Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1529/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Zumrud Alıevanın iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçınə olandebitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1658,50 (iki min altı yüz əlli səkkiz manat 50 qəpik) manat pulun və 36,59 (otuz altı manat 59 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1695,09 (bir min altı yüz doxsan beş manat 09 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi ü z r ə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 1529/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2018-ci il tarixində 93015 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00147 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) tələblərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Bildirilir ki, cavabdehin ödənilməmiş 2022-ci ilin oktyabr-dekabr ayları üzrə 484,75 manat sərfiyyat borcu, 2023-cü ilin yanvardekabr ayları üzrə 932,61 manat sərfiyyat borcu və limitdən əlavə 63,64 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-noyabr ayları üzrə 653,11 manat sərfiyyat borcu və limitdən əlavə 33,39 manat sərfiyyat borcu, cəmi 2167,50 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin avqust ayından 2024-cü ilin dekabr ayına qədər cavabdeh 509 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği, yəni onun debitor borcu hazırda Abonentin saldosu üzrə ümumi 1658,50 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, bundan əlavə bildirmişdir ki, cavabdehin öz izahatlarında belə tutarsızlıq var. Evi E.Abdullayevə satdığını bildirsə də, bunu sübut edə bilmir. Evlərinə əməkdaş yaxınlaşdıqda, qapıdan evin cavabdehə məxsus olduğu, lakin şəxsin evdə olmadığı deyilir. Digər tərəfdən şəxsin özü sayğacın dəyişdirilməsini istədiyini bildirir, lakin bununla bağlı idarəyə hər hansı müraciəti yoxdur. Nəzərə alınmalıdır ki, mexaniki sayğazlar pulsuz qoyulsa da, smart tipli sayğaclar üçün ödəniş edilməlidir. Həmçinin debitor borc ödənilmədikdə, sayğac dəyişdirilmir. Cavabdehə verilən qazı kəsə bilmirlər, çünki tərəfindən az da olsa, ödəniş edilir.
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, cavabdehin evini satması barədə onlarda məlumat yoxdur. Sənədi olmayan evlərin alqı-satqısı zamanı tərəflər Asan xidmət mərkəzinə müraciət edərək qazın alqı-satqı müqaviləsini alıcının adına rəsmiləşdirə bilərlər. Lakin Cavabdeh evi satdığını iddia etsə də, onunla bağlanılan qazın alqı-satqı müqaviləsi hələ də, qüvvədədir. Cavabdehdən 2022-ci ilin oktyabr ayından 2024-cü ilin noyabr ayına qədər olan borcunu tələb edirlər. Hazırda da cavabdehin borcu artmaqdadır.
6. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 9 saylı fərdi yaşayış evini Eldar adlı şəxsə təxminən 5 il olar ki, etibarnamə əsasında satmışdır. Etibarnaməni növbəti iclas təqdim edəcək. Eldar yalnız "xxxx" ASC ilə olan müqaviləni öz adına keçirmişdir, lakin işıq və qaz mənim adıma rəsmiləşdirilmişdir. Evi satan zaman təbii qazdan istifadə etdiyinə görə borcu olmamışdır. Evi satdığı şəxs müqaviləni öz adına keçirtməmişdir. Bundan başqa bildirir ki, İddiaçı İB-nin sahə rəisi olan Elnur onun iştirakı ilə sayğaca plomb vurmuşdur, lakin sahə rəisi ərazini tərk etdikdən sonra evi satdığı şəxs sayğaca müdaxilə edərək, təbii qazdan istifadə etmişdir. Hətta Binəqədi rayon qaz idarəsinin rəisinin qəbulunda da olmuşdur. Məsələ ilə bağlı məşğul olmalarını xahiş etsə də, heç bir tədbir görülməmişdir. Hazırda Eldar vəfat etmişdir. Lakin Eldarın yoldaşı borcu etiraf etsə də, maddi imkanı ilə əlaqədar borcu ödəyə bilmədiyini bildirmişdir. X6 rayonundan məcburi köçkün olduğu üçün kommunal müqavilələri öz adına keçirtməmişdir. Belə ki, Eldarın bildirməsinə görə kommunal müqavilələri adına keçirtdiyi təqdirdə, məcburi köçkün kimi ona edilən yardım dayandırılacaqdır. Bu səbəbdən müqaviləni öz adına keçirtməmişdir.
7. Cavabdeh iddiaya etirazında göstərir: Mən daşınmaz əmlak ofisində işləyirəm uzun illər əvvəl mənim vasitəçiliyimlə Binəqədi ray., Biləcəri qəsəbəsindəki 9 saylı fərdi yaşayış evini Eldar Abbasov adlı şəxsə satılmışdır. Həmin dövurdə evi alan məndən xahiş olunmuşdur ki, Azəriqazın **********00147 nömrəli abonent kodlu sayğacı mənim adıma sənədləşdirilsin, lakin soram evi alan öz adına, yəni mənim adımdan sayğacı cıxardıb öz adına sənədləşdirməmişdir. Birmənalı olaraq Məhkəməyə bildirmək istəyirəm ki, sayğacın faktiki istifadəçisi mən olmamışam. Mən həmin ünvanın mülkiyətcisi deyiləm və olmamışam. Həmin ünvanda yaşamamışam mənim qeydiyyat ünvanım Sabirabad rayonu Sura kəndi. Bununla bağlı Azəriqaza dəfələrlə müraciyyət etmişəm ki, sayğacı mənim adımdan cıxartsınlar, lakin heç bir əsas göstərməmişər və rəsimi ərizələrimə cavab verməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. İddiaçı İB ilə X3 arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Abonentin ünvanında PQ4 qurğusunun olduğu haqqında məlumat qeyd edilmişdir.
9. **********00147 nömrəli abonentin saldosundan müəyyən olunur ki, X1 Bakı, Binəqədi, Biləcəri qəsəbəsi 9 ünvanında yeləşən evinə xx.xx.2022-ci il tarixində Zenner G-4 mexaniki tipli, **********5 nömrəli sayğac quraşdırılmışdır. Abonentin bir ədəd 4 gözlü qaz piltəsinin olduğu qeyd edilmişdir. Abonentə 2024-cü ilin dekabr ayına 1658,50 manat debitor borc hesablanmışdır.
10. İddiaçı İB-nin X2 ünvanlanan xx.xx.2025-ci il tarixli müraciətə baxılması barədə məktubunda göstərilir: Sizin İddiaçınə ünvanladığınız (daxil olma: 14-2-2/1-X-35- 5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli) Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 9 ünvanında yerləşən istehlakçı kodu Cavabdeh adına olan mənzilin qaz hesab kodunda (**********00147) yaranan borc məbləğinin araşdırılması barədə xx.xx.2025-cü il tarixli 14-2-2/3-11-816/2025 nömrəli müraciətə Bakı Regional Qazın Satışı Departamentində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd etdiyiniz Binəqədi rayonu, Biləcəri qəsəbəsi 9 ünvanında yerləşən istehlakçı kodu Cavabdeh adına olan mənzilinizdə, sonradan ödənişli G-4 markalı **********5 saylı qaz sayğacı vasitəsi ilə sayğac göstəricisi 11453 m³ olmaqla hesabınızda 1912,25 AZN borc yaranmışdır və tərəfinizdən ödənilməlidir. Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsinin 2.3.1. bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərinin tam ödənilməsi istehlakçının vəzifə borcudur. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il "12" may tarixli "80" nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"na uyğun olaraq qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə abonentlə bağlanan müqavilənin 5.2 bəndinə əsasən mübahisələndirilə bilər.
11. İddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilməsi üçün 36,59 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. Tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə münasibətləri vardır. İddiaçı abonentin 2024-cü ilin dekabr ayına qədər 1658,50 manat məbləğində debitor borcunun olduğunu iddia edir. Cavabdeh isə iddianı qəbul etmir və evi etibarnamə ilə 5 il əvvəl satdığını, satdığı şəxsin mövcud müqaviləni öz adına keçirməməsi səbəbindən borcun onun adına hesablandığını bildirir. Lakin bununla bağlı məhkəməyə sübut təqdim etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
13. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;
18. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
19. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır;
20. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
21. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarının 5.5-ci bəndində qeyd edilmşdir ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
22. 6.3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı qazın verilməsinin dayandırılması (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 6.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olunmaqla) barədə qaz paylayıcısına yazılı müraciət etdikdə, qaz paylayıcısı 2 iş günü müddətində müvafiq olaraq qazın verilməsinin dayandırılması və ya qazın alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya qazın verilməsi həmin qərarın qəbul edildiyi gündə dayandırılmalıdır və istehlakçı sonuncu günə qədər istifadə etdiyi qazın dəyərini ödəməlidir.
23. 6.4-cü bəndində qeyd edilmişdir ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir.
24. İşin halları ilə müəyyən edildiyi kimi Binəqədi rayonu, Biləcəri qəsəbəsi 9 şərti ünvanına qazın verilməsi ilə bağlı tərəflər arasında qazın alqı-satqısı barədə 2018ci il tarixdə müqavilə bağlanmışdır. Paylayıcı (İddiaçı İB) müqavilə üzrə öhdəliyini icra edərək istehlakçını keyfiyyətli qazla təmin etmişdir, buna baxmayaraq istehlakçının aldığı qazın dəyərini ödəməyərək borcu yaranmışdır. Odur ki, iddiaçının cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasını tələb etməsi əsaslıdır. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, əvvəla cavabdeh obyektin istifadəçisinin dəyişməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir, bundan əlavə əgər obyektin istifadəçisi həqiqətən də dəyişmişdirsə, cavabdehin qazın alqı-satqı müqaviləsinin vaxtından əvvəl ləğv olunması barədə qaz paylayıcısına yazılı müraciət etmək hüququ var idi. Halbuki, cavabdeh bu barədə yalnız məhkəmə icraatı dövründə qaz paylayıcısına yazılı müraciət etmişdir. Hansı ki, cavabdehin bildirdiyinə görə obyektin yeni istifadəçisinin hüquqdan sui-istifadə etdiyi əvvəlcədən də ona məlum idi. Bu səbəbdən də hazırda cavabdehin göstərilən dəlillərə istinad edərək öhdəliyin icrasından yayınması da özlüyündə hüquqdan sui-istifadə hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
25. Odur ki, işin hallarına görə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh öz hərəkətlərinə görə məsuliyyət daşıyaraq tələb edilən həcmdə borc məbləğini ödəməlidir. Tədqiq edilmiş sübutlarla da müəyyən edilir ki, abonentin 2024-cü ilin dekabr ayına qədər 1658.5 manat debitor borcu mövcuddur. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
30. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh(**********00147 abonent kodu) yaranmış debitor borcuna görə 1658,50 manat məbləğində pul vəsaiti, 36,59 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh (abonent kodu: **********00147) yaranmış debitor borcuna görə 1658,50 (bir min altı yüz əlli səkkiz manat, əlli qəpik) manat məbləğində pul vəsaiti, dövlət rüsumunun əvəzi qismində 36,59 (otuz altı manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev