Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1567/2025 10.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququmun tanınması və müvafiq qeydiyyat hərəkətləri aparılmaqla nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətləri aparılmaqla nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” markalı, buraxılış ili-2007, mühərrik həcmi: 2402sm3, WF0XXXTTFX7Y85204 Şassi/ban nömrəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququmun tanınması, həmin nəqliyyat vasitəsinə dair müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi, həmin nəqliyyat vasitəsinə dair onun adına “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsininüzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2021-ci ildə Bolqarıstan Respublikasının Varna şəhərində “Elit SM” LTD şirkətindən 750 evroya işlək vəziyyətdə olmayan, yəni demək olar ki yarasız vəziyyətdə olan “X4” markalı, WF0XXXTTFX7Y852O4 ban nömrəli nəqliyyat vəsitəsi almışdır və bu fakt ərizəyə əlavə edilən müvafiq sənədlə təsdiq olunur. Həmin nəqliyyat vasitəsi TİR ilə Azərbaycan Respublikasının dövlət sərhədinə qədər gətirilmişdir. 2021-ci ildə müvafiq gömrük sənədləşmələrindən keçdikdən və həmin nəqliyyat vasitəsinə görə gömrük rüsumlarını ödədikdən sonra o, həmin nəqliyyat vasitəsinə ilkin olaraq tranzit nömrə (MP790AZTR 21) almışdır. Sonradan həmin nəqliyyat vasitəsi təmirdə olduğu zaman həmin nəqliyyat vasitəsinə dair bütün sənədlərin əsillərini itirmiş və buna görə də nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini (texpasport) ala bilməmişdir. Belə ki, ərizəyə əlavə edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin mənə ünvanlanmış 06 noyabr 2024-cü il tarixli, 3-13-16/2-M-184308 nömrəli Məktubunda deyilir ki, “...“X4” markalı WF0XXXTTFX7Y852O4 ban nömrəli nəqliyyat vəsiləsinə aid sənədlər itdiyi üçün rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X2 İdarəsinə ünvanladığı müraciətə baxılmışdır. Bildirir ki, qeyd etdiyi “X4” markalı WF0XXXTTFX7Y85204 ban nömrəli nəqliyyat vasitəsinə aid sənədlərin itməsi səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər...” Göründüyü kimi, qeyd edilən nəqliyyat vasitəsinə dair sənədlərin əsilləri itdiyi həmin nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınmasından və həmin nəqliyyat vasitəsinə dair şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən nəqliyyat vasitəsinə dair müvafiq sənədlərin əsilləri itdiyi üçün təqdim edilməmişdir. Ərizəyə əlavə edilən nəqliyyat vasitəsinə dair sənədlərin (Qeydiyyat Şəhadətnaməsi; xx.xx.2021-ci il tarixli, ********** nömrəli Kommersiya İnvoysu; Gömrük Bəyannaməsi, CMR; X1; Etibarnamə) məhz əsillərinin müvafiq dövlət orqanlarına təqdim edilməsinə əsasən, həmin nəqliyyat vasitəsinin ölkə xaricindən onun adına olan sənədlərə əsasən Azərbaycan Respublikasına gətirildiyi, Gömrük Bəyannaməsinə əsasən gömrük sərhədindən qanunvericiliyə uyğun olaraq onun adına keçirildiyi (idxal edildiyi) və onun tərəfindən gömrük rüsumlarının ödənildiyi təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər mötəbər şəkildə onu təsdiq edir ki, adları qeyd edilən sənədlərin məhz əsilləri mövcud olmuş həmin sənədlərin məhz əsilləri əsasında həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının dövlət sərhədinə qədər gətirilmiş, məhz həmin sənədlərin əsilləri müvafiq dövlət orqanlarına (DSX-nin və DGK-nin müvafiq qurumlarına) təqdim olunmuş və məhz həmin sənədlərin əsillərinin əsasında müvafiq sənədləşləşmələr həyata keçirilməklə həmin nəqliyyat vasitəsi Azərbaycan Respublikasının dövlət səhədindən və gömrük nəzarətindən keçirilmiş və ona ərizəyə əlavə edilən müvafiq sənədlər tərtib edilərək verilmişdir. Ərizə də qeyd edilən faktların müəyyən edilməsində məqsədi qeyd edilən torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində öz adlarına dövlət qeydiyyatına alınmasıdır və onlar lazımi sənədləri ala bilməmələrini təsdiq edən sübutları ərizəyə əlavə etmişlər. Beləliklə, o, qeyd edilən nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında dəyərini ödəməklə əldə etmiş və müvafiq gömrük bəyannaməsi əsasında gömrük rüsumunu ödəmişdir və həmin nəqliyyat vasitəsinə dair onun adına X1 verilmişdir və həmin nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanında onun adına qeydiyyatı üçün bütün sənədləri mövcud olmuşdur, lakin həmin sənədlərin əsillərini itirdiyinə görə bunu həyata keçirmək mümkün olmamışdır. Hesab edir ki, təqdim edilən sənədlər əsasında “YÜK AVTOMOBİLİ: FORD TRANZİT (FİZEL); İli-2007; mühərrik həcmi: 2402 sm3; Şassi/ban № WF0XXXTTFX7Y85204” və “MP790AZTR 21” tranzit nömrəli nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və həmin nəqliyyat vasitəsinə dair müvafiq qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi və həmin nəqliyyat vasitəsinə dair onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməlidir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2-ci və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). İddia ərizəsinin mahiyyətindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisə nəqliyyat vasitəsinin qeydiyyatının aparılmasından imtina ilə bağlıdır. Bu qəbildən olan işlərə isə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Ona görə də hesab edirəm ki, iddiaçı hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və müvafiq qeydiyyat hərəkətləri aparılmaqla nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1567/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1567/2025
10.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver