması barədə Kirov RİK-nin verdiyi xx.xx.1990-cı il tarixli, 00700 nömrəli orderin etibarsız hesab edilməsi, F.A.Quliyevin, L.F.Quliyevanın, Z.Y.Quiyevanın, F.F.Quliyevin, İddiaçı2 və Ə.İ.Abdullayevin ünvan 6 ünvandakı qeyri-yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin sahədən az olmamaq şərti ilə başqa mənzil verilməklə həmin sahədən çıxarılması, F.A.Quliyevin, L.F.Quliyevanın, Z.Y.Quiyevanın, F.F.Quliyevin, İddiaçı2 və Ə.İ.Abdullayevin mənzillə təmin edilməsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi artıq 20 ildir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icraatında olsa da bu günədək icra sənədinin icrası ilə əlaqədar hər hansı addım atılmamışdır. Həmin icra sənədinin icrasını təmin edilməsi üçün dəfələrlə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə gedib icra sənədinin icrası tapşırılmış icra məmurlarından (20 ildə icra sənədinin icrası ilə əlaqədar 4 icraçı dəyişib) icra sənədinin icra olunaraq onlara digər bir mənzil verilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsini tələb etsələr də heç bir addım atılmır və bununla əlaqədar onlara hər hansı məntiqli cavab verilmir. Həmçinin onu da bildirirlər ki, son zamanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7nun vəzifəli şəxsləri bir neçə dəfə yaşadıqları ünvan 7 ünvanın söküləcəyini və onları evdəki əşyaları ilə birgə küçəyə atacaqların bildirirlər. İddiaçılar isə qanuni qüvvəyə malik qətnamə olduğunu, onları ev ilə təmin etmədən bu evin sökülməsinin və iddiaçıların oradan çıxarılmalarının qanunsuz olduğunu və qətnamənin icra üsulu, şərtləri və tələbləri barədə onları məlumatlandırsalar da hər hansı nəticə yoxdur. Hazırda yaşadıqları evin sökülərək onları mənzillə təmin etmədən çölə atacaqların bildirirlər. Bununla əlaqədar bir neçə dövlət qurumuna şikayət etmişlər. Şikayətlərinə cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 3-29-68/2-K04-3208/24 saylı, XX dekabr 2024-cü il tarixli cavab məktubundan belə məlum olur ki, onlar Azərbaycan Respublikası adından, Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun və Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş hakimlər tərəfindən qəbul edilərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini hesaba almırlar və onları hər hansı digər yaşayış sahəsi ilə təmin etmədən ünvan 5 ünvanında yerləşən 3 otaqlı evdən məcburi qaydada çıxartmaq üçün hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər. Bununla yanaşı artıq İnstitut rəhbərliyi onlara məxsus avtomobilləri də institutun həyətinə buraxmamaqla onlara sözügedən evdən istifadəyə və əraziyə daxil olmağa maneələr yaratmağa başlayıblar. Hesab edirlər ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyininin göstərilən mövqeyi tam əsassız və ədalətsiz olmaqla qüvvədə olan qanunvericilik aktlarının tələblərinə cavab vermir. Onlar sadəcə hüquq mühafizə orqanlarına yalan və çaşdırıcı məlumatlar verməklə və onlardan istifadə edərək iddaçıları hər hansı yaşayış sahəsi ilə təmin etmədən 30 ildən artıq müddət yaşadıqları evdən çölə atmaq istəyirlər. Həmçinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin 20 il ərzində icra edilməməsi onun həyatının 20 ilini qeyri-müəyyənlik vəziyyətində yaşamağına səbəb olmaqla, əlinin hər şeydən soyumasına, dövlət orqanlarının birləşərək 30 ildən artıq ailəlikcə yaşadıqları evdən hər hansı pul kompensasiyası verilmədən və ya evlə təmin etmədən çölə atılacaqları təəssüratını yaradır. Bu isə onları həqiqətən mənəvi sarsıntılar və istirablar çəkməyə məcbur edir. Qeyd edilənlərə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

3. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcmini azaldaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddia tələbi üzrə hazırki mülki iş üzrə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir.

4. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələb, yəni ünvan 8 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan mənzildə yaşayanlar (icra sənədi üzrə borlcular) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həmin sahədən az olmamaq şərti ilə başqa mənzil verilməklə həmin sahədən çıxarılanadək (icra sənədi tam icra olunanadək) Bakı şəhəri, Azadlıq prospekti, ev 155, 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan yaşayış evinin söküntüsünün cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7na, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə əlavə cavabdehlərin cəlb edilməsi barədə ərizə təqdim edərək "xxxx" ASC və "xxxx" ASC-nin cavabdehlər qismində iddia ərizəsinə əlavə edilməsini xahiş etmişdir.

6. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk-1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələb, yəni Bakı şəhəri, Azadlıq prospekti, ev 155, 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan mənzildə yaşayanlar (icra sənədi üzrə borlcular) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həmin sahədən az olmamaq şərti ilə başqa mənzil verilməklə həmin sahədən çıxarılanadək (icra sənədi tam icra olunanadək) Bakı şəhəri, Azadlıq prospekti, ev 155, 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan yaşayış evinin söküntüsünün cavabdehlər "xxxx" ASC, AzərEnerji ASC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7na eləcədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eləcə də bildirmişdir ki, İddiaçı2 atası X9 uzun illər hazırkı mübahisəli mənzildə yaşamışdır. 1992ci ildə həmin mənzilə dair ona order verilmişdir. Uzun müddət ailəsi ilə birgə orada yaşadıqdan sonra İnstitutun rəhbərliyində dəyişiklik olmuşdur. Yeni gələn rəhbərlik 2003cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət onların ordan çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsi iddianı rədd etsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2004-cü il tarixli qətnaməsinə əsasən order ləğv edilib və cavabdehlərin mənzildən çıxarılmaları qət olunmuşdur. Lakin şərt olaraq cavabdehlərin mənzillə təmin edildikdən sonra mənzildən çıxarılması qət edilmişdir. Cavabdehlərin mənzillə təmin edilməsi öhdəliyi isə Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Lakin 20 il keçməsinə baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti cavabdehləri evlə təmin etməmişdir. Hazırkı iş üzrə cavabdehlər isə iddiaçılarının evini sökməyə, onları ərazidən çıxarmağa çalışır. Bu səbəbdən də iddiaçılar məhkəməyə müraciət edərək qüvvədə olan və icra edilməyən məhkəmə qətnaməsi olması səbəbindən həmin qətnamə icra edilənə qədər iddiaçıların evdən çıxarılması, evin sökülməsinin dayandırılmasını tələb edirlər. Həmçinin bildirdi ki, hal-hazırda söküntü işləri aparılmır, giriş-çıxışa heç bir maneə yoxdur. Lakin şifahi olaraq iddiaçılara bildirildi ki, evləri sökülüb onları evdən çıxaracaqlar. Cavabdeh tərəf də məhkəmədən kənar bildirmişdir ki, heç bir söküntü işi aparılmır. Hesab edir ki, hazırda söküntü işləri aparılmasa da gələcəkdə hər hansı bir söküntü işi olarsa, onun qarşısının alınması üçün hazırki iddia tələbi təmin edilməlidir.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı2 eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edoilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitunun nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək bildirdi ki, ümumiyyətlə hazırki iş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7 cavabdeh ola bilməz, İnstitutunun iddiaçılarla heç bir problemi yoxdur. Əksinə onlar İnstitutun həyətində iş saatından kənar maşın idarə edirlər, it saxlayırlar, xeyir-şər məclisləri təşkil edirlər. İddiaçılar əraziyə sərbəst daxil olur, orada yaşayırlar. Onların tərəfindən iddiaçılara həmin ərazidən çıxmaları barədə nə şifahi, nə də ki, yazılı qaydada hər hansı bir xəbərdarlıq və ya göstəriş verilməmişdir. Başqa hər hansı bir orqan və təşkilatın da onlara belə bir xəbərdarlıq etdiyi barədə məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçıların qeyd etdiyi kimi məhkəmə qətnaməsi mövcuddur və həmin qətnaməyə əsasən onların mənzildən çıxarılması qət edilmişdir. Mənzillə təmin edilmələri isə Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bu səbəbdən də iddia tələbinin onlara qarşı qaldırmaq əsassızdır. Eləcə də bildirdi ki, iddiaçılara həmin ərazidən çıxmaları, evi boşaltmaları barədə nə onlar, nə də ki, digərləri tərəfindən hər hansı bir xəbərdarlıq, göstəriş verilməmişdir. Bundan başqa bildirdi ki, Təhsil Nazirliyi ilə Daşınmaz Əmlak arasında razılıq əldə olunub və Energetika İnstitunun balansında olan torpaq sahəsinin müəyyən hissəsi başqa bir dövlət qurumunun balansına veriləcək, ancaq hələ ki, rəsmi heç bir razılaşma yoxdur. Müzakirələr bitdikdən sonra hər şey rəsmiləşdiriləcək. Rəsmi olaraq məlumat yoxdur, lakin hazırkı gedən müzakirələrə əsasən ehtimal olunur ki, həmin ərazinin bir hissəsi "xxxx" ASC və ya "xxxx" ASC-nin balansına veriləcək. Lakin həmin ərazinin iddiaçıların yaşadığı əraziyə aid olub-olmaması barədə məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər "xxxx" ASC və ya "xxxx" ASC məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

Mülki işin materialları:

12. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk-1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə Azərbaycan Milli Elmlər X3 İnstitutunun apellyasiya şikayəti təmin edilmiş, X4 apellyasiya şikayətinin təmin edilməməsi, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, Azərbaycan Milli Elmlər X3 İnstitutunun Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və cavabdehlərin həmin sahədən çıxarılması tələbinə dair iddia ərizəsinin təmin edilməsi, X5 ailəsi ilə birlikdə ünvan 5 ünvanında 3 otaqlı, 42 kv.m sahəsi olan xidməti yaşayış sahəsinin ayrılması barədə Kirov RİK-nin verdiyi xx.xx.1990-cı il tarixli, 00700 nömrəli orderin etibarsız hesab edilməsi, X4, X8, İddiaçı1, X6, İddiaçı2 və X1 ünvan 6 ünvandakı qeyri-yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin sahədən az olmamaq şərti ilə başqa mənzil verilməklə həmin sahədən çıxarılması, cavabdehlərin mənzillə təmin edilməsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)33/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsi qismən təmin edilərək mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçılara Bakı şəhəri, Azadlıq prospekti, ev 155, 1 ünvanında yerləşən 3 otaqlı, 42 kv.m sahəsi olan mənzildən istifadə edilməsi üçün cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7nun vəzifəli şəxsləri tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, yəni iddiaçıların və ailə üzvlərinin avtomobilsiz sərbəst girib-çıxmalarına icazə verilməsi, yalnız İddiaçı1 institutun ərazisinə giriş-çıxışına zərurət yarandıqda avtomobilin institutun həyətinə daxil olmasına və çıxışına icazə verilməsi qərara alınmışdır.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1329/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7na, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “yaşayış evinin söküntüsünün cavabdehlərə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.

16. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk-1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi icra edilənədək cavabdehlər tərəfindən iddiaçıların evdən çıxarılmalarının, evin sökülməsinin dayandırılmasını xahiş edir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 1mk-1666/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsindən görünür ki, X5 ailəsi ilə birlikdə ünvan 5 ünvanında 3 otaqlı, 42 kv.m sahəsi olan xidməti yaşayış sahəsinin ayrılması barədə Kirov RİK-nin verdiyi xx.xx.1990cı il tarixli, 00700 nömrəli orderin etibarsız hesab edilməsi, X4, X8, İddiaçı1, X6, İddiaçı2 və X1 ünvan 6 ünvandakı qeyri-yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin sahədən az olmamaq şərti ilə başqa mənzil verilməklə həmin sahədən çıxarılması, cavabdehlərin mənzillə təmin edilməsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir.

18. Məhkəmədə verilən izahatlardan görünür ki, cavabdehlər tərəfindən iddiaçıya nə şifahi, nə də ki, yazılı olaraq yaşayış evinin sökülməsi və həmin evdən çıxarılması barədə məlumat və ya xəbərdarlıq edilməmiş, göstəriş verilməmişdir. İddiaçılar isə gələcəkdə yaşadıqları evin sökülməsi nəticəsində hüquqlarının pozulacağı və buna qarşı hüquqi qorunmanın təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmişlər. Müəyyən edilmişdir ki, hal-hazırda heç bir söküntü əməliyyatı başlamamışdır və bu istiqamətdə heç bir maneə yaranmamışdır.

19. İddia tələbini araşdıran məhkəmə aşağıda sadalanan qanunvericilik aktı normalarına istinad etməyi zəruri hesab edir.

Azərbaycan Respubikasının Konstitusiyasının:

20. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.

22. 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

24. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

31. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.

34. Belə ki, iddiaçı məhkəmə iclasında cavabdehlər tərəfindən onların mübahisəli evdən çıxarılmaları, yaşadıqları evin sökülməsi barədə tələblərinin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilmədi. İddiaçı tərəf məhkəmə iclasında bildrdi ki, cavabdehlər tərəfindən onlara hər hansı bir rəsmi xəbərdarlıq edilməyib, lakin hazırda söküntü işləri aparılmasa da gələcəkdə olarsa, onun qarşısının alınması üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.

35. Məhkəmə hesab edir ki, iddiaçıların tələbi əsassızdır. Belə ki, hal-hazırda cavabdehlər tərəfindən iddiaçıların yaşadıqları evin sökülməsinə dair hər hansı bir rəsmi tələb yoxdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı hazırda iddianı konkret kimə ünvanlamaqda belə qərarsızdır, iddia isə ehtimallara əsasən qaldırılmışdır. Yəni iddiaçılara heç bir rəsmi orqan və ya təşkilat, o cümlədən cavabdehlər tərəfindən onların yaşadıqları evin sokülməsi, oradan çıxarılmalarl barədə rəsmi bir xəbərdarlıq, göstəriş verilməmişdir. Gələcəkdə belə bir halın mövcudluğu zamanı iddiaçılar söküntünü aparan təşkilata qarşı iddia qaldırmaq hüququna malikdirlər. İş materiallarından eləcə də görünür ki, 2003-cü ildə qəbul edilmiş qətnamə olmasına baxmayaraq iddiaşılar yaşadıqları evdən çıxarılmamış, indiyədək orada yaşamağa davam edirlər. Məhkəmə qeyd edir ki, mövcud olmayan söküntünün kiməsə qadağan edilməsi isə düzgün deyil.

36. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

37. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.

38. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

39. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7na, "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “yaşayış evinin söküntüsünün cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

40. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdehnə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X7na, "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “yaşayış evinin söküntüsünün cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar