Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1470/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı evindən istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı ev xx.xx.2018-ci il tarixdə qardaşı X6 tərəfindən ona bağışlanmışdır. Bu barədə Bakı şəhəri 26 saylı notariat kontorunda Daşınmaz əmlakın bağışlanması müqaviləsi tərtib edilərək xüsusi notarius X7 tərəfindən təsdiqlənmişdir. Cavabdeh onun qızıdır. Cavabdeh mübahisəli evdə qeydiyyatdadır, əvvəllər, yəni ərə gedənə qədər burada yaşamışdır, O, 2008-ci ildə ailə qurduqdan sonra ona məxsus olan evdən gəlin köçmüş, bu günə kimi ər evində yaşayır. Mülkiyyətində olan, mübahisəli evdə ona aid heç bir əşya yoxdur. Onun övladları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X17 heç vaxt ünvan 1 ünvanında yaşamamışlar. Cavabdeh və onun övladları formal şəkildə ona məxsus evdə qeydiyyatdadırlar. Onların ona məxsus evdə formal şəkildə qeydiyyatda olmaları onun mülkiyyət hüququnu pozur. Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 96 saylı arayışına əsasən Cavabdeh və onun övladları - xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2009-cu il təvəllüdlü X17 ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin 2008-ci ilin aprel ayından yaşamırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı ev onun, yəni onun xüsusi mülkiyyətindədir. Cavabdeh nümayəndəsi(vəkili)Vəkil2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh və ovladları xx.xx.2010-cu il təvəllüdlü X3 va xx.xx.2009-cu il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı evindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh həmin mülkiyyətdə istifadə hüququ vardir. Əgər belə olmasaydı, iddiaçı cavabdehə istifadə hüququnun itirilməsinə dair iddia irəli sürməzdi. Belə ki, iddiaçı və cavabdehin hüquqları ailə münasibətləri zəmində yarandığı işin mübahisəsiz halıdır. Bundan əlavə İddiaçı Cavabdeh istifadə hüququna xitam verdikdən sonra həmin mənzili iddiaçının digər övladına “bağışlaması” nəzərdə tutulur. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının “gözlənti” hüququ pozulur. Gələcəkdə həmin mənzilə dair vərəsə ola bilməyəcəkdir. Cavabdeh ve onun ailə üzvlərinə məxsus həmin mənzildə məhkəmə prosesləri başlayana qədər iddiaçı həmin mənzildən mütəmadi istifadə etmişdir. (iddiaçı qovana qədər). iddiaya gəldikdə isə aşağıdakı əsaslara görə iddia ərizəsi rədd edilməlidir. İddia ərizəsində iddiaçı cəhd edir ki, cavabdeh orda yaşamayıb, lakin bildirir ki, cavabdeh həmin mənzildə 2021-ci ilin sonlarına qədər yaşamışdır. Hətta cavabdehə məxsus əmlaklar bu gün də həmin mənzildə yerləşir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Bundan əlavə, cavabdehin özünün də həmin mənzildən istifadə hüququ qanuni qüvvədə olan məhkəmə qərarı ilə təsbit edilmişdir. (Bakı İnzibati Məhkəməsinin № 2-1(112)-3998/2022 saylı xx.xx.2022-ci il və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3169/2022 saylı xx.xx.2022-ci il tarixli) Göründüyü kimi, iddiaçının təqdim etdiyi sübut “Arayışdan” ibarətdir. Lakin qanunvericilik həmin müddəaya kompensasiya verilməsi şərtini irəli sürür. İstinad etdiyi belə ki, həmin “sübut” heç bir halda “əsaslı şübhədən kənar sübut standartlarına cavab verən” sübut hesab edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli Qararında göstərmişdir ki, "məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, "əsas şübhədən kənar" sübut standartları tətbiq edilir" (§93). Yuxarıda qeyd olunanlardan va iddia ərizəsinin məzmunundan da aydın olur ki, iddia ərizəsi kompensasiya verilməsi barədə hər hansı bir müddəa yoxdur. Heç iddia ərizəsində Mülki Məcəllənin 228-ci maddəsinə istinad edilməmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddia ərizəsinə vermiş olduqları etiraza uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, o doğulandan mübahisəli evdə yaşamış və həmin evdə qeydiyyatda olmuşdur. 2008-ci ilin aprel ayında ailə həyatı qurmuş və 2 uşağı var. O, ailə qurduqdan sonra 2 il Zaqatala rayonunda yaşamış, lakin sonradan mübahisəli evə qayıdaraq orda yaşamışdır. Uşaqları əvvəl Binəqədi, daha sonra isə Nəsimi rayonunda yerləşən məktəbə getmişlər. Əvvəllər atası ilə münasibətləri yaxşı olmuşdur, anası xəstə olarkən anasına o, baxmış və qulluq etmişdir. Bu halı atası da daxil olmaqla bütün qohumları təsdiq edə bilər. Əgər atası iddia edirsə ki, o, ailə qurandan sonra mübahisəli evdə yaşamamışdır, bəs necə olur ki, xəstə anasına uzun müddət həmin evdə o, baxmışdır? Uşaqları nə üçün məhz Binəqədi rayonunda yerləşən məktəbə getmişlər? Atası ilə münasibətləri anası vəfat edəndən sonra pozulmağa başladı. Anası vəfat edəndən sonra atası həm onunla həm də bacısı ilə münasibətlərini pozdu və onu uşaqları ilə birlikdə evdən qovdu. Baxmayaraq ki, onun və uşaqlarının əşyaları, habelə cehiz əşyaları hələ də həmin evdədir. O, hal-hazırda ailəsi ilə birlikdə kirayədə yaşayır və onun qeydiyyatda olduğu ünvandan başqa yaşayış yeri yoxdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, ev 6 otaqdan ibarətdir. Həmin ev onların yaşaması üçün əlverişlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) iddia ərizəsinə vermiş olduqları etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını və şahidlərin ifadələrini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, iddiaçının qardaşıdır. Mübahisəli ev əvvəllər atasının adına olmuş, daha sonra onun adına keçmişdir. O da qardaşına bağlamışdır. Cavabdeh ailə qurana qədər mübahisəli evdə yaşamışdır. Hazırda həmin evdə iddiaçı oğlu və onun ailəsi ilə birlikdə yaşayır. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, cavabdehin nə vaxt evləndiyini bilmir, lakin evlənəndən sonra cavabdeh həmin evdə gəlib qalmayıb və uşaqlarını orada məktəbə qoymamışdır. Əvvəl mübahisəli ev 2 otaq olmuş, sonradan 2 otaq da əlavə edilmiş və 2 otaqda iddiaçının oğlu və ailəsi, 1 otaqda iddaçı yaşayır, digər 1 otaq isə boşdur. O, Güzdəkdə yaşasa da, evinə dair sənəd olmadığından mübahisəli evdə qeydiyyatdadır. Cavabdehin yoldaşının Qəbələ də evi var. İddiaçı evi oğluna bağışlasa, o razılıq verəcəkdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, iddiaçı ilə qonşudur. İddiaçının qızı Validə 2008-ci ildə evlənmişdir. Anası xəstə olan vaxt cavabdeh evə gəlib getmiş və anasına qulluq etmişdir. 3 ilə yaxındır cavabdehin anası vəfat etmişdir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mübahisəli evdə hazırda iddiaçı, iddiaçının oğlu Mahir, onun yoldaşı və uşaqları yaşayır. Cavabdehin evdən qovulması barədə hər hansı bir məlumatı yoxdur. Ailə qurandan sonra cavabdeh həmin evə gəlib-getmiş, lakin orada yaşamamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o, iddiaçının bacısı oğludur. İddiaçı ilə cavabdehin əvvələr münasibətləri normal olmuş və iddiaçının həyat yoldaşı rəhmətə getdikdən sonra münasibətləri pozulmuşdur. Cavabdeh 2008-ci ildə ailə qurmuş və ailə qurduqdan sonra mübahisəli evdə qalmamışdır. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, cavabdeh anası xəstə olanda gəlib ona baxırdı. Həmin evdə hal hazırda iddiaçı, oğlu və onun ailəsi yaşayır. Evdə 4 otaq var, otağın birində iddiaçı, ikisində iddiaçının oğlu və ailəsi yaşayır, digər otaq isə boşdur. Cavabdehi heç kim evdən qovmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, iddiaçı onun atası, cavabdeh isə onun bacısıdır. Atası ilə bacısının, eləcə də onun münasibətləri pozulmuşdur. O, atası ilə barışmaq istəsə də, atası onunla barışmamışdır. Anası sağ olana qədər bacısı mübahisəli evdə yaşayırdı. Hətta anası xəstə olaraq ona bacısı Validə qulluq edirdi. Lakin atasıgil 2021-ci ildə bacısını həmin evdən qovmuşlar. Cavabdehə cehiz kimi mebel verilməsə də, digər cehiz əşyaları, yəni qab-qacaq, yorğan döşək hal-hazırda həmin evdədir. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, mübahisəli evdə axırıncı dəfə anasının yas mərasimində olub və ondan sonra onun həmin evə getməyinə şərait yaratmamışlar. Cavabdeh 2021-ci ilədək həmin evdə yaşamış və uşaqları hal-hazırda kirayədə qaldıqları evin yaxınlığında yerləşən məktəbə gedirlər. Validənin və uşaqlarının əşyaları mübahisəli evdə qalmışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, iddiaçı onun əmisi oğludur.O, körpəlikdən mübahisəli evdə yaşamış və evdə olan hadisələrdən məlumatlı olmuşdur. Cavabdeh o evdə yaşamışdır. Lakin cavabdehin anası rəhmətə gedəndən sonra iddiaçı ilə aralarında mübahisələr yaranmağa başlamışdır. Cavabdeh anasının xəstəliyi ilə əlaqədar uzun müddət ona baxmışdır. O, tərəflərin barışmaqlarını istəsə də, onlar barışmırlar. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ildə anası rəhmətə getdikdən sonra cavabdehi evdən qovmuşlar. Cavabdeh bir müddət Zaqatala da yaşasa da, daha sonra atasıgillə yaşamışdır. Cavabdehin cehizi hələ də həmin evdədir. İş materiallarında olan 15 dekabr 2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, hədiyyə verən X6 ünvan 2 ünvanında mülkiyyətində 0.0838 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 35.7 kv.m olan fərdi yaşayış evini hədiyyə alan İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan görünür ki, ünvan 4nvanında yerləşən 6 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 431 nömrəli reyestr kitabının 40390 nömrəli vərəqəində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* №-li Arayışdan görünür ki, İddiaçı, X6, X2, X12, X17, X19, X15, X1, Cavabdeh, X16, X9 və X10 ünvan 4nvanında yerləşən 6 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısı Binəqədi qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 96 №-li Arayışdan görünür ki, İddiaçı ünvan 4nvanında yerləşən 6 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. Qızı Cavabdeh, X17, X12 göstərilən ünvanda qeydiyyatdadırlar, lakin 2008-ci ilin aprel ayından yaşamırlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 3998/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs Cavabdeh) qarşı “qeydiyyatdan çıxarma tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-3169/2022 saylı qərarından görünür ki,İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3998/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, proses iştirakçılarının izahatları, şahid ifadələri və iş materialları ilə müəyyən olunur ki, ünvan 4nvanında yerləşən 6 nömrəli fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh iddiaçının qızıdır və o, doğulduğu vaxtdan ünvan 4nvanında yerləşən 6 nömrəli fərdi yaşayış evində yaşamış və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Eyni zamanda cavabdehin övladları X17, X12 da həmin fərdi yaşayış evində qeydiyyatdadırlar. Halhazırda Cavabdeh və övladları X4, X3 rəsmi qeydiyyat ünvanları ünvan 4nvanında yerləşən 6 nömrəli fərdi yaşayış evi olsa da, onlar həmin evdə yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsində göstərilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 ünvan 4nvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinə istifadə hüquqları qanuni əsaslarla mövcud olduğundan və hal-hazırda iddiaçı tərəfindən cavabdehin həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən- onların həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsassızdır. Eyni zamanda, mənzilin mülkiyyətçisi tərəfindən qarşı tərəfə istifadə hüququnun itirilməsi əvəzində kompensasiya verilməsi ilə bağlı iddia tələbi verilmədiyindən, məhkəmə tərəfindən belə bir hal üzrə araşdırma aparılmamalı və qərar qəbul edilməməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi, yəni “Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, 6 saylı evindən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1470/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1470/2023
17.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver