Məhkəmə qərarları › İş №e-2(001)-1586/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1586/2024

15.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1586/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi(vəkili) Vəkil2, X1 iştirakları ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı oğlu X11 ilə birgə Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə köçürülmələrinə dair müvafiq qətnamə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin 2(007)- 23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə- 180 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair X12 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və sonuncunun adına verilmiş maliyyə arayışı etibarsız hesab edilmiş, həmin əmlaklar miras əmlaka daxil edilmiş, həmin əmlaklar və “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair X4 1/3 hissədə miras payı, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 4 xx.xx.2018-ci il tarixli 4Ə1089 reyestr nömrəli bağışlama müqaviləsi, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 4 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli müqavilə və onlar əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyriyaşayış sahəsinə dair X12 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələri və həmin müqavilələr əsaında X13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışlar ləğv edilmiş, həmin əmlakların hər birinə dair X4 1/6 hissədə məcburi miras payı müəyyən edilmiş, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X23 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh X16 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə X4 1/3 hissədə olmaqla 8334 (səkkiz min üç yüz otuz dörd) manat miras payı müəyyən edilmiş və həmin vəsait X7 X4 xeyrinə tutulmuş, ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə dair X18 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355,00 (otuz üç min üç yüz əlli beş) manat gəlirin 1/3 hissəsi olan 11118,00 (on bir min yüz on səkkiz) manat vəsait X8 X4 xeyrinə tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2286/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Nizami Rayon Məhkəməsinin 2(007)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 4 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 4 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələrinə aid hissələrdə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin əqdlərə aid hissədə təmin edilməməsi, qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnamələri qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq icra vərəqələri verilmişdir. O cümlədən qətnamənin Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair hissədə icra edilərək "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və sonuncunun adına verilmiş maliyyə arayışı ləğv edilmiş, mənzilin 1/3 hissəsinə dair X4 adına xx.xx.2023-cü il tarixli müqavilə və maliyyə arayışı verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, X17 xx.xx.2019-cu il tarixdə vəfat etsə də, onun sağlığında X16 verdiyi xx.xx.2017-ci il tarixli etibarnamə əsasında X19 tərəfindən X6 adından mübahisəli Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanılmışdır. Lakin, sonradan Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə həmin müqavilə və həmin müqavilə üzrə Cavabdeh1 adına verilmiş maliyyə arayışı etibarsız hesab edilsə də və mənzilin üzərində onun azyaşlı oğlu X4 1/3 hissədə miras payı müəyyən edilsə də, cavabdehlər ona mənzilin açarını verməkdən və onu mənzilə buraxmaqdan boyun qaçırırlar. Həmin səbəbdən də o, həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, o, azyaşlı oğlu ilə Nizami Rayon Məhkəməsinin 2(007)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun azyaşlı oğlu X4 1/3 hissədə miras payı tanınmış mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə köçürülməlidirlər. İddiaçı nümayəndəsi(vəkili) Vəkil1 ərizəsi əsasında 26 fevral 2024-cü il tarixdə X14 və Cavabdeh2 da cavabdehlər qismində cəlb edilmişdir. 26 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Cavabdeh1 nümayəndəsi(vəkili) Vəkil2 iddianı qəbul etmədiklərini, iddianın əsassız olduğunu, əvvəlcə evdən istifadə qaydasının müəyyən edilməli olması, evin 1 otaqlı olduğu və iddiaçının ümumiyyətlə orda istifadə hüququnun olmadığını, oğlunun payı olduğunu, ona görə də hazırkı iddianı da iddiaçının oğlunun qaldıra biləcəyini bildirmişdir. İddiaçı nümayəndəsi(vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən onun azyaşlı oğlu X4 Bakı şəhəri,Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 mart 2024-cü il tarixdə İddiaçı nümayəndəsi(vəkili) Vəkil1 ərizəsi əsasında "xxxx" MMC cavabdehlər sırasından çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdehlər onun azyaşlı övladı X4 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olaraq onu həmin mənzilə buraxmırlar və oğlunun həmin mənzilə hüququnun olmasını cavabdehlər ümumiyyətlə qəbul etmirlər. Məlum məsələdir ki, onlar arasında çoxl məhkəmə çəkişmələri olmuşdur. Hazırda da onlar evə daxil ola bilmirlər, çünki açarı dəyişdirirlər və onlara vermirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi(vəkili) Vəkil2 iddia tələbini qəbul etmədiklərini, cavabdehlər tərəfindən X4 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə hər hansı bir maneənin yaradılmadığını və ya maneənin aradan qaldırılması barədə iddiaçı tərəfindən cavabdehlərə müraciə edilməməsini və ümumiyyətlə buna dair sübutların məhkəməyə təqdim edilmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(007)-23/2022 saylı qətnaməsindən görünür ki, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin evə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli, bağışlama müqaviləsi və onun əsasında həmin mənzilə dair X12 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və sonuncunun adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, həmin əmlakların miras əmlaka daxil edilməsi, həmin əmlaklar və “BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair X4 1/3 hissədə miras payı, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 4 xx.xx.2018-ci il tarixli 4Ə1089 reyestr nömrəli bağışlama müqaviləsi, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 4 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli müqavilə və onlar əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair X12 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarış, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə- 162 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağıqəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələri və həmin müqavilələr əsasında X13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışların ləğv edilməsi, həmin əmlakların hər birinə dair X4 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X23 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh X16 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə X4 1/3 hissədə olmaqla 8334 (səkkiz min üç yüz otuz dörd) manat miras payının müəyyən edilməsi və həmin vəsait X7 X4 xeyrinə tutulması, ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilə dair X18 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355 (otuz üç min üç yüz əlli beş) manat gəlirin 1\3 hissəsi olan 11118 (on bir min yüz on səkkiz) manat vəsaitin X8 X4 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(103)-2286/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdehlər Cavabdeh2 tərəfindən ayrılıqda, X18, Cavabdeh1, X20, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh3 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin olunaraq, Nizami Rayon Məhkəməsinin 2(007)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 4 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 4 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reystrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələrinə aid hissələrdə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin əqdlərə aid hissədə təmin edilməməsi və qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. "xxxx" MMC ilə X11 (nümayəndəİddiaçı) arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli Müqavilədən görünür ki, “MMC”-nin Bakı şəhəri, ünvan 13 ünvanında yaşayış binasının İ blokunda 17 tex mərtəbədə, 1 otaqlı, 55 kv.m, 110 №-li mənzilin tikintisini, payçı isə müqavilənin 1/3 hissəsini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli 37/23 №-li Maliyyə Arayışından görünür ki, payçı X11 həqiqətən "xxxx" MMC-nin ünvan 14 ünvanında inşa etdiyi yaşayış binasının 1-ci girişində, 17-ci (tex.mərtəbə), ümumi sahəsi 55 kv.m (1/3 hissə miras payı) olan 1 otaqlı 110 saylı mənzilin pay haqqını tam ödəmişdir, onun MMCyə borcu yoxdur. 04 yanvar 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəf hal-hazırda məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı övladı X9 mübahisəli mənzildən istifadə hüquqlarına maneə törədilməsi, yəni mənzilin açarının verilməməsi və onları mənzilə buraxmaqdan boyun qaçırdıqlarını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilin iddiaçının azyaşlı övladı X10 1/3 hissədə miras payı müəyyən edilmiş və daha sonra X10 adından onun qanuni nümayəndəsi İddiaçı ilə "xxxx" MMC ilə həmin mənzilin 1/3 hissəsinin X15 təhvil verilməsinə dair müqavilə bağlanmışdır. Lakin cavabdehlər iddiaçının azyaşlı övladının həmin mənzildən istifadəsinə maneçilik törədərək, mənzilin açarını vermirlər və onları həmin mənzilə buraxmaqla, onların mülkiyyət hüquqlarını əsassız şəkildə pozur. Halbuki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh1 nümayəndəsi(vəkili) Vəkil2 etirazında iddiaçının mülkiyyətdən istifadəyə maneələr yaradılması ilə bağlı sübutların təqdim edilməməsini bildirsə də lakin iş materiallarında olan məhkəmə aktlardan görünür ki, mübahisəli ev barədə həqiqətən də aralarında mübahisələr olmuş və nəticə etibarı ilə 2 instansiya məhkəməsininin qərarından sonra iddiaçının övladının hüquqları təmin edilmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi(vəkili) xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının ümumiyyətlə istifadə hüququnun olmadığını, evin 1 otaqlı olduğunu, əvvəlcə istifadə qaydasını müəyyən edilməsini bildirərkən, cavabdehin dolayı yolla iddiaçının oğlunun mülkiyyət hüququna maneələr yaradıldığını etiraf etmişdir. Çünki cavabdehin nümayəndəsi(vəkili) bilir ki, vərəsə azyaşlı olduğuna görə onun iddiasını məhkəməyə qanuni nümayəndəsi vermişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən X10 Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən X10 Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar