Məhkəmə qərarları › İş №e-2(001)-1575/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1575/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1575/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 207.67 EUR məbləğində əsas borc, 38.41 EUR məbləğində faiz borcu,cəmi 246.08 EUR məbləğində pul vəsatinin, 45.54 AZN məbləğində əsas borc, 1.28 AZN məbləğində faiz borcu, cəmi 46.82 AZN məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 1575/2025 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və s. qərara alınmışdır.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən Bank Müştəriyə AZ56BRES******************** saylı EUR valyutasında kart hesabı açmış və ödəniş vasitəsi olan ödəniş kartı təqdim etmiş, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar qeyd olunan razılaşma və Bankın https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 internet səhifəsində PDF və ASANDOC formatında yerləşdirilmiş və Müştəri tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi Kompleks Bank Xidməti müqaviləsi ilə tənzimlənir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Neo Card razılaşması”na əsasən Bank Müştəriyə AZ14BRES******************** saylı AZN valyutasında kart hesabı açmış və ödəniş vasitəsi olan Visa SignatureNeoCard növlü ödəniş kartı təqdim etmiş, habelə,elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar qeyd olunan razılaşma və Bankın https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 internet səhifəsində PDF və ASANDOC formatında yerləşdirilmiş və Müştəri tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi Kompleks Bank Xidmətimüqaviləsi ilə tənzimlənir. Bank xx.xx.2022-ci il tarixli ödəniş kartının təqdim edilməsinə dair razılaşmaya əsasən Cavabdeh EUR valyutasında kart vermişdir. Bank xx.xx.2024-cü il tarixli ödəniş kartların hazırlanmasına və verilməsinə dair ərizəyə əsasənCavabdeh AZN valyutasında kart vermişdir. Cavabdeh 552229**6239 saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. xx.xx.2024-cü il tarixdən etibarən yaranan texniki xəta səbəbindən hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh, 207.67 EUR məbləğində banka məxsus pul vəsaitini istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 207.67 EUR məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 207.67 EUR məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində xx.xx.2024-cü tarixə onun banka 207.67 EUR məbləğində əsas, 38.41 EUR məbləğində faiz borc olmaqla, cəmi 246.08 EUR məbləğində borcu yaranmışdır. Cavabdeh 462816**4931 saylı kartına müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. xx.xx.2024-cü il tarixdən etibarən yaranan texniki xəta səbəbindən hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh, 45.54 AZN məbləğində banka məxsus pul vəsaitini istifadə etmişdir. Bununla da, Cavabdeh tərəfindən banka məxsus 45.54 AZN məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 45.54 AZN məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində xx.xx.2024-cü tarixə onun banka 45.54 AZN məbləğində əsas, 1.28 AZN məbləğində faiz borc olmaqla,cəmi 46.82 AZN məbləğində borcu yaranmışdır. Kompleks Bank Xidməti Müqaviləsinin 2.49-cu bəndinə görə Texniki overdraft - ödəniş və\və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. Kompleks Bank Xidməti Müqaviləsinin 5.15.5-ci maddəsinə əsasənKart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur. Tərəflər arasında bağlanmış razılaşmalara əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır. Bildirilir ki, tərəflər arasında bağlanmış razılaşmalar və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət etməklə, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərə almaqla, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. Bank Respublika” ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində ******* saylı qoşulma razılaşması bağlanır və sonuncu qoşulma razılaşmasını imzalamaqla, bəyan edir ki, Bankın rəsmi internet səhifəsində davamlı daşıyıcıda yerləşdirilmiş Kompleks Bank Xidmətləri Müqaviləsinin və ona əlavələrin şərtlərini əvvəlcədən ətraflı şəkildə oxumuş, tanış olmuş, anlamış və həmin şərtlərlə razıdır.

7. Bank Respublika” ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ödəniş kartının təqdim edilməsinə dair razılaşma bağlanmış və razılaşmaya əsasən Bank Müştəriyə AZ56BRES******************** saylı EUR valyutasında kart hesabı açmış və ödəniş vasitəsi olan ödəniş kartı (552229**6239 saylı) təqdim etmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Neo Card razılaşması”na əsasən Bank Müştəriyə AZ14BRES******************** saylı AZN valyutasında kart hesabı açmış və ödəniş vasitəsi olan X1 Card növlü ödəniş kartı (462816**4931 saylı) təqdim etmişdir.

9. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarına əsasən 552229**6239 saylı kart hesabı üzrə xx.xx.2024-cü il tarixinə 207,67 eur qalıq (overdraft) hesablanmışdır.

10. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarına əsasən 462816**4931 saylı kart hesabı üzrə xx.xx.2024-cü il tarixinə 45,54 manat qalıq (overdraft) hesablanmışdır.

11. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışlarına görə xx.xx.2024-cü tarixə cavabdehin banka 207.67 EUR məbləğində əsas, 38.41 EUR məbləğində faiz borc olmaqla, cəmi 246.08 EUR, 45.54 AZN məbləğində əsas, 1.28 AZN məbləğində faiz borc olmaqla,cəmi 46.82 AZN məbləğində borcu yaranmışdır.

12. Bank tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində pretenziya məktubu göndərilmiş və ondan 3 gün müddətində borcun ödənilməsi tələb edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

21. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

22. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

23. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər arasında “ödəniş kartının təəqdim edilməsinə dair müqavilə bağlanmışdır, hansı ki, həmin müqaviləyə əsasən müştəri(cavabdeh) bank kartına mədaxil etdiyi vəsaitdən istifadə ilə bağlı bank əməliyyatları aparmalı idi. Lakin texniki overdraft nəticəsində müştəri bank hesab kartında olmayan məbləğdən artıq məxaric etmişdir. Tərəflər arasında bağlanan Kompleks Bank Xidməti Müqaviləsinin 5.15.5-ci maddəsinə əsasən isə texniki overdraft yaranarsa, kart sahibi overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42 faiz (cərimə) hesablanır və bankın texniki overdrafta-a görə müştəridən istifadə etdiyi pul məbləğlərinin faizi ilə birlikdə geri tələb etmək hüququ vardır. Tədqiq edilən sübutlarla, xüsusilə hesabdan çıxarış məlumatlarından müəyyən edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixli razılaşma üzrə təqdim edilən hesabdan 207,67 eur məbləğində və xx.xx.2024-cü il tarixli razılaşma üzrə təqdim edilən hesabdan 45,54 manat məbləğində texniki overdraft etmişdir. Bu səbəbdən də qarşılıqlı razılaşmaya əsasən həmin məbləğ faizi ilə qaytarılmalıdır.

24. Odur ki, xx.xx.2022-ci il tarixli razılaşma üzrə 207.67 avro məbləğində əsas, 38.41 avro məbləğində cərimə (peniya) borcu olmaqla, cəmi 246.08 avro, xx.xx.2024-cü il tarixli razılaşma üzrə 45.54 azn məbləğində əsas, 1.28 azn məbləğində cərimə (peniya) borcu olmaqla, cəmi 46.82 azn məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Bundan başqa, xx.xx.2022-ci il tarixli razılaşma üzrə avro ilə ödənilməli məbləğ ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

30. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli razılaşma üzrə əsas borca görə 207,67 avro, cərimə(peniya) borcuna görə 38,41 avro, cəmi 246,08 avro məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla, xx.xx.2024-cü il tarixli razılaşma üzrə əsas borca görə 45,54 manat, cərimə(peniya) borcuna görə 1,28 manat olmaqla, cəmi 46,82 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli razılaşma üzrə əsas borca görə 207,67 avro, cərimə(peniya) borcuna görə 38,41 avro, cəmi 246,08 avro məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla, xx.xx.2024-cü il tarixli razılaşma üzrə əsas borca görə 45,54 manat, cərimə(peniya) borcuna görə 1,28 manat olmaqla, cəmi 46,82 (qırx altı manat, səksən iki qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar