Məhkəmə qərarları › İş №e-2(001)-1484/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1484/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1484/2025 05.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (İB) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1080,60 (bir min səksən manat 60 qəpik) manat pulun və 30,81 (otuz manat 81 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1111,41 (bir min bir yüz on bir manat 41 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 682,02 (altı yüz səksən iki manat 02 qəpik) manat pulun və 30,81 (otuz manat 81 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 712,83 (yeddi yüz on iki manat 83 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində D-5968 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00077 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildiririk ki, cavabdehin ödənilməmiş 2021-ci ilin avqust-dekabr ayları üzrə 152,16 manat sərfiyyat borcu və limitdən əlavə 7,44 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 758,96 manat sərfiyyat borcu və limitdən əlavə 19,04 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 606,77 manat sərfiyyat borcu və limitdən əlavə 25,23 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar oktyabr ayları üzrə 360,92 manat sərfiyyat borcu və limitdən əlavə 0,08 manat sərfiyyat borcu, cəmi 1930,60 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin avqust ayından 2024-cü ilin oktyabr ayına qədər cavabdeh cəmi 850 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1080,60 (bir min səksən manat 60 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması və cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia tələbinə dəqiqləşdirilmə barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1080,60 (bir min səksən manat 60 qəpik) manat pulun və 30,81 (otuz manat 81 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1111,41 (bir min bir yüz on bir manat 41 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, cavabdeh borcundan ödənişlər etdiyindən iddia tələbinin azadılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh 2024-cü ilin noyabr ayından 2025-ci ilin dekabr ayına qədər 398,58 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 682,02 (altı yüz səksən iki manat 02 qəpik) manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, cavabdeh borcundan ödənişlər etdiyindən iddia tələbinin azadılması zərurəti yaranmışdır. Ona görə də iddia tələbinıə dəqiqləşdirilmə barədə ərizəni müdafiə edir və Cavabdeh İddiaçınə olan debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 682,02 (altı yüz səksən iki manat 02 qəpik) manat pulun və 30,81 (otuz manat 81 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 712,83 (yeddi yüz on iki manat 83 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, D-5968 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsindən görünür ki, Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, İddiaçı İB tərəfindən mənizlə G-4T markalı, **********5 nömrəli sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd 4 gözlü “PQ-4” qaz piltəsi göstərilmişdir. Həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Abonentin saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin avqust-dekabr ayları üzrə sərfiyyat 1293 m3 - 152,16 manat sərfiyyat borcu və limitdən əlavə 7,44 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə (sərfiyyat 3996 m3) 758,96 manat sərfiyyat borcu və limitdən əlavə 19,04 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə (sərfiyyat 3412 m3) 606,77 manat sərfiyyat borcu və limitdən əlavə 25,23 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar oktyabr ayları üzrə (sərfiyyat 2285 m3) 360,92 manat sərfiyyat borcu və limitdən əlavə 0,08 manat sərfiyyat borcu, cəmi 1930,60 manat sərfiyyat borcu qalmışdır. Həmçinin abonentin saldosundan müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin avqust ayından 2024-cü ilin oktyabr ayına qədər cavabdeh ümumilikdə 850 manat məbləğində ödəniş etmişdir. Abonentin (sonuncu) saldosundan görünür ki, Cavabdeh 2024-cü ilin 2024-cü ilin noyabr ayından 2025-ci ilin dekabr ayları üzrə (sərfiyyat 520 m3) 682,02 manat sərfiyyat borcu qalmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddəc 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qaz paylayıcısı – alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); İstehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, "Azəriqaz" İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısını qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində D-5968 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00077 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmçinin həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəmək öhdəliyi götürmüdür. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin avqust-dekabr ayları üzrə sərfiyyat 1293 m3 - 152,16 manat sərfiyyat borcu və limitdən əlavə 7,44 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə (sərfiyyat 3996 m3) 758,96 manat sərfiyyat borcu və limitdən əlavə 19,04 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə (sərfiyyat 3412 m3) 606,77 manat sərfiyyat borcu və limitdən əlavə 25,23 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar oktyabr ayları üzrə (sərfiyyat 2285 m3) 360,92 manat sərfiyyat borcu və limitdən əlavə 0,08 manat sərfiyyat borcu, cəmi 1930,60 manat sərfiyyat borcu qalmış, qeyd edilən borcundan 2021-ci ilin avqust ayından 2024-cü ilin oktyabr ayına qədər ümumilikdə 850 manat məbləğində ödəniş etmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh borcundan ödənişlər etmiş və onun 2024-cü ilin noyabr ayından 2025-ci ilin dekabr ayları üzrə (sərfiyyat 520 m3) 682,02 manat ödənilməmiş debitor borcu qalmışdır. Göründüyü kimi iş materiallarında olan sübutlarla tam olaraq müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində D-5968 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»sinə əsasən qarşılıqlı öhdəlik yaranmış, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edib, **********00077 nömrəli abonent kodu verərək, qeyd edilən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G4 markalı qaz sayğacı quraşdırmışdır. Cavabdeh isə üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və nəticədə onun İddiaçınə ödənilməmiş 1080,60 manat məbləğində debitor borcu qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh hazırda borcundan ödənişlər etmiş və onun (anbonentin sonuncu saldosuna əsasən) 2024-cü ilin noyabr ayından 2025-ci ilin dekabr ayları üzrə (sərfiyyat 520 m3) 682,02 manat ödənilməmiş debitor borcu qalmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi Cavabdeh iddiaçı qarşısında öhdəlik (istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi) götürmüş, lakin öhdiliyi icra etməmiş və nəticədə onun iddiaçıya 682,02 manat məbləğində ödənilməmiş debitor borcu qalmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 682,02 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu qismində ödənilmiş 30,81 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 682,02 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 682,02 (altı yüz səksən iki manat iki qəpik) manat debitor borc (sayğac vasitəsi ilə istifadə) və dövlət rüsumu kimi ödənilmiş 30,81 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankının Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192b2a) bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar