Məhkəmə qərarları › İş №e-2(001)-1592/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1592/2025

30.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1592/2025 30.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X2rşı mülki iş üzrə (Açar sözlər: ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X3 sədri E.Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə bərpa olunması, İddiaçı məcburi iş buraxma müddəti üzrə əmək haqları, yəni işçi qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixə kimi əmək haqqı və onun tərkib hissəsi olan bütün ödənişin, məcburi işburaxma müddəti üzrə əmək haqqının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinə müvafiq olaraq tərkib hissəsini təşkil edən bütün ödənişlərin, o cümlədən müvafiq dövrlər üzrə məzuniyyət haqlarının, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 12-ci bəndində müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində müavinətinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 9-cu bəndinə müvafiq olaraq ödənilən kollektiv mükafatların, əmək Bazarı və Sosial Müdafiə Məsələləri Milli X3 22 dekabr 2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair Təlimat”ın 5.3-cü bəndinə müvafiq olaraq ödənilən rüblük fərdi mükafatların, mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumunun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişiklik barədə xx.xx.2024-cü il tarixli Razılaşmanın 1-ci bəndindən görünür ki, Tarif (vəzifə) maaşının artımı ilə əlaqədar olaraq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın (bundan sonra - Observatoriya) Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müvafiq bəndi (yarımbəndi) "4.1. İşçiyə hər ay 5000 manat məbləğində əmək haqqı ödənilir." kimi redaksiyada qərara alınmışdır. X3 (bundan sonra - İH) sədri E.Səfərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə növbəti əmək məzuniyyətindən (xx.xx.2024-xx.xx.2024) qayıtdıqdan sonra təxirə salınmadan öz xahişilə əmək müqaviləsinə xitam verilməsi qeyd olunmuşdur. Observaoriyanın İH sədri E.Səfərliyə, surəti məlumat üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri A.Səfixanlıya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanlanmış "İşdənçıxma ərizəsinin etibarsız hesab edilməsi barədə" xx.xx.2024-cü il tarixli (10 iyul 2024-cü il tarixli daxilolma) ərizədə ərizəçi İddiaçı ondan işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 69-cu madddəsinin 7-ci bəndində sadalanmış hallardan bir-neçəsi baş verməklə işdənçıxma barədə ərizə (3-17-6/1-Ə-189/2024 saylı xx.xx.2024cü il tarixli) alındığını, həmin ərizənin alınma üsulunun Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə, habelə AR Cinayət Məcəlləsinin 309.1-ci maddəsinə zidd olduğunu bildirmiş və həmin ərizənin qeyri-qanuni üsullarla, sərbəst iradə ifadəsinə zidd alındığından etibarsız hesab edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Həmin ərizəyə Observatoriyanın İH sədri E.Səfərlinin "Müraciətə aidiyyəti üzrə baxılması haqqında" 25 iyul 2024-cü il tarixli, 3-17-6/2-Ə-107/2024 saylı cavab məktubunda göstərilmişdir ki, onun işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi haqqında 10 iyul 2024-cü il tarixli müraciəti Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aidiyyəti üzrə nəzərə alınmşdır. 08 iyul 2024-cü il tarixdə Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı məxsus (055) *** ** ** telefon nömrəsi ilə həmin qurumun İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Sevinc Axundluya məxsus (055) *** ** ** telefon nömrəsi arasında Whatsapp proqram təminatı vasitəsilə yazışmadan görünür ki, İddiaçılə S.Axundlu arasındakı işgüzar yazışmada S.Axundlu İddiaçı İH sədri E.Səfərlinin sifarişi ilə özü tərəfindən onun adından işdən çıxarılmaq üçün aldatma, hədə-qorxu və digər üsullardan istifadə edildiyini, sonuncudan işdən çıxmaq üçün ərizə yazılmasının tələb olunduğunu təkzib etməmiş, bütün bunların sədrin tapşırığı ilə onun tərəfindən edildiyini dolayısı ilə etiraf etmişdir. Observatoriyanın İH sədr müavini və əmək məzuniyyətində olan İdarə Heyətinin sədri E.Səfərlinin vəzifələrini müvəqqəti icra edən H.Abbasov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron məktubda və sonuncu tərəfindən H.Abbasova ünvanlanmış cavab məktubundan görünür ki, İddiaçı qanunsuz olaraq işdən çıxartmaq, ona təzyiq göstərmək məqsədilə perspektivdə intizam tənbehi vermək üçün ona icrası əmək funksiyalarından və müvafiq tədbirlər planından kənar tapşırıqlar ünvanlanmış, İddiaçı tərəfindən isə H.Abbasova sözügedən tapşırıqların hər hansı Tədbirlər planının təfsilatlı icra planı qaydasında onun rəhbərlik etdiyi struktur bölmələrə həvalə olunmadığı bildirilmiş, lakin bununla belə məsələyə konstruktiv yanaşaraq öz təşəbbüsü ilə hazırladığı sənəd layihələrini təqdim etmişdir. Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı qurumun Satınalma komissiyasının üzvlərinə və İdarə Heyətinin üzvü H.Abbasova korporativ elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2024-cü il tarixli elektron məktubundan göründüyü kimi qanunvericiliyin müvafiq tələblərinə riayət olunmadan aparılmış satınalma müqavilələrinin viza verilməsindən ötrü Hüquq və daxili nəzarət şöbəsinə təqdim edilməməsi xahiş edilmiş və belə pozuntularla bağlanmış satınalma müqavilələrinə sonuncu tərəfindən viza verilməsindən imtina olunmuşdur. Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı həmin qurumun İH sədri E.Səfərliyə ünvanlanmış X9 Alt Sistemində 3-17-6/3-1- 314/2024 nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli xidməti məruzəsində həmin qurumun İH sədr müavini H.Abbasov tərəfindən iddiaçı barəsində əmək funksiyalarının icrasında nöqsanlara yol verilməsi əsası ilə töhmət intizam tənbehinin tətbiq olunmasına razılıq verilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə ünvanlanmış 3-17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzəyə münasibət bildirərək qeyd olunmuşdur ki, Milli X3 sədr müavini H.Abbasov tərəfindən barəsində əmək funksiyalarının icrasında nöqsanlara yol verilməsi əsası ilə töhmət intizam tənbehinin tətbiq olunmasına razılıq verilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə 3-17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzə ilə müraciət olunmuşdur. Bununla yanaşı vətəndaş X7 Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı vasitəsilə həmin Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya daxil olmuş 3- 17/1-Ş-17675/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətinin mətnində ərizəçinin qeyd etdiyi xüsusatlar barədə məlumatlı olması səbəbi ilə qurum rəhbərliyi tərəfindən şahid saxlamamaq üçün əmək hüquqlarının məhdudlaşdırılması və s. üsullarla təqib edilməsinin nəzərdə tutulduğu və bunun vaxtilə H.Abbasovun özü tərəfindən ərizəçiyə bildirildiyi iddia olunan əməkdaşlardan biri kimi adı hallandırılmışdır. Təsadüfi deyildir ki, həmin şikayətdə adları sadalanmış digər əməkdaşların əmək müqaviləsinə bu və ya digər əsaslarla artıq xitam verilmişdir. Bu baxımdan, Nazirliyin rəhbərliyinə İdarə Heyəti sədrinin müavini H.Abbasov tərəfindən ünvanlanmış 3-17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzə Milli Observatoriyanın rəhbərliyi tərəfindən iddiaçıya qarşı aparılan ardıcıl təzyiqlərin, şəxsi ədavətin və ayrı-seçkiliyin məntiqi davamıdır. Observatoriyanın Hüquq, kadr, sənədlərlə iş departamentinin müdiri İddiaçı AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi N.Rəcəbova xx.xx.2024-cü il tarixli "Vəzifəli şəxsin vəzifə səlahiyyətindən sui-istifadə və digər korrupsiya əməlləri barədə" şikayətinə və şikayətə əlavə edilmiş Observatoriyanın İH sədr müavini H.Abbasovun özü-özünün mükafatlandırılması barədə məsələ qaldırmasına dair xx.xx.2024-cü il tarixli 3-17-6/3-1-303/2024 SDAS nömrəli xidməti məruzədən, həmin sənədin SDAS-dakı qeydiyyat məlumatlarından, AR NK xx.xx.2024-cü il tarixli iclas protokolundan, qurumun keçmiş işçisi X7 AR Baş Nazirinin müavinindən daxil olmuş şikayət ərizəsindən, habelə həmin şikayətin baxılmaq üçün digər əməkdaşa həvalə edilməsi barədə 3-17-6/3-1-298/2024 saylı xx.xx.2024-cü il tarixli xidməti məruzədən görünür ki, ərizəçi İddiaçı müvafiq prokurorluq orqanına qurumun İdarə Heyətinin sədri və sədr müavinin qanunsuz əməllərinə korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik və cinayət qanunvericiliyi kontekstində hüquqi qiymət verilməsi barədə məsələ qaldırmışdır. Prokurorluq orqanlarına ünvanlanmış şikayətə əlavə edilmiş SDAS 3-17-6/3- 1-298/2024 saylı xx.xx.2024-cü il tarixli "Müraciətə baxılmasının digər əməkdaşa həvalə edilməsi barədə" xidməti məruzədən görünür ki, Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı həmin qurumun İH sədri E.Səfərliyə yazılı müraciət edərək, vətəndaş X7 AR NK-dən AR ƏƏSMN-nin Aparatı vasitəsilə həmin Nazirliyin tabeliyində Observatoriyaya daxil olmuş 3-17/1-Ş-17675/2024 saylı xx.xx.2024cü il tarixli müraciətinə baxdığını, “Vətəndaşların müraciətləri haqqında” AR Qanunun 9.2- 1-ci maddəsinə əsasən barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməməsini, SDAS-ın hazırki sənəd üzrə müvafiq dərkənar məlumatlarından göründüyü kimi bir sıra etik davranış qaydaları pozuntularına dair ittihamların əks olunduğu sözügedən müraciətə baxılmasının xx.xx.2024-cü il tarixli dərkənarla bilavasitə barəsində şikayət olunan vəzifəli şəxsin özünə - yəni İH sədr müavini H.Abbasova həvalə edildiyini, sonuncunun isə həmin müraciətə baxılmasını xx.xx.2024-cü il tarixli dərkənarla ona həvalə etdiyini, müvafiq sənədə baxılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə İH sədr müavini H.Abbasova verilmiş dərkənar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsi kontekstində “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 9.2-1-ci maddəsinin tələblərinə uyğun olmadığından, sonuncu tərəfindən verilmiş belə dərkənarın da müvafiq tələblərə zidd olması göstərilmişdir. AR Baş Prokurorluğunun AR ƏƏSMN-yə ünvanlanmış 2-2-173/2-121417/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Respublika Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün həmin Nazirliyə göndərilmişdir. Observatoriyanın İH sədri E.Səfərlinin “İddiaçı intizam tənbehi verilməsi haqqında” 30 avqust 2024-cü il tarixli 3-17-6/3-4-134/2024 nömrəli əmrindən görünür ki, qurumun Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı töhmət verilmişdir. Hadisələrin ümumi axarından asanlıqla müəyyən etmək mümkündür ki, bu töhmət iddiaçıya sırf şəxsi qərəz, qisas, şəxsi ədavət və nifaq zəminində və onu işdən çıxarmaq üçün təzyiq məqsədilə verilmişdir. Həmin töhmət əmri iddiaçı tərəfindən Binəqədi rayon məhkəməsində mübahisələndirilmişdir. İddiaçının AR Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli Şikayət ərizəsindən görünür ki, İddiaçı həmin qurumun İH sədri E.Səfərli tərəfindən ona verilmiş töhmət növündə qanunsuz intizam tənbeh tədbirini mübahisələndirmiş, həmin əmrin əsassız, qərəzli, sifarişli və məqsədli olduğunu, ayrı-seçkiliyə məruz qaldığını bildirmiş, həmin töhmətin ləğv edilməsini, tam, obyektiv, hərtərəfli intizam icraatının aparılmasını xahiş etmişdir, həmin müraciətə AR ƏƏSMN Aparatının rəhbəri F.Musayevin ünvanladığı 03 oktyabr 2024-cü il tarixli 3-17/2-Ə-9061/2024 saylı 03 oktyabr 2024-cü il tarixli cavab məktubunda şikayətdə qeyd olunmuş xüsusatlar təkzib olunmamış, ümumi şəkildə göstərilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətlərinə baxılmışdır, qeyd olunmuş məsələlər qiymətləndirilərək qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir. Observatoriyanın baş mütəxəssisi V.İsayev və həmin qurumun Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı arasında xx.xx.2024-cü il tarixli rəsmi korporativ elektron poçt vasitəsilə aparılmış yazışmalardan göründüyü kimi V.İsayev tərəfindən qurumun İH sədri E.Səfərlinin elektron poçt ünvanı məlumat üçün əlavə olunmaqla bir sıra əməkdaşlara, İddiaçı isə ayrıca müşayiət məktubu ilə “2024-cü ilin avqust ayında keçirilən İdarə Heyətinin iclasında verilən tapşırıqların siyahısı” adı ilə MS Excel prosessorunda tapşırıqlar göndərilmiş, İddiaçı tərəfindən həmin elektron məktuba ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, 2024-cü ilin avqust aynda keçirilən İH iclasında verilən tapşırıqlar arasında Hüquq, kadr və sənədlərə iş departamentinə həvalə edilmiş 5 saylı tapşırıq – “Nazirlik tərəfindən 2020-2024-cü illərdə Milli Observatoriya üçün verilən tapşırıqların (əmrlər, kollegiya qərarları və s.) və Milli Observatoriyanın icraçısı olduğu strateji sənədlərin siyahısının hazırlanması və icra statusunun qeyd edilməsi” departamentin Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin qurumun İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokolu ilə təsdiq edilmiş Əsasnaməsində müəyyən edilmiş fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci bəndinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Observatoriyanın İH sədri E.Səfərlinin tapşırığı ilə İddiaçı işdən çıxmaq üçün təzyiq göstərmək, onu təqib etmək və işdən çıxmaq barədə ərizə yazmaqla razılaşmayacağı təqdirdə barəsində növbəti dəfə qanunsuz intizam tənbeh tədbiri tətbiq etmək məqsədilə sonuncuya onun əmək funksiyalarından, rəhbərlik etdiyi struktur bölmənin mandatından açıq-aşkar kənar olan qanunsuz tapşırıqlar verilmiş, sonuncu da öz növbəsində buna elektron poçt vasitəsilə öz etirazını bildirmişdir. Məsələ burasındadır ki, tərəfindən SDAS proqram təminatında sonradan aparılmış araşdırma və monitorinq nəticəsində məlum olmuşdur ki, E.Səfərlinin tapşırığı ilə sözügedən məqsədin və İddiaçı işdən çıxarılması planının tərkib hissəsi kimi qurumun İH-nin 2024-cü ilin avqust ayı üçün nəzərdə tutulmuş iclas protokolunun layihəsi içərisində yalnız “iclas” sözü yazılmaqla, boş vərəq formasında müvafiq elektron sistemə gücləndirilmiş elektron imza ilə imzalanaraq yerləşdirilmişdir. Başqa sözlə, E.Səfərli İddiaçı perspektivdə cəzalandırmaq, ona növbəti intizam tənbehi verməklə işdən çıxarmaq üçün ƏƏSMN MİS X18 Sisteminə özünün tapşırığı ilə qurumun İH-nin 2024-cü il avqust protokolu adı ilə sonradan dəyişdirmək və yeni versiyada həmin qeydiyyat nömrəsi və tarixi üzrə yerləşdirmək üçün boş vərəqin yerləşdirilməsinə nail olmuş, faktiki olaraq bunun üçün gücləndirilmiş elektron imza ilə boş vərəqi imzalamışdır. "Əmək məzuniyyət hüququnun təmin olunması ilə bağlı" xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən surəti məlumat üçün X12 Xidmətinə olmaqla Observatoriyanın İH sədri E.Səfərliyə 2023-2024-cü iş ili üçün qalıq 13 gün ödənişli əmək məzuniyyətinin təmin olunması ilə bağlı müraciət edilmiş, əks təqdirdə bununla bağlı yaranmış fərdi əmək mübahisəsinin həlli məqsədilə təkbaşına tətil hüququnu həyata keçirəcəyi bildirilmişdir. "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında" xx.xx.2024-cü il tarixli bildiriş xarakterli ərizədən görünür ki, Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı tərəfindən həmin qurumun sədri E.Səfərliyə "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında" ünvanlanmış, bildirişdə göstərilmişdir ki, dəfələrlə etdiyi yazılı və elektron müraciətlərə baxmayaraq 3-17-6/3-4-134/2024 saylı, xx.xx.2024-cü il tarixli töhmət növündə əsassız, qanunsuz, maddi və prosessual hüquq normalarına zidd əmr ləğv edilməmişdir. Bununla yanaşı dəfələrlə edilmiş müraciətlərə baxmayaraq əmək məzuniyyəti hüququnun tətbiqindən əsassız olaraq imtina edilmişdir. Həmçinin izahatında və digər müraciətlərində də fərdi qaydada tətil etmək hüququndan istifadə etməli olacağını bildirmişdir. Eyni zamanda etdiyi şikayətlərə, etirazlara baxılmır, izahatı, ərizələri, müraciətləri nəzərə alınmır. Əksinə, ona qarşı ayrıseçkilik, təqib, inzibati təzyiqlər, hüquqlarının əsassız olaraq məhdudlaşdırılması davam etdirilir. AR Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məzuniyyət hüququnun həyata keçirilməsi, intizam tənbehinin verilməsi, əməyin mühafizəsinin təşkili və təmin edilməsi də aiddir. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq sözügedən fərdi əmək mübahisəsinin həlli məqsədilə 10 sentyabr 2024-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixinədək - 1 (bir) ay müddətində əmək müqaviləsinə xitam vermədən əmək funksiyalarının icrasını tam dayandıraraq təkbaşına tətil etməyə başlayacağını bildirmişdir. "E-sosial" Əmək və X8 şəxsi elektron kabinetindən çıxarışdan görünür ki, tərəfindən işəgötürənə ünvanlanmış həmin müraciət (bildiriş) müvafiq elektron informasiya sistemi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:02 radələrində "İşəgötürən və işçilər arasında rəsmi yazışmalar" bölməsində **********1398 nömrə ilə qeydə alınmış və real vaxt rejimində baxılmaq üçün işəgötürənə göndərilmiş, işəgötürən tərəfindən məlumatlı olduğu və ya məlumatlı olmalı olduğu halda bu günə kimi cavablandırılmamışdır. Həmçinin bildirişin kağız daşıyıcıda təqdim edilmiş nüsxəsindəki qeydlərdən də göründüyü kimi bildiriş qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ərizəçidən təhvil alınmışdır. Bununla yanaşı iddia ərizəsinə əlavə edilmiş korporativ elektron poçtundan çıxarışdan göründüyü kimi həmin bildiriş qurumun İH sədri E.Səfərlinin, İnsan resurslarının idarə edilməsi şöbəsinin baş mütəxəssisi və şöbə müdiri vəzifələrini müvəqqəti icra edən E.Novruzovun korporativ elektron poçt ünvanlarına da paralel olaraq göndərilmişdir. "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında" xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı tərəfindən həmin qurumun sədri E.Səfərliyə "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında" Bildiriş ünvanlanmış, bildirişdə göstərilmişdir ki, dəfələrlə ona, Nazirliyin rəhbərliyinə ünvanladığı yazılı və elektron müraciətlərə və mediasiya prosesinə və həmin proses çərçivəsində apardığı danışıqlara baxmayaraq, barəsində 3-17-6/3-4-134/2024 saylı, xx.xx.2024-cü il tarixli töhmət növündə əsassız, qanunsuz əmr bu günə kimi ləğv edilməmişdir. Bununla yanaşı dəfələrlə etdiyi müraciətlərə baxmayaraq əmək məzuniyyəti hüququnun tətbiqindən əsassız olaraq imtina edilmişdir. Həmçinin, izahatında və digər müraciətlərində də fərdi qaydada tətil etmək hüququndan istifadə etməli olacağını bildirmişdir. Eyni zamanda etdiyi şikayətlərə, etirazlara aidiyyəti üzrə baxılmır, izahatı, ərizələri, müraciətləri nəzərə alınmır, növbətçi şablon cavablar verilir. Əksinə, ona qarşı ayrıseçkilik, inzibati təzyiqlər, hüquqlarının əsassız olaraq məhdudlaşdırılması davam etdirilir, ərizə yazaraq işdən çıxmağı üçün ona müxtəlif xarakterli təzyiqlər göstərilir. Həmçinin, 2022-ci ilin may ayında 14 nəfər digər köhnə işçilərlə yanaşı onun da əmək müqaviləsi yenidən tərtib edilməsi üsulu ilə qanunsuz olaraq müddətsiz əsasdan müddətli əsaslara keçirilmiş, bununla bağlı Nazirliyin rəhbərliyi tərəfindən irad tutulmuş, lakin əmək müqaviləsi yenidən müddətsiz şərtlərə qaytarılmamışdır. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq sözügedən fərdi əmək mübahisəsinin həlli məqsədilə 14 oktyabr 2024-cü il saat 10.30 tarixdən 07 noyabr 2024-cü il tarixədək əmək müqaviləsinə xitam vermədən əmək funksiyalarının icrasını qismən (Tərəflər arasındakı onlayn əmək müqaviləsinin 3.1.2, 3.1.4-cü yarımbəndindəki funksiyaları) dayandıraraq təkbaşına tətil etməyə başlayacağını bildirmişdir. "E-sosial" Əmək və X8 şəxsi elektron kabinetindən çıxarışdan görünür ki, tərəfindən işəgötürənə ünvanlanmış həmin müraciət (bildiriş) müvafiq elektron informasiya sistemi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10.30 radələrində **********8260 nömrə ilə qeydə alınmış və real vaxt rejimində baxılmaq üçün işəgötürənə göndərilmiş, işəgötürən tərəfindən məlumatlı olduğu və ya məlumatlı olmalı olduğu halda bu günə kimi cavablandırılmamışdır. İddia ərizəsinə əlavə edilmiş “Elektron ünvan ” şəxsi elektron poçtundan çıxarışdan göründüyü kimi sözügedən tətil bildirişi tərəfindən həm də qurumun İdarə Heyətinin sədri E.Səfərlinin və İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri S.Axundlunun rəsmi korporativ elektron poçt ünvanlarına da paralel olaraq hər ehtimala qarşı göndərilmişdir. Həmin müraciətlərə AR ƏƏSMN Aparatının rəhbəri F.Musayevin ünvanladığı 03 oktyabr 2024-cü il tarixli 3-17/2-Ə- 9061/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətlərinə baxılmışdır, müraciətində qeyd olunmuş məsələlər qiymətləndirilərək qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir. Diqqətinə çatdırılmışdır ki, "142 Çağrı Mərkəzinə" Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin əməkdaşı ilə bağlı müraciətində qeyd etdiyi məsələ araşdırılmış və qanunvericiliyin tələbinin pozulması faktı öz təsdiqini tapmamışdır. İddia ərizəsinə əlavə edilmiş Bakı 18 saylı X4 Mediasiya Sessiyasında (İMS) İştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01021 saylı Arayışının (İntizam tənbehinin verilməsi haqqında əmrin ləğvi və s. tələblər üzrə) "Tərəflərə göndərilən bildirişin tarixi və tərəflərə çatma tarixi" qrafasındakı qeydlərdən görünür ki, "xx.xx.2024, ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmışdır, qarşı tərəfin təşəbbüsü ilə tərəflər arasında razılıq əldə olunması məqsədilə danışıqlar aparıldığı üçün proses dəfələrlə təxirə salınsa da iştirak etmədilər." Qarşı tərəfin sözügedən danışıqlar prosesində təkidli tələbi və mövqeyi ondan ibarət olmuşdur ki, yalnız İddiaçı işdənçıxma barədə ərizə təqdim etdiyi halda sözügedən intizam tənbehinin (töhmətin) verilməsi barədə əmr ləğv oluna bilər, əks təqdirdə növbəti intizam tənbehləri verilə və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacaqdır. Onun tərəfindən belə bir təklif qəbul edilmədiyindən danışıqlar prosesi baş tutmamış və həmin intizam tənbehinin tətbiq edilməsi barədə əmrin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırlmışdır. İddia ərizəsinə əlavə edilmiş Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı AR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanmış xx.xx.2024-cü il tarixli "Əmək hüquqlarının pozulması barədə" şikayət ərizəsindən və həmin ərizənin rəsmi qaydada göndərilməsinə dair "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 206835 nömrəli qaiməsindən görünür ki, şikayətdə qeyd olunmuşdur ki, 2024-cü ilin iyunun 28-də bir neçə struktur bölmə rəhbərinə, o cümlədən iddiaçıya İdarə Heyətinin sədri Elnur Səfərlinin tapşırığı və onun müavini Hasil Abbasovun müşayiəti ilə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri tərəfindən işdənçıxma barədə ərizə yazmağına dair təzyiq göstərilmiş, əvəlcə tərəfindən belə ərizə yazılmış, daha sonra həmin ərizənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə zidd qaydada alındığı göstərilərək tərəfindən etibarsız hesab edilməklə ləğv edilmişdir. İşəgötürən tərəfindən həmin ərizəyə cavab məktubunda da qeyd olunan hal təkzib olunmamış, ümumi şəkildə ərizənin nəzərə alındığı qeyd olunmuşdur. Bununla bağlı şikayətinin bir nüsxəsi AR İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) Aparatına da göndərilmişdir. Daha sonra 29 iyun 2024-cü il tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra bu təzyiqlər davam etdirilmiş, qanunsuz və əsassız olaraq təzyiq məqsədilə İdarə Heyətinin sədri E.X10 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmri ilə töhmət verilmişdir. Daha sonra mütəmadi olaraq təzyiq göstərmək məqsədilə əmək funksiyalarından və rəhbərlik etdiyi struktur bölmənin mandatından kənar tapşırıqlar verilmişdir. Növbəti mərhələdə isə ona işdən çıxmaq üçün təzyiq göstərmək məqsədilə E.Səfərlinin və H.Abbasovun, habelə onların himayədarı S.Əliyevin sifarişi ilə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin bəzi əməkdaşları vasitəsilə təzyiqlər göstərilmiş, bilavasitə adıçəkilən şəxslərin sifarişini yerinə yetirən, onların əlaltısı R.Cavadov onun barəsində güya əllərində kifayət qədər kompromat olması ilə şantaj etmiş, ondan müxtəlif zəmində etirafedici izahatlar almaq üçün təzyiq göstərmişlər. Buna görə də əmək funksiyalarının icrasından tam imtina etməklə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi qaydada təkbaşına tətil elan etmiş, daha sonra məhkəməyə müraciət etmişdir. Tətildən qayıtdıqdan sonra təzyiqlər davam etdirilmiş, bu minvalla tərəfindən yenidən xx.xx.2024-cü il tarixdə, bu dəfə əmək funksiyalarının icrasından qismən imtina etməklə təkbaşına tətil elan edilmişdir. Daha sonra, İdarə Heyətinin sədri Elnur Səfərlinin tapşırığı ilə subordinasiya qaydaları pozularaq departament müdiri olduğu halda digər şöbənin baş mütəxəssisi Vüsal İsayev tərəfindən korporativ elektron poçt vasitəsilə 28 oktyabr 2024-cü il tarixdə saat 15.34 radələrində ondan rəhbərlik etdiyi departamentin əsasnaməsindəki vəzifələrdən və əmək funksiyalarından kənar verilmiş aidiyyəti olmayan tapşırıqların icra olunmaması əsası ilə izahat tələb olunmuş, icrası mümkünsüz olan həmin tapşırıqların icra olunmaması ilə bağlı barəsində intizam icraatı başlatmış, həmin intizam icraatının aparılmasını isə əmək funksiyalarına, səlahiyyətlərinə və subordinasiya qaydalarına zidd olaraq başqa şöbənin baş mütəxəssisinə həvalə etmişdri...Bütün bu baş verənlərlə bağlı onun tərəfindən 28 oktyabr 2024-cü il tarixdə saat 17.20 radələrində AR İnsan Hüquqları üzrə Müvəkkilinin 916 qaynar xəttinə müraciət edilmiş, Müvəkkilin Aparatının əməkdaşı tərəfindən şifahi müraciətində qeyd olunan xüsusatların yazılı qaydada Ombudsman Aparatına müraciət ünvanlanması tövsiyə olunmuşdur. Həmin tövsiyəyə müvafiq olaraq tərəfindən yazılı müraciət ünvanlanmışdır. E.Səfərli 2024-cü ilin iyunun sonundan etibarən müxtəlif təzyiq vasitələrindən istifadə etməklə onu da işdən çıxmaq üçün ərizə yazmağa məcbur etməyə çalışır. O, qətiyyən hazırki işindən çıxmaq fikrində deyil. Qeyd olunanlara əsasən məsələnin nəzarətə götürülməsini xahiş etmişdir. Daha sonra qeyd etmişdir ki, həmin müraciətə AR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparat rəhbərinin 21 noyabr 2024-cü il tarixli 2-5/2-31441/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 11.1.4-cü maddəsinə əsasən, şikayətlə bağlı məhkəmə icraatı getdikdə həmin şikayətə Müvəkkil tərəfindən baxılmır. Həmin müraciətinə cavab məktubu ünvanlanmazdan əvvəl Ombdusman Aparatının əməkdaşı tərəfindən onunla telefon əlaqəsi saxlanılmış, şikayətində göstərilən xüsusatların mövcud vəziyyəti barədə xəbər alınmış, qurumda işləyib-işləməməyi sorğu edilmiş, o da öz növbəsində artıq işdən çıxarıldığını, bununla bağlı məhkəmə qaydasında fərdi əmək mübahisəsinin başladılması üçün prosessual tələblərə riayət edərək mediasiya prosedurunun başladılması üçün müvafiq tədbirlər həyata keçirdiyini bildirmişdir. Belə olan halda ona şifahi şəkildə bildirilmişdi ki, mediasiya və ya məhkəmə mübahisəsi predmeti olan fərdi əmək mübahisəsi artıq Ombudsmanın səlahiyyətləri xaricindədir. Daha sonra iddiaçı qeyd etmişdir ki, işdən çıxarılması barədə əmrdə onun verilməsinə əsas kimi onun ərizəsi göstərilsə də ərizə ilə tanış deyildir. Belə bir ərizənin mövcudluğu barədə əmrlə tanış olduqdan sonra ehtimal əsasında xəbər tutmuşdur. Ehtimal olunur ki, ərizə işəgötürənin özü və ya tapşırığı əsasında onun adından tərtib edilmişdir. Göstərilənlərə əsasən mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixli 3-17-6/1-Ə-333/2024 saylı işdənçıxma ərizəsinin etibarsız hesab edilməsi, cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X3 sədri E.Səfərlinin İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) İddia ərizəsinə qarşı etiraz:

4. Cavabdeh Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxs iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan və formal mülahizələrə əsaslandığından rədd olunmalıdır. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Sosial Müdafiə Məsələləri Departamentinin Həyat səviyyəsi və sığortapensiya sisteminin təhlili şöbəsində Baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində Hüquq, kadrlar və daxili nəzarət şöbəsində şöbə müdiri vəzifəsinə, xx.xx.2023-cü il tarixində Hüdquq kadr və sənədlərlə iş departamentinə Departament müdiri vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Qurumun rəhbərliyinə ərizə ünvanlanaraq tutduğu vəzifədən azad edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı quruma yeni ərizə ünvanlayaraq əvvəlki ərizəni geri götürdüyünü və onun etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin ərizəyə Observatoriyanın İH sədri E.Səfərlinin "Müraciətə aidiyyəti üzrə baxılması haqqında" 25 iyul 2024-cü il tarixli 3-17-6/2-Ə-107/2024 saylı məhkəməyə təqdim edilmiş cavab məktubundan görünür ki, İddiaçı 10 iyul 2024-cü il tarixli müraciəti Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aidiyyəti üzrə nəzərə alınmışdır və ərizəsi etibarsız hesab edilmişdir. İddiaçı yenidən xx.xx.2024-cü il tarixində Qurumun rəhbərliyinə ərizə ünvanlayaraq xəbərdarlıq müddəti gözləmədən xx.xx.2024-cü il tarixdə işdən azad edilməsini xahiş etmişdir. Onun ərizəsi nəzərə alınaraq xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-173/2024 nömrəli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Bildirilir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarına riayət edilmiş, son-haqq hesab ödənilmiş, təhvil-təslim işləri aparılmış və xitam ərizəsinin bir nüsxəsi iddiaçıya təhvil verilmişdir. Onlar tərəfindən heç bir pozuntuya yol verilməmişdir. İddiaçının işdən çıxma barədə ərizəsindən görünür ki, ərizə onun öz xətti ilə, şəxsən tərtib edilərək imzalanmış və Sənədlərlə və vətəndaşlarla iş şöbəsinə təqdim edilmişdir. Qeyd edilməlidir ki, daxili qaydalara uyğun olaraq sənəd həmin şöbəyə ya rabitə orqanı (poçt) vasitəsi ilə, yaxud şəxsən və ya ona etibar edilmiş şəxs vasitəsi ilə təqdim edilə bildiyindən, ərizənin verilməsindən iddiaçının xəbəri olmaması barədə dəlili absurd ehtimaldır və hər hansı sübutla təsdiq edilməmişdir. İddiaçı tərəfindən şöbəyə təqdim edilən ərizə daha sonra qeydiyyatdan keçmiş, möhürlənərək X18 Sisteminə daxil edilmiş və rəhbərlik tərəfindən edilmiş dərkənara əsasən icra edilməsi üçün İnsan resurslarının idarə edilməsi şöbəsinə müvafiq əmrin hazırlanması üçün təqdim edilmişdir. Nəticə olaraq tərtib edilmiş əmr İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır, bununla da iddiaçı öz istəyinə uyğun olaraq ərizədə özü göstərdiyi tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ona qarşı tutduğu vəzifədən azad edilmə ilə bağlı ərizənin yazılması məqsədi ilə təzyiqlərin göstərilməsini bildirmiş, daha sonra isə həmin ərizənin onun tərəfindən verilməməsini bildirmişdir. Göründüyü kimi iddiaçının hər iki dəlili məntiqə uyğun deyil və heç bir sübütla təsdiq edilmir. İddiaçıya qarşı vəzifə tutduğu qurumda qərəzli münasibətlə müşahidə olunan təzyiq olsaydı onun birinci işdən çıxma barədə ərizəsi verildikdən sonra növbəti, ərizənin geri götürülmə barədə müraciəti nəzərə alınmazdı və onunla bağlanılmış əmək müqaviləsinə həmin vaxt xitam verilərdi. Həmçinin iddiaçıya onun səlahiyyətlərinin xaricində olan tapşırıqların verilməsi vəzifə təlimatı ilə ziddiyyət təşkil etməməklə yanaşı ona qarşı edilən təzyiqlərin yox, iş yükünün öhdəsindən gələ bilməməsinin sübutudur. İddiaçının ona əmək məzuniyyətinin verilməməsi ilə bağlı dəlili ilə bağlı bildirilir ki, iddiaçıya xx.xx.2024-cü il tarixində 19 gün müddətində müvafiq əmrlə əmək məzuniyyəti verilmişdir, istifadə edilməmiş əmək məzuniyyətinə görə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq son haqq hesab zamanı kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci (Əmək müqaviləsinə xitam verilməsinin əsasları) maddəsinin “a” bəndindən göründüyü kimi əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndindən göründüyü kimi işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini və iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə ərizə müvafiq prosedurlardan keçib və iddiaçının işdən çıxması barədə əmr verilib. Həmin ərizə ümumi şöbəyə üç yolla daxil ola bilər. Həmin ərizə şəxsin özü tərəfindən təqdim oluna bilər, şəxs tərəfindən etibarnamə verilmiş başqa şəxs tərəfindən, ya da poçt vasitəsi ilə ünvanlana bilər. Nə etibarnamə mövcud deyil, nə də poçt vasitəsi ilə daxil olmuşdur. Onun tərəfindən bu barədə araşdırma aparılmış və bu ərizənin ümumi şöbəyə şəxsin özü tərəfindən təqdim olunduğu ona məlum olmuşdur. Bunun başqa şəxs tərəfindən təqdim olunması mümkün deyil. Həmin ərizənin kim tərəfindən tərtib olunması və imzalanması əhəmiyyət daşımır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 və nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdilər.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iş üzrə rəy vermiş ekspert X5 izahatında bildirdi ki, iş materialları rəy verilməsi üçün ona təqdim edilmiş və iş üzrə ekspertiza aparılaraq dəqiq rəy verilmişdir. İş materiallarında olan əlyazma və imza nümunələri ilə iddiaçı X11 yazdığı işdən çıxma barədə ərizədəki imza və əlyazma eyni şəxs tərəfindən icra edilmişdir və İddiaçı məxsusdur.

Mülki işin materialları:

9. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən cavabdeh Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üzrə qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək əmək haqqının və onun tərkib hissəsi olan bütün növ ödənişlərin, habelə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və s. tələblər üzrə ilkin mediasiya sessiyasının keçirilməsi məqsədi ilə təklif göndərilmişdir.

10. İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01021 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Lakin Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxs mediasiya prosesisində iştirak etməmişdir.

11. xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişiklik barədə xx.xx.2024-cü il tarixli Razılaşmanın 1-ci bəndindən görünür ki, Tarif (vəzifə) maaşının artımı ilə əlaqədar olaraq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın (bundan sonra - Observatoriya) Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinin müvafiq bəndi (yarımbəndi) "4.1. İşçiyə hər ay 5000 manat məbləğində əmək haqqı ödənilir" kimi redaksiyada qərara alınmışdır.

12. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X3 sədrinə ərizə ilə müraciət edərək növbəti əmək məzuniyyətindən (xx.xx.2024-xx.xx.2024) qayıtdıqdan sonra təxirə salınmadan öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

13. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X3 sədrinə ərizə ilə müraciət edərək bir aylıq xəbərdarlıq müddətini gözləmədən 30 oktyabr 2024-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir.

14. Fərdi əmək mübahisəsinin həlli məqsədi il təkbaşına tətil edilməsi barədə ərizədən görünür ki, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkbaşına tətil etməyə başlanılacağı barədə ərizə göndərilmişdir.

15. Fərdi əmək mübahisəsinin həlli məqsədi il təkbaşına tətil edilməsi barədə ərizədən görünür ki, İddiaçı tərəfindən Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək təkbaşına tətil etməyə başlanılacağı barədə elektron qaydada ərizə göndərilmişdir.

16. Əmək müqaviləsinə xitam verilməsi haqqında 3-17-6/3-4-173/2024 saylı 30 oktyabr 2024-cü il tarixli Əmrdən görünür ki, AR ƏƏSMN tabeliyində Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışan İddiaçı öz arzusu ilə tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış 01 mart 2021-ci il tarixli əmək müqaviləsinə 30 oktyabr 2024-cü il tarixdən xitam verilməsi, onunla təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması göstərilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 4/445-4/452 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş, mülki işin 2-ci cildinin 94-cü vərəqində olan İddiaçı adından Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X3 sədrinə ünvanlanmış 29 oktyabr 2024-cü il tarixli ərizənin mətni və “İddiaçı” yazısı qaşısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.

18. İddiaçı tərəfindən təqdim edilmiş işdən çıxarılma barədə əmrin və razılığın verilməsinə dair elektron qaydada aparılmış hərəkətlərə dair çıxarışdan görünür ki, onun işdən çıxarılması ilə bağlı Xidməti məruzəyə Nazirliyin Aparatının Dövlət Qulluğu və kadr məsələləri şöbəsinin müdiri X6 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 14:44-də viza (razılıq) verilmiş, xidməti məruzənin icrası üçün isə onun ünvanladığı nazir müavini tərəfindən xx.xx.2024-cü il tarixdə saat 15:02-də dərkənar verilmiş, lakin işəgötürən qurumun rəhbəri Elnur Səfərli tərəfindən isə xx.xx.2024-cü il tarixdə saat 14:11-də işdən çıxarılma barədə əmr imzalanmışdır.

19. 30 avqust 2024-cü il tarixli 3-17-6/3-4-134/2024 saylı əmrə əsasən əmək funksiyalarının icrasında nöqsanlara yol verildiyinə görə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı töhmət verilmişdir.

20. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin İddiaçı intizam tənbehi verilməsi haqqında 30 avqust 2024-cü il tarixli, 3-17-6/3-4-134/2024 saylı əmri mübahisələndirilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-892/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən (qətnamə qanuni qüvvəsini almamışdır) intizam tənbehi verilməsi haqqında əmrin ləğv edilməsi qət edilmişdir.

21. İddiaçı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, əmək hüquqlarının pozulmasının qarşısının alınması, ona qarşı Milli X3 sədri tərəfindən işdənçıxma ərizəsi yazmaq barədə tətbiq edilən təzyiqlərin dayandırılması, habelə əmək məzuniyyəti hüququnun təmin olunması, ona qarşı ayrı-seçkiliyin və inzibati təqibin dayandırılması xahiş edilmişdir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

23. 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

24. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

25. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

26. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

27. 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

28. 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

29. 295.1-ci maddəsinə əsasən pozulmuş hüquqların bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasında tam və ya qismən bir ay müddətindək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.

30. 295.4-cü maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.

31. 295.5-ci maddəsinə əsasən təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.

32. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər;

33. 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

34. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

35. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə” dair 11 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.

37. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

38. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

39. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

40. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

41. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

42. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

43. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

44. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

49. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, işəgötürən işçi ilə əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə işçinin öz ərizəsinə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam versə də, həmin dövrdə işçinin – İddiaçı Əmək Məcəlləsinin 295-ci maddəsinə əsasən rəsmi tətildə olduğunu nəzərə almamışdır. Belə ki, işəgötürən ilk öncə işçinin tətil etməsinə razı olmadığı halda onu məhkəmə qaydasında mübahisələndirməli və ya işçinin tətil müddətinin bitməsini gözlədikdən sonra müvafiq əmrlə işçini işdən azad etməli idi. Lakin işəgötürən qeyd edilənlərə əməl etmədən təkbaşına tətil etdiyi dövrdə işçini işdən azad etmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işçinin işdən azad edilməsinə dair elektron hərəkət cədvəlindən də görünür ki, işəgötürən hərəkət ardıcılığına əməl etməmiş, işəgötürən idarənin rəhbəri işdən çıxma barədə əmri ən son olaraq imzalamalı olduğu halda, ilk öncə işdən çıxma barədə əmr imzalanmış, daha sonra işçinin işdən çıxması barədə ərizəyə razılıq verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, bu hissədə iddiaçının iddiası əsaslı olduğundan təmin edilməlidir.

50. Məhkəmə həmçinin iddianın işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə bildirir ki, İddiaçı işdən çıxma barədə ərizənin verildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə ərizənin qanunsuz və təzyiq altında yazılması ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət etmiş, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Bu isə o deməkdir ki, işçi tərəfindən ərizə (əqd) mübahisələndirilmişdir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. İddiaçı ifadə etdiyi həmin birtərəfli iradə bəyanını qanunla müəyyən edilmiş müddətdə mübahisələndirdiyi üçün ərizə etibarısız hala gəlmiş, onun hüquqi nəticələri aradan qalxmışdır. Belə olan halda həmin ərizə əsasında iddiaçının işdən azad edilməsi barədə cavabdehin verdiyi əmr də qanuni sayıla bilməz. Bu səbəbən də iddiaçı işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunverciliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur. Buna görə məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya işə bərpa olunduqdan sonra məcburi işburaxmaya görə ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir.

51. Məhkəmə həmçinin iddianın digər hissəsinə, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 12-ci bəndində müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində müavinətinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın 9-cu bəndinə müvafiq olaraq ödənilən kollektiv mükafatların, əmək Bazarı və Sosial Müdafiə Məsələləri Milli X3 22 dekabr 2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair Təlimat”ın 5.3-cü bəndinə müvafiq olaraq ödənilən rüblük fərdi mükafatların verilməsi hissəsinə münasibətdə bildirir ki, iddiaçının iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, AR Əmək Məcəlləsində əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması nəzərdə tutulsa da bu işəgötürənin vəzifəsi kimi müəyyən edilməmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətin qiymətləndirilməsinə dair Təlimat”la müəyyən edilmiş qaydaların 6.6-cı bəndinə əsasən Təlimat işəgötürənin işçilər qarşısında hər hansı öhdəliyini yaratmır. Bu isə o deməkdir ki, işəgötürən tərəfindən fərdi mükafatların verilməsi müəyyən olunmuş meyarlar əsasında həyata keçirilir və bu səlahiyyətin icrası onun hüququdur. Bu səbəbdən də həmin hissələrdə iddia tələbi təmin edilə bilməz.

52. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilməli, Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsinin 30 oktyabr 2024-cü il tarixli 3-17-6/3-4-173/2024 nömrəli əmri ləğv ediməli, İddiaçı Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik X17, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə bərpa edilməli, cavabdeh Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxs tərəfindən məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

53. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

54. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Ona görə də cavabdehdən Mediasiya Şurası üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

55. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 40 (qırx) manat dövlət rüsumu cavabdeh Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli X1rşı “ərizənin etibarsız hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələblərinə dair iddiası qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsi etibarsız hesab edilsin. Cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsinin 30 oktyabr 2024-cü il tarixli 3-17-6/3-4-173/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik X17, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsinə bərpa edilsin. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxs tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mediasiya Şurası üçün ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsdən tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Publik Hüquqi Şəxsdən 40 (qırx) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar