Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1474/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, "xxxx" Mənzil-Tikinti Kooperativinin İddiaçı qarşı “öhdəliyin icrası və pul” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" MTK” arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən əsassız hesablanmış 4000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonunun sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 63 saylı sərəncamına əsasən onunla "xxxx" MTK arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd olunan mənzilə dair mülkiyyət hüququndan icraçı "xxxx" MTK-nın xeyrinə imtina etmiş və bunun müqabilində isə icraçı ona ünvan 2 ünvanında, inşa olunan çoxmərtəbəli yaşayış kompleksinin 3-cü binası, 1-ci bloku, 6-cı mərtəbəsindəki ümumi sahəsi 75.06 kv.metr olan tam təmirli 3 otaqlı 24 saylı mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq ona təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin ümumi sahəsinə yardımçı sahələr də daxildir. Həmçinin, həmin müqavilənin 3-cü və 5-ci bəndlərinə əsasən, iddiaçı əlavə 17.0 kv.metr üçün 13600 manat məbləğində pulu 34 ay müddətinə, ayda 400 manat ödəmək şərtilə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirməmiş, təhvil verdiyi mənzilin ümumi sahəsi 75.06 kv.metr deyil, 69 kv.metr olması müəyyən edilmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş 13600 manat məbləğindən 9600 manat hissəsini tam olaraq ödəsə də, mənzilin ümumi sahəsi artıq hesablandığından, hesablanmış 4000 manat məbləği ödəməkdən imtina etmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət edərək, borcunun olmaması barədə maliyyə arayışının verilməsini tələb etsə də, cavabdeh ondan əsassız olaraq hesablanmış 4000 manat məbləği tələb etmişdir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsini, cavabdeh İddiaçı oglundan xx.xx.2019-cu il tarixli “Kompensasiya müqaviləsinə” əsasən ödəməli olduğu 4300 manat məbləğində pulun, həmçinin ödənilmiş 63 manat məbləğində dövlət rüsumunun, cəmi 4363 manat məbləğində pulun alınaraq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli “kompensasiya müqaviləsi” bağlanmışdır. Müqavilənin 1-ci hissəsinin 1 bəndinə əsasən, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 43.50 kv.m olan 8 saylı mənzilin mülkiyyət hüquqlarından "xxxx" MTK-nın xeyrinə imtina etmiş, sonuncu isə əvəzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 9 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış kompleksinin 3-cü binasının, 1-ci blokunun, 6-cı mərtəbəsindəki ümumi sahəsi 75.06 kv.m olan tam təmirli, 3 otaqlı, 24 saylı mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun İddiaçı təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, ilkin iddia ərizəsində iddiaçının özünün qeyd edildiyi kimi mənzilin ümumi sahəsinə (yəni 75.06 kv.m) yardımçı sahələr daxildir. Həmçinin, həmin müqavilənin 3-cü və 5-ci bəndlərinə əsasən, iddiaçı əlavə 17.0 kv.metr üçün 13600 manat məbləğində pulu 34 ay müddətinə, ayda 400 manat ödəmək şərtilə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müxtəlif vaxtlarda, xx.xx.2019 - xx.xx.2022-ci il tarixləri arası müqavilə öhdəlikləri üzrə MTK-ya cəmi 9300 manat məbləğində ödəniş etmişdir. İddiaçı müxtəlif vaxtlarda dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilmiş, lakin o, müqavilə öhdəliyini qəsdən yerinə yetirməyərək, son ödənişindən 8 ay keçməsinə baxmayaraq bu müddət ərzində heç bir ödəniş etməmişdir. Qeyd edilənləri nəzərə alaraq ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək İddiaçı oglundan 4300 manat məbləğində pulun alınaraq "xxxx" MTK-ya ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayədəsi-vəkili Vəkil ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi. İlkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli “Kompensasiya müqaviləsinin” surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, sifarişçi (İddiaçı) ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 43.50 kv.m olan 8 saylı mənzilin mülkiyyət hüquqlarından "xxxx" MTK-nın xeyrinə imtina etmiş, icraçı ("xxxx" MTK) isə əvəzində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 9 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış kompleksinin 3-cü binasının, 1-ci blokunun, 6-cı mərtəbəsindəki ümumi sahəsi 75.06 kv.m olan tam təmirli, 3 otaqlı, 24 saylı mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun çıxarışla sifarişçiyə təqdim etməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi əlavə 17.0 kv.metr sahə üçün 13600 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi 13600 manat məbləğində pulu 34 ay müddətinə, ayda 400 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 43,50 kv.m sahəsi olan mənzil xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı oglunun adına qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında 10 gün müddətində nizama salınması təklif edilmiş, əks təqdirdə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə xəbərdarlıq edilmişdir. - "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - maliyyə arayışına əsasən, İddiaçı oglunun xx.xx.2019-cu il tarixli müqaviləsi üzrə 4300 manat borcu vardır. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/3790 nömrəli rəydən görünür ki, ünvan 4 ünvanında, inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin 3-cü binası, 1-ci bloku, 6-cı mərtəbəsindəki 3 otaqlı 24 saylı mənzilin “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin, eləcə də, “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası”nın xx.xx.2012-ci il tarixli 7 saylı Qərarının 2-ci və 3.8-ci bəndləri nəzərə alınmaqla ümumi sahəsinin 70.61 m2 (45,29 m2 yaşayış, 25,32 m2 yardımçı) olduğu müəyyən edilmişdir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixli “Kompensasiya müqaviləsinə” əsasən sifarişçi (İddiaçı) ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 43.50 kv.m olan 8 saylı mənzilin mülkiyyət hüquqlarından "xxxx" MTK-nın xeyrinə imtina etmiş, icraçı ("xxxx" MTK) isə əvəzində Başı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 9 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış kompleksinin 3-cü binasının, 1-ci blokunun, 6-cı mərtəbəsindəki ümumi sahəsi 75.06 kv.m olan tam təmirli, 3 otaqlı, 24 saylı mənzili bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun çıxarışla sifarişçiyə təqdim etməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi əlavə 17.0 kv.metr sahə üçün 13600 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Sifarişçi 13600 manat məbləğində pulu 34 ay müddətinə, ayda 400 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin ekspertiza rəyindən müəyyən edilir ki, İddiaçı təhvil verilmiş ünvan 4 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin 3-cü binası, 1-ci bloku, 6-cı mərtəbəsindəki 3 otaqlı 24 saylı mənzilin “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin, eləcə də “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası”nın xx.xx.2012-ci il tarixli 7 saylı Qərarının 2-ci və 3.8-ci bəndləri nəzərə alınmaqla ümumi sahəsi 70.61 m2 (45,29 m2 yaşayış, 25,32 m2 yardımçı), qeyd olunan Məcəllənin bəndləri nəzərə alınmamaqla isə (əmsallara vurulmamaq şərtilə) mənzilin ümumi sahəsi 72.36 m2 müəyyən edilmişdir. Odur ki, İddiaçı vəd edilmiş 75,06 kv.m əvəzində 72,36 kv.m sahədən ibarət mənzil təhvil verilmişdir və cavabdeh tərəfindən İddiaçı 4300 manat borc hesablanmışdır. Halbuki, müqavilə üzrə əlavə 17 kv.m üçün 13600 nəzərdə tutulduğu halda 2,7 kv.m daha az sahə verilmişdir. Bu da 2160 manat ((13600÷17)x2,7=2160)təşkil edir, yəni cavabdeh tərəfindən İddiaçı 2160 artıq borc hesablanmışdır və bu borc əsassız olduğundan silinməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, İddiaçı cavabdehə 2140 manat borcu qaldığından, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, bu günə qədər İddiaçı cəmi 9300 manat ödəniş etmişdir, yəni cavabdehin hesablaması ilə 4300 manat(13600-9300=4300) borcu qalmışdır. Lakin Məhkəmə qeyd edir ki, bu məbləğdən əsassız hesablanmış 2160 manat silinməlidir və 2140 manat ödənilməmiş məbləğ İddiaçı tutularaq "xxxx" MTK-ya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Kompensasiya müqaviləsinə” əsasən əsassız hesablanmış 2160 (iki min yüz altmış )manat borc silinsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" Mənzil-Tikinti Kooperativinin İddiaçı qarşı “öhdəliyin icrası və pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı 2140 (iki min yüz qırx) manat məbləğində borc tutularaq "xxxx" Mənzil-Tikinti Kooperativinin xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-1474/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1474/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver