Məhkəmə qərarları › İş №e-2(001)-1583/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1583/2023

16.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1583/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən atası tərəfindən inşa edilmiş evdən çıxarılması və həmin ünvanda yerləşən torpaq sahəsinin onunla cavabdeh arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X42 ünvan 1-da qeydiyyatda olmuşdur və həmin ünvanda yaşamışdır. Həmin ünvanda babasına məxsus yaşayış evidə olmuşdur və həmin yaşayış evi babası tərəfindən övladları arasında bölünmüşdür. Atasına da həmin yaşayış evindən pay verilmişdir. Belə ki, atası da ata yurdunu, yəni babasından miras qalmış iki otağı əmisi cavabdeh Mir Nadirə vermişdir. Atası özü isə həmin torpaq sahəsində 1994-cü ildə babasının evindən ayrıca olaraq, yəni həyətə giriş qapısını sol tərəfində ikimərtəbəli yaşayış evi inşa etmişdir və o, atası və anası ilə birlikdə həmin atasının inşa etdiyi evdə yaşamışdır. Son illərdə isə vəziyyət ilə əlaqədar olaraq Moskva şəhərinə köçərək anası ilə orda yaşamışlar. Belə ki, atası Rusiya Federasiyasının Moskva şəhərində işlədiyinə görə həmin evə ailəsini görmək üçün tez-tez gəlmiş, o və anası bir müddət həmin evdə yaşamışdır, sonra isə Moskva şəhərində yaşamaq üçün atasının yanına getmişlər. Hal-hazırda isə onlar öz evlərinə qayıtmaq istəyirlər. O, ailəsi ilə birlikdə (anası, qardaşı, yoldaşı, bacısı) yenidən yaşamaq üçün qeyd etdiyi ünvanda yerləşən atasının inşa etdiyi yaşayış evinə köçərək yaşamaq istəyirlər. Əmisi Cavabdeh həmin evə onları buraxmır, atasının inşa etdiyi evdən istifadə edə bilmirlər. Qeyd etmək lazımdır ki, həmin evə və əmisinin yaşadığı ata yurduna aid sənədləşmə işləri aparılmamışdır. Əfsuslar olsun ki, cavabdeh əvvəllər onların öz evlərində yaşamaqlarına icazə versə də, atasının inşa etdiyi öz evlərini öz adına rəsmiləşdirmək istədiyini bildikdən sonra onu ailəsi ilə birlikdə evdən qovub çıxartdı. Daha sonra o, hüquqlarının bərpası üçün Binəqədi Rayon Məhkməsinə iddiaçı olaraq Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə N1 fevral 2N21-ci il tarixində məhkəməyə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsində 2(NN1)-149/2N22 saylı iş üzrə məhkəmə iclası keçirilmişdir. Belə ki, məhkəmə iclaslarında hakimə iş üzrə bütün sənədlər təqdim edilmişdir və şahidlər məsələ ilə bağlı izahatlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində izahat verən X9 bildirmişdir ki, ailədə 2 bacı, 3 qardaş olublar və qardaşı Adil vəfat edib. Hamısı mübahisəli mənzildə qeydiyyatdadırlar. İddiaçı Mirmurad anadan olanda qardaşı Adil ailəsi ilə birlikdə Rusiyadan gələrək və atasının (Ataları 1986cı il tarixdə vəfat edib) həyətində ev tikmək istədiyini bildirmişdir. 1994-cü il tarixdə qardaşı Adil ev tikdirmiş və həmin evdə 1 ildən çox o, (şahid) yaşamışdır. Belə ki, o, öz evini satdıqdan sonra yaşamağa yeri olmadığından qardaşları Adildən və Mir Nadirdən icazə alaraq orada yaşamışdır, daha sonra evi Mirmuradın anasına təhvil verərək öz evinə köçmüşdür. Məhkəmənin xx.xx.2N21-ci il tarixli iclasında şahid qismində izahat verən X3N bildirmişdir ki, iddiaçı onun qardaşı Adilin oğludur. Mübahisəli evi iddiaçının atası tikdirib. İddiaçının babası öldükdən sonra ev tikilib. Həyətin bir tərəfində ata evləri, digər tərəfində isə həmin bu mübahisəli evdir. Onunda həmin həyətdə evi olub, lakin daha sonra sataraq oradan köçüb. Məhkəmənin xx.xx.2N21-ci il il tarixli iclasında şahid qismində izahat verən X6 bildirmişdir ki, 2NN4-cü il tarixdə iddiaçının anası vasitəsilə o, həmin evə qeydiyyata düşüb. Təxminən 2NN2-ci il tarixdən orada yaşayıb, 2NN4-cü il tarixdə isə Moskvaya gedib. Həyətdə əvvəl 3 qardaş qalırdılar, sonradan dayısı Oqtay evi satıb gedib. İddiaçı uşaqlıqdan o evdə yaşıyıb. Məhkəmənin xx.xx.2N22-ci il il tarixli iclasında şahid qismində izahat verən X6 bildirmişdir ki, o, hər iki tərəfi tanıyır. Belə ki, iddiaçının bibisi qızı, cavabdehin isə bacısı qızıdır. İddiaçı Moskva şəhərindən gəldikdən sonra evə köçmək istədi, lakin cavabdeh tərəf evi özləri tikdiyini bildirdilər. İddiaçı bir müddət onlarda qalıb. Həyət böyük idi, daha sonra bir hissəsi satıldı. 1994-cü il tarixdə iddiaçının atası həmin həyətdə ev tikdi. İddiaçıya bir müddət cavabdeh baxdı. O vaxtı iddiaçının atasının imkanı çox yaxşı idi, bütün qohum-əqrabaya əl tuturdu. Hətta o, yoldaşı ilə evi satdıqdan sonra bir müddət evsiz qalmış və o zaman iddiaçının atası onlara həmin mübahisəli evdə qalmağı təklif etmişdi. Onlarda həmin evdə 2 il yaşayıblar. Həmin ev dayısı Adil, yəni iddiaçının atasının vəsaiti hesabına tikilmiş və özü yoldaşı ilə birlikdə dəfələrlə gəlib həmin evdə qalmışdır. Məhkəmənin xx.xx.2N22-ci il tarixli iclasında şahid qismində izahat verən X3N bildirmişdir ki, həmin həyətdə 2 ev mövcuddur, özü də o həyətdə yaşayıb. 2NNN-ci ildə o özünə məxsus olan evi sataraq getmişdir. O, orada yaşadığı zaman evin biri, hansı ki, iddiaçının atası tərəfindən tikilmiş, digəri isə ata-baba evi idi və orada hazırda cavabdeh qalır. İddiaçı atası tərəfindən tikilən evdə yaşayıb və orada məktəbə getmişdir. 2NN4-cü il tarixdə atası vəfat etmiş və iddiaçı atasının vəfatına qədər orada yaşamışdır. Daha sonra Rusiya Federasiyasına köçmüş, lakin iddiaçı arada gəlib gedirdi. Həyətdə ilk olaraq atababa evi və onun satdığı ev olub. Həyətdə köhnə qaraj və hamam var idi, iddiaçının atası onları söküb yerinə ev tikmişdir. Qeyd etmək lazımdır ki, onun həmin ünvanda yaşadığını təsdiq edən sənədlərdən biri də təhsil aldığı məktəb tərəfindən verilən arayışdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu 143 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2N22ci il tarixli, 112 nömrəli arayışa əsasən, xx.xx.1994-cü il təvəllüdlü Əliyev X13 rayonu 143 nömrəli tam orta məktəbin 1-ci sinifinə 2NN1-2NN2-ci tədris ilində qəbul olunmuş, xx.xx.2NN3-cü ildə ildə 64 nömrəli əmrə əsasən 3-cü sinifdən çıxarılmışdır. Bildirmək istərdi ki, xx.xx.2N22-ci il tarixində X3N, X31, X12, X43 və X2N tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 1994-cü ildə X42 (2-ci tikilən) yaşayış inşa etmiş və uzun müddət öz ailəsi ilə orda yaşamasını öz imzaları ilə aktda təsdiq etmişlər. Bundan başqa qeyd etmək lazımdır ki, Reyestr Xidmətinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1979-cu il tarixdə evlərin texniki inventarlaşması və qiymətləndirilməsi barədə verilmiş “Pasporta” əsasən həmin ünvanda olan həyət xarici hasar ölçülərini nəzərə almaqla 1N7N,7 kv.m-dir. Belə olduğu halda hesab edir ki, yuxarıda qeyd olunan həyətyanısahə onunla cavabdeh arasında mütənasib bölünməlidir. Qeyd olunan səbəblərdən hesab edir ki, iş üzrə cavabdeh ünvan 1 ünvanında yerləşən atası tərəfindən tikilmiş evdən çıxmalıdır. Daha sonra iddiaçı iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, onun X14 vərəsəsi kimi tanınması barədə və ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atası X14 vəsaiti hesabına və onun iştirakı ilə inşa edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra yenidən iddiaya əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atası X14 vəsaiti hesabına inşa edilməsinin müəyyən edilməsi və Cavabdeh və ailə üzvlərinin yuxarıda qeyd olunan ünvanda yerləşən 2-ci tikilidən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verdi. Həmçinin əlavə olaraq bildirdi ki, onun atası yaşadığı dövrdə həmişə işləmiş, qazanc əldə etmişdir. Mübahisəsi gedən evi də atası öz vəsaiti hesabına tikmişdir. Onun atası həbsdə olmuşdur. Lakin bu hal o, evin atasının hesabına tikilməsini istisna etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat verdi. Əlavə olaraq bildirdi ki, iddiaçının ikinci tələbi ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikiliyə vərəsəlik hüququnun tanınmasıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, ünvan 1 ünvanında iki ev mövcuddur. Həmin evin birincisi onun atası Müseyibin yaşayış evi olmuşdur, ikinci evi isə o atasının razılığı ilə həmin həyətdə özü üçün tikmişdir. Həmin həyət 9 sotdur. Atası iddiaçının atası Adilə Sovetskidə olan evi vermişdir. Lakin, Adil həbsə düşdüyündən həmin evi məcbur qalıb satıb Adili həbsdən çıxarıb. Adil həbsdə ola-ola evi necə tikə bilərdi, bu məntiqli deyil. Bütün kommunal ödənişləri o, ödəyir. Bundan əlavə, iddiaçı mənzilə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. Hazırda iş apellyasiya instansiya məhkəməsinin icraatındadır. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X32 ifadəsində bildirdi ki, o, iddiaçının əmisi oğlu, cavabdehin isə qardaşı oğludur. ünvan 1 ünvanında iki ev var. Birinci ev babam Müseyibin evi, 2-ci ev isə iddiaçının atası Adil əmisinin tikdiyi evdir. Adil əmisi Moskvaya gedib gələrkən o evi tikdirirdi. İddiaçı həmin evdə 1 ilə yaxın yaşamış, 2N2N-ci ildə isə Mir Nadir əmisi Mirmuradı evdən qovmuşdur. Babasının evində onun atasının da payı olub, onlar öz paylarını satıb çıxıblar. İddiaçının atası həbsdə olmuşdur, lakin hansı illərdə həbsdə olduğunu bilmir. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2N ifadəsində bildirdi ki, o, iddiaçının tanışıdır. İddiaçı Moskvada olarkən ona zəng etmiş və xahiş etmişdir ki, atasından qalan həyət evini onun üçün bölsün. O da Novruz adlı şəxslə həmin həyətə getmiş, cavabdehin və onun oğlu Ənvərin iştirakı ilə evin ölçü işlərini aparmışdır. Sonradan eşitdiyinə görə cavabdeh ölçü ilə razılaşmamış və iddiaçını da həmin evə buraxmamışdır. O, evə baxış keçirəndə həmin evdə yaşayış olmamışdır. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X43 ifadəsində bildirdi ki, o, 2NN1-ci ildə ünvan 1 ünvanında yerləşən ikinci evin (yeni tikilinin) elektrik işlərini görmüşdür. Cavabdehi də ümumi şəkildə tanıyır. İddiaçının atasını o, Moskvada olarkən tanımışdır. Elektrik işlərinin pulunu ona mərhum Adil müəllim vermişdir. O, elektrik işlərini aparanda ev tikilmiş olsa da, təmirli deyildi və yaşayış yox idi. Bir aya yaxın həmin evdə işləmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan SSR MKT Nazirliyi (BTİ) tərəfindən verilmiş 19 nömrəli pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X7 məxsudur. 1978-ci ildə verilmiş ******* nömrəli hərbi biletə əlavədən görünür ki, X42 xx.xx.1978ci ildən xx.xx.198N-cı il tarixə qədər hərbi qulluqda olmuşdur. 385475 nömrəli şəhadətnamədən görünür ki, X42 “B” kateqoriyası üzrə 1983-cü ildə sürücülük təlimindən keçmişdir. 1985-ci ildə verilmiş Əmlakın sığortalanması barədə şəhadətnamədən görünür ki, ünvan 2 X1N tərəfindən sığortalanmışdır. xx.xx.1985-ci il tarixli əmlakın üzərinə həbs qoyulması barədə protokoldan görünür ki, xx.xx.1985-ci il tarixli qərar əsasında RSFSR Cinayət Prosessual Məcəlləsinin 169, 175 və 177-ci maddələrinin tələblərinə uyğun olaraq X21 məxsus və ünvan 2 ünvanında yerləşən evin üzərinə həbs qoyulmuşdur. 19 nömrəli ev dəftərində aparılmış qeydlərdən görünür ki, X42 xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixə qədər həbsdə (məhkum) olmuşdur. xx.xx.1996-cı il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Forma-9 dan görünür ki, X14 vətəndaşlıq pasportunun müddəti xx.xx.1997-ci il tarixə qədər uzadılmışdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2N22-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1995-ci il tarixli 21-b saylı doğum haqqında akt qeydində qeyt olunmuşdur ki, İddiaçı atası - X42 və anası - X18 xx.xx.1995-ci il tarixdə şöbəyə müraciət edərək övladlarına XİX -JQ 283342 seriya doğum haqqında şəhadətnamə götürmüşlər. X33 və X31 tərəfindən xx.xx.2N22-ci il tarixdə notarial qaydada verilmiş ərizələrdən görünür ki, X19 və İddiaçı ünvan 2 ünvanında yaşayır. N238N17 nömrəli əmək kitabçasından görünür ki, X42 1975-1977-ci illərdə Kirov rayonunda “Bakteploset” Cəmiyyətində slesar, xx.xx.1978 Yaşıllaşdırma idarəsində bitkilərin mühafizəsində İ dərəcəli fəhlə kimi işləmiş, xx.xx.1978-ci il tarixdə hərbi xidmətə getdiyi üçün işdən azad edilib. xx.xx.1981-xx.xx.1981-ci il tarixlərdə Yaşıllaşdırma idarəsində bitkilərin mühafizəsində İ dərəcəli fəhlə, xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə İstilik İstismar İdarəsində çilingər, xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə Ordjonikidze neft NQÇ-də İİİ dərəcəli çilingər, xx.xx.1983-xx.xx.1983-cü il tarixlərdə Yaşıllaşdırma idarəsində bitkilərin mühafizəsində İ dərəcəli fəhlə, xx.xx.1985-xx.xx.1988-cı il tarixlərdə Nasos və təmizlik idarəsində maşınist, xx.xx.1991-xx.xx.1992-cil tarixlərdə N saylı hərbi hissədə İİİ dərəcəli sürücü, xx.xx.1996-xx.xx.1999-cu il tarixlərdə Respublika Baqezdə sürücü və slesar işləmişdir. AZ-İV 361483 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X42, anası Marina Aleksandrovnadır. Binəqədi rayonu 143 saylı tam orta məktəbin xx.xx.2N22-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Binəqədi rayonu 143 saylı tam orta məktəbin 1-ci sinifinə 2NN1-2NN2 il tədris ilində qəbul olunmuş, xx.xx.2NN3-cü ildə 64 nömrəli əmrə əsasən 3cü sinifdən çıxmışdır. Binəqədi rayon Polis İdarəsinin xx.xx.2N22-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2N15-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Cavabdeh ünvanladığı xx.xx.2N22-ci il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı İddiaçı müəyyən etmək mümkün olmamışdır. Onun yerini müəyyən etmək mümkün olduğu təqdirdə barəsində müvafiq tədbir görüləcəkdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2N22-ci il tarixli, 2(NN1)-149/2N22 tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və sair tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqarsiya Xidmətinin xx.xx.2N22-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. xx.xx.2N22-ci il tarixdə X34, X35, X12, X43 və X2N tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsində 1994-cü ildə X42 (2ci tikilən) yaşayış inşa etmiş və uzun müddət öz ailəsi ilə orada yaşamışdır. M.Ə.X4 X41 ünvanladığı TV-1Nxx-xx-3614 nömrəli tədiyyə bildirişindən görünür ki, sonuncudan Koroğlu küçəsi, ı döngə, ev 19 ünvanı üçün əmlak, torpaq və torpaqdan istifadə vergisinin ödənilməsi tələb edilmişdir. Binəqədi Rayon İcra başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsinin xx.xx.2N21-ci il tarixli arayışının surətindən görünür ki, Əliyev X1, ı döngə, ev 19 ünvanında qeydiyyatdadır, evin kommunal qaz, su və işığı var. Ev özbaşına tikilidir. Həmin ünvanda daimi pasport qeydiyyatında olan şəxslər Cavabdeh, X6, X22, X23, X9, X24, X15, X25, X33 və İddiaçıdur. X46, X36, X11, X2 və X26 tərəfindən xx.xx.2N21-ci il tarixdə notarial qaydada verilmiş ərizədən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X19, İddiaçı və X42 yaşamır. X37, X28 və X27 tərəfindən xx.xx.2N22-ci il tarixdə notarial qaydada verilmiş ərizələrdən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 199N-cı ildə Cavabdeh tərəfindən inşa edilmişdir. İİ МЮ 899311 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.2NN4-cü il tarixdə ölmüşdür. Binəqədi rayon Polis İdarəsinin xx.xx.2N22-ci il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2N21-ci il tarixli, 2-1(112)-1NN67/2N21 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X49, X6 və X9) pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2N23-cü il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. xx.xx.2N23-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən məhkəmənin hesabına 1NN manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları bundan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X7 məxsus olmuşdur. Daha sonra həmin ünvanda yeni bir fərdi yaşayış evi də inşa edilmişdir. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, lakin həmin ev faktiki olaraq mövcuddur və orada yaşayış vardır. Hazırda iddiaçının tələbləri aşağıdakılardır:

1. ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atası X14 vəsaiti hesabına inşa edilməsinin müəyyən edilməsi;

2. İddiaçının ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikiliyə vərəsəlik hüququnun tanınması; 3 Cavabdeh və ailə üzvlərinin yuxarıda qeyd olunan ünvanda yerləşən 2-ci tikilidən çıxarılmaları. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1N6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə birinci tələblə - ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atası X14 vəsaiti hesabına inşa edilməsinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, iddiaçının atasının vəsaiti hesabına təmirtikinti işlərinin aparılmasını təsdiq edən sübutlar, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Göründüyü kimi, iddiaçı ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikilinin atasının vəsaiti hesabına tikildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə iddiaçının vəsatəti ilə dindirilmiş şahidlərlə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, çağrılmış şahidlər ifadələrində işin konkret hallarına toxunmadan (mübahisəli evin konkret hansı ildə tikildiyi və hansı ildə yekunlaşdığı, tikinti materiallarının kimin tərəfindən alındığı, tikintiyə kimin nəzarət etdiyi, tikintidə çalışan ustalarla kimin haqq hesab apardığı və sair) yalnız ümumi ifadələr işlətmələri, həmin şəxslərin mübahisənin halları barəsində həqiqi məlumatlara malik olub-olmadıqlarını şübhə altında qoyur. Məhkəmə isə mahiyyəti üzrə yekun qərarını qəbul edərkən şübhəli və ziddiyyətli hallara əsaslana bilməz. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2NN7-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı N6 mart 2NN8-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının ikinci tələbi - ünvan 2 ünvanında yerləşən 2-ci (yeni) tikiliyə vərəsəlik hüququnun tanınmasıdır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Lakin müəyyən edildiyi kimi mübahisəsi gedən yeni tikiliyə iddiaçının atasının əmlak hüquqları olmamışdır. Ona görə də iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının birinci və ikinci tələblərinin rədd edilməsi artıq iddiaçının üçüncü “Cavabdeh və ailə üzvlərinin yuxarıda qeyd olunan ünvanda yerləşən 2-ci tikilidən çıxarılmaları” tələbinin təmin edilməsini istisna edir. Ona görə də məhkəmə prosessual qənaaət prinsipindən çıxış edərək, tələbin bu hissəsinin əlavə əsaslandırılmasına hər hansı zərurət görmür. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-22N, 358, 36N, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələblərinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar